Xəbərlər
29 aprel 2017
2 884


Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"

 

Azərbaycanda peşə təhsili sahəsində həyata keçiriləcək yeniliklər açıqlanıb
 
"Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz. Lakin son 3 ildə aparılan təhlillər göstərir ki, peşə məktəblərində oxuyanların bilik səviyyələrinin yüksəldilməsində müsbət irəliləyişlər əldə olunub. Bu proses davam edir”. Aztehsil.com-un apa-ya istinadən verdiyi xəbərə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
 
Onun sözlərinə görə, son illər ölkədə texniki peşələrə və xidmət sferalarına, xüsusilə də turizm sahəsinə maraq daha da artıb. Nazir müavini qeyd edib ki, bunu nəzərə alaraq texniki peşə təhsili sisteminin inkişafına böyük ehtiyac var. Bu istiqamətdə mərhələli və ardıcıl işlərin nəzərdə tutulduğunu deyən F.Qurbanov vurğulayıb ki, mövcud sahədə böyük islahatlar həyata keçiriləcək: "Optimallaşma da bunun bir istiqamətidir. Son zamanlar təhsil sisteminin bütün pillələrində optimallaşdırma tədbirləri aparılır. Son zamanlar ölkədə peşə təhsilinə diqqətin yüksək olduğunu, əmək bazarında yüksək peşəyə malik işçilərə tələbatın artdığını nəzərə alaraq bu sahədə də optimallaşmanın keçirilməsi vacibdir. İlk növbədə sənaye, kənd təsərrüfatı inkişafı, turizm sənayəsinin, xidmət sferalarının tələb olan ixtisaslarına uyğun optimallaşdırma tədbirləri həyata keçiriləcək”.
Məqalə Göndər








Загрузка...