Xəbərlər
04 may 2017
3 438


Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi mayın 6-da imtahan keçirəcək

 

Dövlət İmtahan Mərkəzi  mayın 6-da ali təhsil müəssisələrinin tələbələrinə SOCAR-ın təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirir.
 
İmtahan Bakı şəhərində 3 binada aparılır və bütün binalarda saat 11:00-da başlanır.
 
SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.
 
Qeydiyyat SOCAR tərəfindən aparılmış və müsabiqədə iştirak etmək üçün 1695 nəfər müraciət edib. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri və 114 nəzarətçi-müəllim ayrılıb.
 
İmtahanın müddəti 1 saatdır.
 
İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.
Məqalə Göndər








Загрузка...