Xəbərlər
11 may 2017
8 576


Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

 

"Təhsil sahəsində belə bir faciəvi halın meydana çıxması insanları təəccübləndirir və təəssüfləndirir"
 
Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci sayında qeyd olunan bir rəqəm çox ciddi problemi qabardıb. Belə ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum səviyyədə mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanlar da aşkarlanıb. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub.

 Azərbaycan Respublikası Təhsil Şurasının (TŞ) sədri Əjdər Ağayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu problemin kökündə saxtakarlıq, məsuliyyətsizlik durur:

"Təhsil sahəsində belə bir faciəvi halın meydana çıxması insanları təəccübləndirir və təəssüfləndirir. Uşağın oxuyub-yaza bilməyərək 9-11-ci sinifə kimi gəlib çatması saxtakarlıq və ləyaqətsizlikdir". "Bu cür savadsızlığın səbəbi odur ki, uşağın adı məktəbdə siyahıda olsa da, özü dərsə getməyib. Təhsildə saxtakarlıq edənlər düşünüblər ki, həmin uşaq heç bir yerə sənəd verməz və onların etdiyi bu qanun pozuntusu heç kimə məlum olmaz" — deyə Ə.Ağayev əlavə edib.

Şura sədrinin sözlərinə görə, belə saxtakarlığa yol verənlər insanları bədbəxt etməklə yanaşı, özlərini də müdafiə edirlər: "Bu, hansı regionda olmasından asılı olmayaraq, təhsilin aşağı səviyyəsinin göstəricisidir. Bu hadisədə regionun təhsil idarəsi, məktəb direktoru, müəllimlər və eyni zamanda valideyn günahkardır". "Saxta məhsul hazırladığına görə şəxsləri cinayət məsuliyyətinə cəlb etmək mümkün olduğu kimi, təhsil qanununa əsasən, məktəbin məhsuluna görə (şagirdlərin təhsil almasına görə) məktəbdə işləyən təhsil işçiləri də məsuliyyət daşıyır. Belə hallar olarsa, həmin müəssisə məsuliyyətə cəlb edilməlidir. Müəllimlərin əmək haqqı kəsilməlidir, direktor cəzalandırılmalıdır. Eləcə də, digər aidiyyatı şəxslər cəza almalıdır" — Ağayev vurğulayıb.

 Sonda o əlavə edib:  "Təhsil Şurasının sədri olaraq deyirəm ki, bu faktlar neçə illərdir var. Belə halların çoxalmaması üçün sərt tədbirlər görülməliydi. Amma keyfiyyət məsələsinə heç kim müdaxilə etmir. Xalqın övladını bədbəxt etmək olmaz". Təhsil eksperti Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan Dünya Bankının məlumatına əsasən, ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir:

"Bu qurumun məlumatlarında qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. Yeri gəlmişkən, Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir".

"TQDK-nın (DİM — red.) təqdim etdiyi məlumat əslində o deməkdir ki, IX sinifi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir. XI sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə faiz olaraq 99.93% və 99.97% göstərici deməkdir" — Əsədov bildirib.

Bundan başqa, o, əlavə edib ki, TQDK-nın (DİM) elə bir funksiyası yoxdur ki, şagirdlərin oxuyub-yazma qabiliyyətini yoxlasın: "Onlar bunu imtahanda iştirak edənlərin cavab kartlarına qeydləri əsasında müəyyənləşdiriblər. Hansısa şagird hansısa səbəbə görə cavab kağızını ağ qoyubsa, bu, onun oxuyub-yaza bilməməsi demək deyil".

Sputnik Azərbaycan-ın əməkdaşı Təhsil Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov heç bir rəsmi cavablarının olmadığını bildirib… Qeyd edək ki, 11-ci siniflər üzrə yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Lənkəran rayonunda 4 nəfər, Bakı şəhərində və Bərdə, Füzuli, Gədəbəy, Salyan rayonlarının hərəsində 2 nəfər, Ağdam, Cəbrayıl, Göyçay, Göygöl, Kürdəmir, Lerik, Neftçala və Sabirabad rayonlarının hər birindən 1 nəfər olub. 9-cu siniflər yazıb-oxumağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayı belədir: Cəlilabada rayonunda 8 nəfər, Salyan rayonunda 6 nəfər, Füzuli, Lənkəran və Qazax rayonlarının hər birindən 3 nəfər, Daşkəsən, Biləsuvar, Gədəbəy, Göygöl, Qusar, Tovuz və Ucar rayonlarının hər birindən 2 nəfər, Gəncə, Şirvan və Yevlax şəhərlərinin, Kəlbəcər, Kürdəmir, Neftçala, Qax, Qobustan, Şəki, Zaqatala və Zərdab rayonlarının hərəsindən 1 nəfər olub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

DİM: 120 mindən çox şagirdin yalnız 22 faizi ötən il XI sinfi başa vurub

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

55 yaşlı abituriyent də bu gün imtahan verəcək

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"IX və XI sinif buraxılış imtahanlarından "əla" alan şagirdlərin sayında son illərə nisbətən artım var"

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Bu il 314 şagird təhsildən yayındığı üçün buraxılış imtahanlarına buraxılmayıb

Bu il 314 şagird təhsildən yayındığı üçün buraxılış imtahanlarına buraxılmayıb

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

Müəllimlər üçün vakansiya iyulun əvvəlində elan ediləcək

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb