Xəbərlər
04 may 2017
5 364


"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

 

"Həyata keçirilən tədbirlər nəticəsində son illərdə ümumi təhsilin keyfiyyət göstəriciləri dinamik şəkildə artmaqdadır". Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
 
Nazirin sözlərinə görə, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artıb, son 4 ildə imtahan nəticələri 17 faiz yüksəlib: "Belə ki, "əla" qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlib. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65 faiz olub. Bu siniflərdə hər üç fəndən "əla" qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlib".
 
M.Cabbarov qeyd edib ki, ölkə başçısının sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilib. "Təkcə 2016-cı ildə prezidentin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 175 nəfər müəllim yüksək dövlət təltiflərinə layiq görülmüş, o cümlədən 1 nəfərə "Şərəf” ordeni, 2 nəfərə "Şöhrət” ordeni, 1 nəfərə "3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1 nəfərə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 76 nəfərə "Tərəqqi” medalı verilmiş, 3 nəfər "Əməkdar elm xadimi”, 93 nəfər "Əməkdar müəllim”, 2 nəfər "Əməkdar jurnalist”, 1 nəfər "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları alıb", - deyə nazir qeyd edib.
Məqalə Göndər








Загрузка...