Xəbərlər
09 may 2017
2 749


Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

 

Mahirə Əsədzadə  162 saylı orta məktəbin məzunları sırasında 700 bal toplamış ilk abituriyentidir. O,  əslən Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndindəndir.  Mahirənin sözlərinə görə, bu göstərici  onun üçün üçqat qürürvericidir.
 
Aztehsil.com apa tv-yə istinadən xəbər verir ki, Mahirə bu yüksək nəticəni I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında toplayıb. İmtahan zamanı həyəcanlı  olduğunu, daha sonra həyəcanına qalib gəldiyini deyir.
 
"Sualları oxuyanda içimə bir sevinc doldu ki, bəli, mən 700 bal toplayacağam.  Çıxanda valideynimə dedim ki, 690, ya da 700 bal yığacağam.  Şükür ki, üzümü ağ çıxardım. Sevincimdən uçurdum, izah edə bilməyəcəyim qədər qürürverici bir hiss idi. Bu, təkcə mənim uğurum deyildi, məktəbin uğuru idi, müəllimlərimin uğuru idi, ailəmin uğuru idi. Qürur verdi mənə".
 
Mahirə deyir ki, hədəfə çatmaq üçün ilk olaraq qarşına məqsəd qoymalısan.
 
İlk öncə hədəfimi bəlli etdim. Buna görə çalışırdım. Bu işin gecəsi, gündüzü olmur. İlk öncə aşağı siniflərdən yaxşı oxumağa başlamışam. O zaman hansınsa bir fənnə ayrı-seçkilik etməmişəm. Düşünürdüm ki, son 10-11-ci sinifdə oxuduqlarım, 11 illik tədris proqramını yiyələnmək kifayət etməyəcək. Məhdudiyyətlərim isə belə idi - yatmırdım,  yeməyin vaxtını qısırdım, sosial şəbəkələrdən uzaq idim.
 
Müsahibim artıq seçimini də edib. Təhsilini Bakı Ali Neft Məktəbində davam edəcək. İxtisasını isə hələlik seçməyib. Gələcək abituriyentlərə mesajı da var Mahirənin.
 
"Məqsədyönlü çalışın, zəhmətiniz hədər getməyəcək. Heç vaxt yorulmayın, yoruldum deməyin. Hədəfinizi seçin, kim olmaq, nə etmək sualını özünüzdə cavab tapın və əmin olun ki, uğurunuz sizə yaxındır".
 
I qrup üzrə 700 bal toplayanlardan biri də Akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədovdur. Yüksək nəticənin onun üçün gözlənilməz olmadığını deyir.
 
"Mütəmadi olaraq keçirilən sınaq imtahanlarında topladığım ballar, həm müəllimlərimin, həm də özümdə bir inam yaradıb. Həyəcan yox idi, özümü tam hazır hiss edirdim. Desəm ki, bütün günümü oxumağa sərf etmişəm, yalan demiş olaram. Liseyin ictimai həyatında yarışmalara, olimpiadalara, əyləncələrə də vaxt ayırmışam. Amma əsas diqqətimi dərslərimə yönəltmişəm". 
 
Müsahibim Bakı Ali Neft Məktəbində mühəndislik ixtisası üzrə təhsil almaq istədiyini deyir.
 
Xalidə Əliyeva isə Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur. O da eyni ixtisas qrupu üzrə 700 bal toplayıb. Müsahibim təkcə son iki ildə  hazırlaşaraq yüksək nəticə qazanmağın kifayət etmədiyinin deyir. O, 700 balı yığmaq üçün  xüsusi bir formulun olmadığını, bunun üçün  sadəcə aramsız oxumağın vacib olduğunu deyir.
 
"Aşağı siniflərdən topladığım elmi bazanın sayəsində iki il müddətində daha yaxşı hazırlaşaraq 700 bal yığdım. Bu il ilk dəfə idi ki, iki dəfə imtahan keçiriləcəkdi. Birincidə mən iştirak etdim. Sözün açığı, birinci dəfə imtahanların keçən ilki tarixdən iki ay əvvəl keçiriləcəyini eşidəndə qorxdum. Amma sonra dedim ki, niyə də yox. Daha da çox hazırlaşdım. Şükür ki, 700 balı yığdım". 
 
Xalidə də bu illər ərzində özünə məhdudiyyətlər qoyub. Belə ki, o, telefondan, televiziyadan,  sosial şəbəkələrdən uzaq durub. 
 
"Bunlar fikri çox yayındırır. Sadəcə dərs oxumaq lazımdır. Gündəlik dərsləri yaxşı oxumaq lazımdır. Hər günün dərsini o gün oxumaq lazımdır. Çünki bu çox yaxşıdır. Sabah oxuyaram, imtahan yaxınlaşanda oxuyaram deyib, bir kənara qoymasınlar. O gün oxusunlar".
 
Xalidə hələlik harada təhsil alacağına dair qərar verməyib.
 
I ixtisas qrupu üzrə 700 bal toplayanlardan biri də Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunu Abdulla Əsgərzadədir. Abdullanın atası həkim, anası isə musiqi müəlliməsidir. Özündən böyük olan iki bacısı tələbədir.
 
İmtahandan çıxan kimi cavabları yoxladım. Azərbaycan dilindən bir-iki suala əmin deyildim. Onlar da düz olandan sonra əmin oldum ki, maksimum nəticə göstərmişəm.
 
Abdulla Əsgərzadə daha çox fizika fənninə maraq göstərir. Aşağı siniflərdən başlayaraq ciddi hazırlaşdığını deyən abituriyent onun uğurunda təhsil aldığı liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edir.
 
"Abdulla 7-ci sinifdən bizdə təhsil alır. Ödənişsiz təhsil alanlardan biridir. Onun aşağı siniflərdən təhsilə və dərsdən əlavə işlərə marağı bizdə onun yüksək nəticə əldə edəcəyinə əminlik yaratmışdı. Çox sevinirik ki Abdulla bizim bu inamımızı doğrultdu".
 
Abdulla Əsgərzadə Bakı Ali Neft Məktəbində və ya ADA Universitetində təhsil almaq niyyətindədir.
 
Qeyd edək ki, mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanında 7 nəfər maksimum 700 bal toplayıb.
 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

Üç abituriyent 700 bal topladı

Üç abituriyent 700 bal topladı

I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

I və IV ixtisas qrupları üzrə nəticələr AÇIQLANDI: 7 NƏFƏR 700 BAL TOPLADI, YENİLƏNİB

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib  Böyüt

AMEA Alimlər Evində Kamal Abdulla ilə görüş keçirilib Böyüt

AZƏRBAYCANIN ƏN SAVADLI MÜƏLLİMLƏRİ – SİZ DƏ TANIYIN

AZƏRBAYCANIN ƏN SAVADLI MÜƏLLİMLƏRİ – SİZ DƏ TANIYIN

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Kənd məktəbində oxuyub 700 bal yığdı

Kənd məktəbində oxuyub 700 bal yığdı

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

Hansı abituriyentlər az bal toplayır?

Hansı abituriyentlər az bal toplayır?

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Qəbul imtahanlarında abituriyentlərin 55,4 faizi 200-dən az bal toplayıb

Ucqar kənd məktəbinə işə qəbul olunanda  fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

Ucqar kənd məktəbinə işə qəbul olunanda fikirləşdim ki, mənə çətin olacaq...GƏNC MÜƏLLİM

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

İşə qəbul üzrə elektron sınaq imtahanları keçiriləcək - Ayda iki dəfə

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib

Bakı məktəblərində 6-cı sinif şagirdlərinin bilikləri təhlil edilib