Xəbərlər
27 aprel 2017
2 676


BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

 

Bakı Dövlət Universitetində (BDU) Jurnalistika və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə "Füyuzat” jurnalının 110 illik, yenidən nəşrinin isə 10 illik yubileyinə həsr olunmuş  "Vətənin vətəndaşı, bir işıq da sən yandır” esse müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
 
BDU-nun mətbuat və informasiya şöbəsindən bildirilib ki, rektor, akademik Abel Məhərrəmov "Füyuzat” jurnalının Azərbaycanın ictimai fikir tarixində önəmli roluna diqqət çəkib, böyük Azərbaycanın mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906-1907-ci illərdə nəşr olunan "Füyuzat” jurnalı haqqında məlumat verib, Azərbaycanda milli mətbuatın formalaşmasındakı rolundan bəhs edib.
 
Jurnalın fəaliyyətinin  Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu tərəfindən 2007-ci ildə bərpa edildiyini, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu altında "Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap olunduğunu bildirən rektor müasir "Füyuzat”ın milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzularda yazıları ilə çağdaş mətbuatımızda rolunu yüksək qiymətləndirib.
 

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

 

 "Füyuzat” jurnalının təsisçisi olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və digər qonaqlar müsabiqənin keçirilməsinin əhəmiyyətindən bəhs edib, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasındakı rolundan danışıblar.
 

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

 

Qeyd edək ki, müsabiqəyə Jurnalistika və Filologiya fakültələrindən 26 tələbə qatılıb. Münsiflər heyətinin müxtəlif meyarlar üzrə verdiyi ballar əsasında  müəyyən olunan qaliblər "Füyuzat” jurnalı tərəfindən fəxri diplomlarla, mükafatlarla təltif olunublar.  
Sonda tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.
 

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

 

apa.az
Məqalə Göndər








Загрузка...