Xəbərlər
25 may 2017
3 205


Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktub dərsliklərə salınsın - TƏKLİF

 

Azərbaycan ikinci müstəqilliyini əldə etdikdən sonra təhsil sahəsində cümhuriyyət tariximizə hansı formada yer verilib?

Bir neçə gün bundan öncə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
 Sərəncamda bildirilib ki, 2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Qeyd olunub ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalıb.
 
Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxıb.
Modern.az saytı şanlı tariximiz olan Cümhuriyyətimizin 100 illiyi münasibətilə bu ildən başlayaraq silsilə yazılar təqdim edir. Bugünkü toxunduğumuz məsələ cümhuriyyət tariximizin təhsil sistemindəki rolu barədədir.
Azərbaycan ikinci müstəqilliyini əldə etdikdən sonra təhsil sahəsində cümhuriyyət tariximizə hansı formada yer verilib?
Cümhuriyyətimizin yaranması, yaradıcıları, cümhuriyyət dövrünün ziyalıları, tarixçiləri, görkəmli xadimlərinə dərsliklərimizdə nə dərəcədə yer verilib?
 
Aztehsil.com xəbər verir ki, tarixçi-alim Nəsiman Yaqublu modern.az-a açıqlamasında məsələnin ürəkaçan olmadığını bildirib.
 
"Cümhuriyyət dövrü ilə bağlı orta məktəb dərsliklərimizdə real mənzərə o qədər də ürəkaçan deyil. Yuxarı siniflərin dərsliklərində cümhuriyyət dövrümüzə aid bir səhifə və bir səhifə yarım material verilib. Bu, cümhuriyyət qurucularının həyat və fəaliyyətini tam şəkildə əks etdirmir. Çar Rusiyası necə təqdim olunursa, az qala cümhuriyyət dövrü də dərsliklərimizdə o cür təqdim olunur. Bu da kifayət qədər məzmunlu material deyil. Halbuki, belə olmamalıdır. Bu, dövlətçiliyimizin əsasının qoyulduğu dövrdür”.
 
Nəsiman Yaqublu dərsliklərdə cümhuriyyət dövrünə geniş yer verilməsi barədə təkliflər də səsləndirib.
 
"Tədris proqramlarına o dövrlə bağlı geniş şəkildə dərs saatları ayrılmalıdır. 2, 3, 4 saat bəs etmir. Saatların vaxtı kifayət qədər çox olmalıdır.
 
O dövrlə bağlı yazılan dərslikləri yazanlar cümhuriyyət dövrünün araşdırmaçı mütəxəssisləri olmalıdır. Bu o demək deyil ki, mütləq o dövrü akademik, akademiyanın prezidenti, yaxud da tarix institutunun direktoru yazmalıdır. Əsla. Dərsliklərdə konkret faktlar əsaslandırılaraq təqdim olunmalıdır. Cümhuriyyət dövrünün xüsusiyyətlərini, Azərbaycan xalqına, dövlətçiliyinə  nə verdiyini, eyni zamanda, o dövrdə qəbul edilən atrubutlarımızı ciddi və əsaslandırılmış şəkildə şagirdlərə çatdırmalıdır. Bu mənada çox iş görmək olar. Şagirdlərə o dövr və qurucuları haqqında  daha geniş məlumat verilməlidir.
 
Bir məqamı da qeyd edim. Dərslikləri hazırlayarkən qısqanclıqları kənara qoymaq lazımdır. Yəni, "bu Rəsulzadədir”, ya da "Nəsib bəy Yusifbəylidir” deyib fərq qoymaq olmaz.
 
Tariximizə və dövlətimizin inkişafına diqqət yetirməliyik. Məsələn, niyə Nəsib bəy Yusifbəylinin atasına yazdığı məktubu dərsliklərə salmayaq?! O baş nazir olanda atasına məktub yazır ki, mənə maliyyə köməkliyi elə. Atası da yazır ki, sən oxuyanda da maliyyə yardımı etməyimi istəyirdin. İndi baş nazirsən. Yenə də kömək edim?! Rəsulzadə həbsdə olanda Stalin onun yanına gəlir.Rəsulzadə Stalinə "məni həbsxanadan tez çıxarın” demir. Əksinə deyir: "Siz işğalçısınız”. Son məqama qədər dövlətin azadlığını düşünür. Belə nümunələri dərslilərə salmaq lazımdır ki, uşaqlarımız o ruhda böyüsünlər”.
 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə də cümhuriyyət dövrünün dərsliklərdə geniş işıqlandırılmasının tərəfdarıdır.
"Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Azərbaycan Xalq cümhuriyyətinin yaranması tək Azərbaycan üçün deyil, dünya üçün də mütərəqqi hadisədir. Çünki Şərqdə ilk qurulan respublikadır. Bu Azərbaycanın tarixi missiyasıdır. Ona görə də  Azərbaycanın təhsil proqramlarında da dünyəvi dəyərlərimizin olması vacibdir.
 
Gələn il cümhuriyyətimizin 100 illiyini qeyd edəcəyik. Biz Azərbaycanın inkişaf edən gəncliyinə bunu çatdırmalıyıq. Düzdür, dəsrliklərimizdə cümhuriyyətimiz barədə məlumatlar yer alır. Düşünürəm ki, bunu daha da genişləndirmək lazımdır”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

28 May - Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı"haqqında nə bilirik ?

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

"İdarəetmə pomidor şitili deyil ki, onu əkəsən, sonra başqa bir pomidora calayıb yeni bir hibrid alasan"

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

TARİXİN SİRLƏRİ ! Atatürkün sirli ölümü və gizlədilən vəsiyyəti

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Kəngərli rayon Xok kənd tam orta məktəbində tədbir keçirilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Göygöl Rayon Təhsil Şöbəsində 18 oktyabr-Dövlət Müstəqillik Günü münasibətilə iclas keçirilib

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

BDU-da “Füyuzat” jurnalının 110, yenidən nəşrinin 10 illiyi qeyd olunub

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” nə bilirik ?

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

“Bu metod ali təhsil sistemimizdə mütərəqqi yenilikdir”

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"