Xəbərlər
26 may 2017
3 201


Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

 

Bu il Naxçıvan Muxtar Respublikasından şagirdlər də daxil olmaqla IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 263 qalib müəyyən edilib. 48 nəfər şagird qızıl, 85 nəfər gümüş, 130 nəfər isə bürünc medala layiq görülüb.Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30 000 nəfərə yaxın şagird iştirak edib.
 
Aztehsil.com xəbər verir ki, 1news.az-a Təhsil  Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, olimpiada ilə bağlı millət vəkilləri, ziyalıların təəssüratlarını təqdim edirik. 

Şahlar Əsgərov professor 

"Azərbaycanda olimpiada hərəkatı son iki-üç ərzində çox inkişaf edib. Əvvəla, 30 mindən çox şagirdin iştirak etməsi sevindiricidir. Kəmiyyət göstəriciləri həm də keyfiyyət göstəricilərinə təsir göstərir. 260-dan çox şagird medallarla təltif edildi. Yaxşıların yaxşıları olan bu şagirdlər üçün yadda qalan hadisəyə çevrildi.

Onlar özlərini daha səfərbər edər, daha yüksək zirvələri fəth edir. Mən onların gözlərində sevinc görürdüm. İnsanlara mənəvi dəyər veriləndə xoşbəxtlik daha da yüksək olur. Nobel mükafatçısı Əziz Sancarın olimpiada iştirakçılarına müraciəti də təsirli idi. İnanıram ki, o məktub da gənclərin həyatında silinməz iz buraxacaq”.

Tahir Mirkişili Millət vəkili

"Düşünürəm ki, fənn olimpiadalarının keçirilməsi orta məktəb uşaqların daha yaradıcı olmalarına və eyni zamanda qarşılarına çıxa biləcək  çətin məsələlərin həll  olunmasında  daha sürətli düşünməyə yardım edəcəkdir. Təhsil Nazirliyinin keçirdiyi tədbir fənn olimpiada qaliblərinin  bir yerə yığılması  və onların ən yüksək səviyyədə təltif olunması  həm də şagirdlər üçün bu günü, bu qələbənin medallarını unudulmaz edir. Gələcəkdə bundan da yüksək nəticələr əldə  etmək üçün bir motivasiya rolu oynayacaq.

Tədbirdə eyni zamanda mən də öz şagirdlik illərimi xatırladım.  Çünki mən də 11-ci sinifdə oxuyarkən fənn olimpiadalarında qalib olmuşdum. Məktəbdə oxuduğum müddətdə məhz həmin fənn olimpiadalarında iştirakım və qalib olmağım növbəti illərdə-universitet illərində aldığım nəticələrin daha da yüksək olmasında  çox böyük rolu olmuşdur”.

Vüsal Hüseynov millət vəkili

"İlk olaraq respublika fənn olimpiadalrında  qalib olan şagirdləri,  onların valideyn və müəllimlərini təbrik edirəm. Həmçinin, bu il də olimpiadaların bu il də yüksək səviyyədə, obyektiv meyarlarla  və şəffaflıq prinsipi əsasında keçirilməsi  münasibətilə təhsil sahəsinda çalışan  şəxsləri  və bu  işdə  əməyi olan , dəstək göstərən şəxsləri təbrik edirəm. Olimpiada qaliblərinə göstərilən diqqət və işin təşkili, eyni zamanda  digər şagirdləri də belə yüksək nəticələr üçün  həvəsləndirir və motivasiya rolunu oynayır.

Bu baxımdan, bu prosesin diqqətdə olması  vacibdir. Əminəm ki, bu istedadlı  gənclərin  gələcək fəaliyyəti də diqqqətdə saxlanılacaq, müvafiq istiqamətlər üzrə dəstək göstərliləcək. Onların ölkəmizin gələcək  inkişafına  maksimum töhfə verməsi üçün imkanlar təmin ediləcəkdir. Bizim şagirdlər artıq  beynəlxalq fənn olimpiadalarında olan qalibiyyətləri artır. Mən ümid edirəm ki, dünənki təltif mərasimindəki qaliblər də  ölkəmizi beynəlxalq tədbirlərdə  layiqincə təmsil edəcək, bizim ölkəmizin uğurlarını və  bu sahədə medallarımızın sayını artıracaqdır”.

Millət vəkili Zahid Oruc

"Təhsil Nazirliyinin  orta məktəbləri arasında keçirdiyi olimpiada yarışları   təkcə zehni fəaliyyətin aşkarlanması deyil, eləcə də millətin  önünə çıxa biləcək  aparıcı imkanlarımızı  müəyyənləşdirməkdir. Dünənki mərasimə qatılan hər kəs qürurverici bir mərasimdə olduğunun fərqindəydi. Bizim balalarımız  ucaldıqları qədər də milləti yüksəldirlər. Bu yarışma beyin işidir, intellektual zəhmətdir, elmin dərinliklərinə baş vurmaq qabiliyyətidir.

Keçirilən  tədbirin  artıq bir ənənə xarakteri  daşıması, onun kontingentinin  genişlənməsi, daha çox gənclərimizin bu sıraya qoşulması rəqabət kotentinin şəffaf aparılması  ona inam yaradır ki,  həmin medalçı  insanlarımız  millətin qızıl təbəqəsini təşkil etməkdədir.  Çox ümidvaram ki,  bu insanların hər birinin gələcəkdə  elmi karyerası elə qurulacaqdır ki,  həmin insanlar xalqın önündə olacaqlar. Bizim iqtisadi və siyasi  sferamızda  uğurlarını davam etdirəcəklər. Bu tədbirə görə onlara təşəkkür edirəm, uğurlarının davamını diləyirəm”.

S.Xankişiyeva

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

 

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

 

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib – FOTO

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. 

Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib. 

Şabranda da Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Şabranda da Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib

Şabranda Respublika fənn olimpiadaları üzrə yarışda Murad Cəbrayılov I yerə layiq olub

Şabranda Respublika fənn olimpiadaları üzrə yarışda Murad Cəbrayılov I yerə layiq olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Göygöl rayonundan fənn olimpiadası qalibləri müəyyən olunub

Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Yanvar ayının 15-də Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Respublika fənn olimpiadalarının rayon mərhələsi heyata keçirilib

Yanvar ayının 15-də Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Respublika fənn olimpiadalarının rayon mərhələsi heyata keçirilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Ağstafada rus dili fənni üzrə olimpiada keçirilib

Ağstafada rus dili fənni üzrə olimpiada keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

Şabranda rus dili və ədəbiyyatı üzrə olimpiada təşkil olunub

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə  vəsiqə qazanıb

Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Məktəb idarəediciləri üçün "Özünəinamın qiymətləndirilməsi” testi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi