Xəbərlər
19 may 2017
2 847


ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının ali təhsil müəssisələrinin II Forumunda iştirak edir.

17-19 may tarixlərində keçirilən tədbirin açılışında Başqırdıstan Respublikasının baş nazirinin müavini Salavat Sagitov və Azərbaycan Respublikası təhsil nazirinin müavini Mətin Eynullayev iştirakçıları salamlayaraq çıxış ediblər. Azərbaycan Respublikası təhsil nazirinin müavini isti qarşılamaya görə Başqırdıstan prezidenti Rüstəm Xamitova, Rusiya Federasiyası hökümətinə və Ufa Dövlət Neft Texniki Universitetinə öz minnətdarlığını bildirib. "Rusiya və Azərbaycan təhsil icmaları arasında olan qarşılıqlı əlaqə həmişə güclü olub və assosiasiyanın yaranması bu əməkdaşlığın məntiqi davamı oldu. Son iki il ərzində mütəmadi olaraq mübadilə səfərləri keçirilir. Mən əminəm ki, biz yeni layihələri uğurla həyata keçirəcəyik” - deyə o bildirib.

UDNTU-nun rektoru, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının həmsədri Ramil Baxtizin forumun Başqırd neftinin 85 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyini qeyd edib. "O vaxtlar Başqırdıstanı "ikinci Bakı” adlandırırdılar. Bu gün də birinci Bakıdakı inkişaf "ikinci Bakı”da uğurla davam etdirilir”, - deyə rektor qeyd edib.

Qeyd edək ki, neftçi və neft sahəsinin problemləri ilə məşğul olan alimlər arasındakı yaxın əlaqələr heç vaxt kəsilmir. Ötən ilin noyabr ayında Ufa şəhərində Başqırdıstan Elmlər Akademiyasının təsisçilərindən olan, Azərbaycanın görkəmli alimi, akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş konfrans keçirilmişdi.

Plenar iclas çərçivəsində forum iştirakçıları kadr hazırlığı üzrə Milli Fondun icraçı direktoru Marina Barışnikovanın, Cənub Universitetinin rektoru İmran Əkbərovun, M.Aqmulla adına Başqırd Dövlət Pedaqoji Universitetinin rektoru Rail Əsədullayevin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının və digər nüməyəndələrin hesabatlarını dinləyiblər.

Forumda Azərbaycandan 16, Rusiyadan 34 ali təhsil müəssisəsi iştirak edir. Forumun təşkilatçıları Rusiya Federasiyası Başqırdıstan Respublikası höküməti, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası və Rusiya kadr hazırlığı üzrə Milli Fonddur.

Forumda regionların inkişafında universitetlərin rolu, beynəlxalq əməkdaşlıq, həmçinin universitetlərin beynəlxalq və milli reytinqlərdə iştirakı məsələləri müzakirə olunub. Forumun proqramında plenar iclas "Universitet – regional iqtisadiyyatın hərəkətverici qüvvəsidir: Rusiya və Azərbaycan təcrübəsi”, panel müzakirə "Beynəlxalq əməkdaşlıq universitetlərin inkişafında əsas amil kimi” və assosiasiya üzvü olan universitet rektorlarının sessiyası nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası 2015-ci ildə Bakıda yaranıb. Onun tərkibinə Rusiyadan 32, Azərbaycandan isə 12 ali məktəb daxildir.
 
moderator.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADPU-da əməkdaşlıq məsələləri müzakirə edilib

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru “Thomson Reuters” jurnalının MDB ölkələri üzrə nümayəndələri ilə görüşüb

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

Fransanın Dövlət katibi UFAZ-da olub

Fransanın Dövlət katibi UFAZ-da olub

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunuş barelyefin açılışı olub

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

BDU rektoru beynəlxalq mükafata layiq görülüb

BDU rektoru beynəlxalq mükafata layiq görülüb

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Azərbaycanda məktəb direktoru Beynəlxalq mükafat alıb

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir

Bakıda “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir