Xəbərlər
16 may 2017
66 333


Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

 

Əjdər Ağayev: "Kurrikulum əsasında yaranmış dərsliklərin hamısı anlaşılmazdır”
 
Aztehsil.com cebhe.info-ya istinadən xəbər verir ki, Azərbaycan təhsilində kurrikulum sisteminin ləğvi gündəmə gəlib. Belə ki, 2018-ci ilə qədər şagirdlərin kurrikulumla təhsil almayacağı, bu sistemin konkret olaraq ləğv olunacağına dair məlumatlar yayılıb. Məlumata görə, bu sistem təhsil sahəsində özünü tam olaraq doğrultmayıb. Kurrikulumun ləğvi məsələsinə gəlincə, buna əsas verən ciddi səbəblər başqadır. Bu dəfəki IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi ciddi müzakirələrə səbəb olub.
 
İmtahanlardan iki aya qədər vaxt keçib, lakin hələ də, nəticələr açıqlanmır. Düzdür, Dövlət İmtahan Mərkəzindən imtahan nəticələrinin ikinci mərhələyə qədər açıqlanacağı bildirilmişdi. İmtahanın ikinci mərhələsinin iyun ayında keçirilməsi gözlənilir. Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq nəticələrin açıqlanmaması bəzi fikirlərə səbəb olub. Bu il ilk dəfə buraxılış imtahanında sualların əksəriyyətinin açıq tipli olması səbəbindən şagirdlərin nəticələrinin çox aşağı olduğu, hətta riyaziyyat fənnindən əksəriyyətinin "2” aldığı iddia edilir. Hətta bu səbəbləri nəzərə alaraq nəticələrin ləğv ediləcəyi ilə bağlı da iddialar səsləndirilir. İddialara görə 9-cu siniflər üçün keçiriləcək ikinci mərhələnin imtahan sualları daha sadə tərtib olunacaq. Məsələ burasındadır ki, sözügedən imtahan nəticələrinin ləğvi ilə bağlı iddialarla Dövlət İmtahan Mərkəzi heç cür razılaşmır. Mərkəz rəsmiləri bildirirlər ki, birinci mərhələnin nəticələri ikinci mərhələyə qədər açıqlanacaq.
 
Bunun da səbəbi buraxılış imtahanlarının birinci mərhələsində test tapşırıqlarının əksəriyyətinin açıq tipli olmasıdır. Bu sualların yoxlanılması zaman tələb edir. Hələ ki imtahanların yoxlanılması prosesi aparılır. Yoxlama prosesi başa çatmadan nəticələr barədə danışmaq doğru deyil. Nəticələrin necə olmasından asılı olmayaraq, Dövlət İmtahan Mərkəzi nəticələri ictimaiyyətə açıqlayacaq. Ekspertlər isə düşünür ki, imtahan nəticələrinin hesablanması  üçün əslində bir ay kifayət edir. Hər halda kurrikulumun ləğv ediləcəyi şübhəsizdir və bunun isə əsaslı açıqlanmasını yuxarıda qeyd etdik.
 

Mikayıl Cabbarov kurikulumu ləğv edir

 

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev "Cümhuriyət” qəzetinə açıqlamasında həqiqətən də kurrikulum sisteminin yenidən işlənib hazırlanmasına ehtiyac olduğunu deyib:
 
"Kurrikulum  Azərbaycan pedaqoqikasına daxil olandan mən o anlayışın əleyhinəyəm. Çünki kurrikulum əvəzinə təhsil proqramları demək mümkündür. Əvvəllər də belə şeylər olub. Kurrikulum adı altında müxtəlif təlim, yeni təlimlər, fəal təlim metodları adı altında daxil olunan vasitələr də metod kimi təqdim olundu ki, çoxu da Azərbaycan terminalogiyasına uyğun deyil. Yəni, mən onun da əleyhinə olmuşam. Ümumiyyətlə, biz kurrikulumu, yəni təhsil proqramlarını mövcud olan qüsurları aradan qaldırmaq şərtilə yeni bazada hazırlamalıyıq. Yəni milli təcrübəyə əsaslanaraq, yeni texnologiyaları da ora qataraq, yeni konseptual sənəd hazırlaya bilərik”.
 
Ekspert qeyd edib ki, həmin kurrikulum əsasında yaranmış dərsliklərin hamısı anlaşılmazdır: "Müəyyən tələbləri yerinə yetirmir. Yeni qaydada müasir tələblərə uyğun kurrikulum tərtib olunsun və ona uyğun da dərsliklər müəyyən edilsin. Azərbaycanın zəngin təcrübəsi var.  Metodika həmin o təcrübəyə əsasən hazırlansın. Bir sözlə bu sistem yenidən işlənib-hazırlanmalıdır”.
 
Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi "Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

Dahilər summativlər və formativlərlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

Rezidenturaya qəbul imtahanında 664 namizəd 2-ci mərhələyə keçib

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

DİM:"II və III ixtisas qruplarının imtahanın nəticələri yaxın 4 gün ərzində elan ediləcək"

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

9-cu sinif şagirdləri buraxılış imtahanı verib

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil sistemindən şikayət: “Bəs, kasıb uşaqlarının taleyi necə olacaq?”

Təhsil sistemindən şikayət: “Bəs, kasıb uşaqlarının taleyi necə olacaq?”

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.