Xəbərlər
08 may 2017
3 448


Azərbaycanda təhsil müəssisələrinin texniki pasportları hazırlanacaq

Azərbaycanda təhsil müəssisələrinin texniki pasportları hazırlanacaq

 

Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin texniki pasportlarının hazırlanması barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrə əsasən, Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri vəzifəsinə nazirin müaviri Abdulla Tağıyev, İşçi qrupunun üzvləri isə Hüquq şöbəsinin müdir müavini Rasim Hüseynov, Audit şöbəsinin sektor müdiri Mürşüd Rəşidov, Daxili nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Maliyyə şöbəsinin aparıcı məsləhətçisi Sənəm Musayeva və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirmənin təşkili şöbəsinin müdiri Rəşid Неydərov təyin edilib.
 
İşçi qrupa tapşırılıb ki, təhsil işçilərinə dövlət əmlakının qorunması sahəsində maarifləndirmə işinin aparılması ilə bağlı treninq-müşavirələrin keçirilməsini təmin etsin, nazirliyin struktur bölmə rəhbərləri ilə birlikdə ayrı-ayrı bölgələr üzrə mövcud vəziyyət barəsində məlumatlar toplasın, təhsil müəssisələrində daşınmaz əmlakın üzərində istifadə  hüquqlarını təsdiq edən sənədlərin alınması və bərpa edilməsi ilə bağlı mövcud qaydalara əsasən tələb olunan vəsaitin məbləğini müəyyənləşdirsin, aparılan işlərin nəticəsi barədə mütəmadi olaraq rəhbərliyə məlumat təqdim etsin.
 
Nazirliyin struktur bölmə və tabeliyində olan müəssisə, idarə, təşkilat rəhbərlərinə isə tapşırılıb ki, işçi qrupu  ilə əlaqəli fəaliyyət göstərsinlər.
 
İşçi qrupa verilmiş tapşırıqların icrası üçün nazirliyin struktur bölmə və tabeliyində olan müəssisə, idarə və təşkilatların əməkdaşlarını öz işinə cəlb etmək səlahiyyəti verilib.
 
Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə olunub.
Məqalə Göndər








Загрузка...