Xəbərlər
13 may 2017
3 158


"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

 

"300-500 magistra möhlət hüququ verilməsilə ordumuzun hərbi qüdrəti nə artan, nə də azalan deyil, əksinə elmimiz bundan ziyan çəkəcək
 
"Möhlət hüququnun Qanun layihəsindən çıxarılması fikri təəssüf doğurur”
 
Artıq xəbər verildiyi kimi, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında” qanun layihəsindən çıxarılıb. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin sözlərinə görə: "Aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edilir. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz”. Komitə sədrinin fikirincə, hazırda gənclərin də ən böyük arzusu Azərbaycanın torpaqlarının müdafiəsi, qorunması və haqq işində qalib gəlməyimizdir.
 Aztehsil.com xəbər verir ki, təhsil eksperti Nadir İsrafilov məsələ ilə bağlı Azpolitika.info-ya açıqlama verib:
 
""Məsələnin təmas xəttində yaranan gərginlik nöqteyi-nəzərindən izahı və qoyuluşu hardasa başa düşüləndir. Lakin, Komitə sədrinin "Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər” açıqlaması hesab edirəm ki, məsələni bir az dramatikləşdirir və insanda istər-istəməz pessimist əhval-ruhiyəsi yaradır. Birincisi, hər birimizin arzusudur ki, təmas xəttində gərginlik tez bir zamanda ilk növbədə sülh, əks təqdirdə hərb yolu ilə aradan qaldırılsın. Lakin bu vəziyyətin bundan sonra hələ neçə illər davam edəcəyinə kim təminat verə bilər?
 
Digər tərəfdən əgər hər hansı bir fövqaladə vəziyyət və ya müharibə şəraiti yaranarsa, ümumi səfərbərlik elan olunduğu halda nəinki, maqistr və doktorantlar, əli silah tutan hər bir azərbaycan vətəndaşı öz torpağının müdafiəsi üçün ayağa qalxacaq. Xalqımızın vətənpərvərlik hissləri çox yüksəkdir. Bunu son aprel hadisələri də bir daha əyani şəkildə sübut etdi. Hətta tələbə və məktəblilərdən ibarət könüllülərin sayı-hesabı yox idi. Veteranlar belə Vətənin müdafiəsinə hazır olduqlarını bəyan ediblər. Bir də ki, istənilən vaxt yaranmış vəziyyətlə bağlı "Qanun”da istənilən dəyişiklik aparmaq olar və necə ki, belə dəyişikliklər dəfələrlə aparılıb və aparılmaqdadır da.
 

"Magistr oğlanlara hərbi xidmətdən möhlət hüququ olmamalıdır"-deputatın fikri

 

"Təhsil sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir: Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir. Yaranmış vəziyyəti nəzərə alaraq, bir sıra tədbirlər görməyi nəzərdə tuturuq.” Bu sözləri Təhsil Naziri Mikayıl Cabbarov deyib. Bu baxımdan maqistr və doktorantlara möhlət hüqunun verilməsi gənclərin elmə marağını stimullaşdırmaq istiqamətində faydalı tədbirlərdən biri kimi dəyərləndirilə bilərdi.
 
Bəyənmədiyimiz sovet dönəmində, iki fərqli, bir-birinə daban-dabana zidd sistem arasında gedən soyuq müharibə şəraitində, nəinki tələbələr, hətta aspirantlar belə təhsil aldıqları müddətdə hərbi xidmətdən azad edilirdilər.Yeniyetmə və gənclərin hərbi hazırlığına xüsusi diqqət yetilirdi.. Əksər ali məktəblərdə hərbi kafedralar var idi. Tələbələr burda hərbi biliklərə yiyələnirdilər. Ali məktəbi bitirdikdən sonra iki aylıq toplanışa yollanırdılar. Bu zaman gənclərə hərbi rütbə verilirdi və onlar ehtiyata buraxılırdı. Bu gün isə tələbələr bakalavr pilləsini bitirən kimi hərbi xidmətə göndərilir. Ordan qayıdandan sonra bildikləri də yadlarından çıxır, elm dalınca getmək həvəsləri sönür.
 
Hətta 1973-cü ildə SSRİ Müdafiə Nazirliyi və SSRİ Maarif Nazirliyinin birgə gərarına əsasən stimullaşdırıcı tədbir kimi kənd müəllimləri də hərbi xidmətdən azad edilmişdilər. Bunun nəticəsi kimi minlərlə gənc mütəxəssislərin kənd yerlərinə axını baş verdi. Onların əksəriyyəti getdiklərı kəndlərdə ailə quraraq regionlarda təhsilin inkişafına öz layiqli töhfələrini vermiş oldular. Düşünürəm ki, müharibə şəraitində yaşasaq belə 300-500 magistra möhlət hüququ verilməsilə ordumuzun hərbi qüdrəti nə artan, nə də azalan deyil, əksinə elmimiz bundan ziyan çəkəcək. Çünki bu gün Azərbaycan ordusu kifayət qədər gücə və kontingentə malikdir, elmimizin isə diqqət və qayğiya böyük ehtiyacı var. Son aylarda isə ordumuz öz qüdrətini bir daha nümayiş etdirdi. Biz indi elm sahəsinin inkişafına çalışmalıyıq. Bu mənada magistr və doktorantura pilləsində təhsil alanlara möhlət hüququnun verilməsi elm sahəsinə marağı stimullaşdıra bilərdi. Belə bir qərarın olacağını ictimaiyyətin əksər nümayəndələri gözləyirdilər. Ona görə də "Elm haqqında” qanun layihəsindən möhlətlə bağlı müddəanın çıxarılmasının effektiv olacağına inanmıram.Cünki təhsildə fasiləsizliyin təmin olunması üçün möhlət hüququ vacib şərtdir.
 
Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin "Elm haqqında” qanun layihəsindən çıxarılması fikrinə ancaq təəssüflənə bilərəm. Həyat öz axarı ilə davam etməlidir. Ümid edək ki, layihənin təkmilləşdirilmiş yeni variantının II oxunuşda Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirəsi zamanı bir sıra obyektiv və subyektiv məqamlar nəzərə alınacaq.”
 
Onu da xatırladaq ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.”Elm haqqında” qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF -

Ali təhsilli çağırışçıların hərbi xidməti üçün yeni TƏKLİF -

Magistr və doktorantlara möhlət hüququ verildi

Magistr və doktorantlara möhlət hüququ verildi

Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qüvvəyə mindi

Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verən qanunun qüvvəyə mindi

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Qaxda “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

“Şahin” hərbi-idman oyunlarının rayon turu keçirilib

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

4-cü sinif şagirdlərinə "Kalaşnikov dərsi": Bizdə də olsun

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

DİM: "İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub"

Martın 13-də başlanan “Şahin” Respublika hərbi idman oyunlarının zona birinciliyi üzrə yarışları davam etdirilir

Martın 13-də başlanan “Şahin” Respublika hərbi idman oyunlarının zona birinciliyi üzrə yarışları davam etdirilir

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad edildi

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru qoyub-ekspertdən prorektora reaksiya

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

Məktəblilər Novruz bayramı münasibətilə "N" saylı hərbi hissəyə gediblər

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

MM-də “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirə olunub

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri

Sovet dövründə diplomların verilməsində gecikmə heç vaxt müşahidə edilmirdi-ekspertlərin rəyləri