Xəbərlər
29 may 2017
28 431


Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

 

Son günlər direktorlar və onların müavinləri, həmçinin təhsil şöbələrinin işçilərinin orta məktəbdə dərs deməkdən azad olunacaqları barədə mətbuatda məlumatlar dolaşır. Yəni, bu peşə sahibləri yaz öz peşələrində qalmalı ya da müəllim işləməlidir. Bu problemlə əlaqədar ölkənin qərb bölgəsindən təhsil şöbəsindən saytımıza müraciət olunub və bir aydınlıq gətirilməsi xahiş olunub. Karyera Tədris və Araşdırmalar Mərkəzinin Direktoru Elşən Qafarov mövzu ilə əlaqədar öz fikrini belə izah edib.
 

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

 

"Verilən məlumat doğrudur. Bu artıq keçən ildən Bakı Şəhər Təhsi İdarəsində başlayıb. Yeni işə başlayan, köhnə işləyən direktor və müavinlərinə deyilib ki, onlar dərs deməsinlər. Əslində məsələyə yanaşanda Təhsil Nazirliyinin mövqeyi doğrudur. Çünki biz hamımız bilirik ki, orta ümumtəhsil məktəblərində direktor və müavinlərin 12 saat dərs demək imkanı var. Lakin bu o zaman uyğun görülür ki, məktəbdə dərs saatları bölünüb və əlavə dərs saatları da qalıb. Onlar dəsr deyən zaman idarəetmədə boşluq yaranır. Təhsil Nazirliyinin bu qərarı doğrudur ki, onlar yalnız idarəetmə ilə məşğul olsunlar. Bugün təhsil islahatları davam edərkən dövlətə səriştəli, savadlı işini bacaran idarəedicilər lazımdır. Direktor və müavinlər elə yaxşı oalr ki, öz peşəkarlıqlarını peşələrində göstərsinlər. Onların müəllim işləməsi istisna hallarda mümkündür ki, məktəbdə həmin ixtisas üzrə müəllim yoxdur və təhsil şöbəsi o ixtisas üzrə müəllim tapa bilmir. İş saatlarının bölünməsi üçün bu uğurlu addımdır. Direktor və müavinləri buna görə ruhdan düşməsinlər, əgər onların dərs deməyi uyğun görüləcəksə əməkhaqqları sitimullaşdırılacaq.
 
Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov da saytımıza öz fikrini bildirib.
 
"Doğru və yanlışlığından asılı olmayaraq belə bir addım atılacağı gözlənilən idi.

İndi də bir sıra sayt və FB səhifələrində  dərs saatları ilə bağlı xəbərlərə və paylaşmalara start verilib. Yayılan xəbərlərə görə,  dərs saatları ilk növbədə müəllim heyəti arasında bölünməli, bunun üçün ilk növbədə qeyri-müəllimlərə verilən dərs saatları onlara qaytarılmalıdır. Qeyri-müəllim hesab edilən UBR, laborant, psixoloq, kitabxanaçı, direktor və müavinləri, metodistlər, təhsil sistemində əsas iş-yeri qeyri ümumtəhsil müəssisəsi olan yerlərin əməkdaşları-məktəbdənkənar müəssisələrin məşqçi müəllimi, dərnək rəhbəri və s. nəzərdə tutulur. Təhsil sistemindən kənar müəssisədə əsas iş yeri olan şəxslər birmənalı şəkildə dərs saatlarına malik olmayacaqlar. Direktor və müavinlər müəllimlər dərs saatı ilə təmin olunduqdan sonra 6 saatadək dərs apara bilərlər. Müəllim keçərək əlavə dərs saatına malik olmaq istədikləri halda, TN -ə müraciət etməli, fərdi qaydada TN -də qiymətləndirmədən keçdikdən sonra artıq yalnız müəllim kimi fəaliyyət göstərə bilərlər. Metodistlər fərdi qaydada RTŞ -nin müraciəti ilə TN tərəfindən razılıq ilə məhdud dərs saatlarına malik ola bilərlər. Müəllimlər zəifdirlərsə dərs saatlarının bir qismi onlar arasında bölünməklə, vakansiyaya çıxarılmalı, sistemə "yeni nəfəs" gəlməlidir və s.
Əvvəla belə bir rəsmi informasiya heç bir rəsmi mətbu orqanında dərc olunmayıb və heç bir rəsmi qurum və şəxs tərəfindən hər hansı bir bəyanat və açıqlama ilə təsdiqini tapmayıb. Bununla belə, məsələyə "od olmayan yerdən tüstü çıxmaz” pinsipi ilə yanaşsaq, TN rəsmilərinin son bəyanat və açıqlamalarındakı məhz bu aspektdən olan mesajlara diqqət yetirsək və nəhayət bu istiqamətdə artıq bir sıra yerli təhsil orqanlarının "aktiv fəaliyyətə” başlaması barədə gələn xəbərləri nəzərə alsaq "torbada pişik var” ehtimalı özünü doğrultmuş olur.
Belə bir addımın gec-tez atılacağı onsus da əvvəlcədən hiss olunurdu, başqa sözlə gözlənilən idi. Hər şeydən əvvəl ona görə ki, "layihədə” də (əgər bunu şərti olaraq layihə adlandırsaq) deyildiyi kimi "dərs saatları ilk növbədə müəllim heyəti arasında bölünməli, bunun üçün isə ilk növbədə qeyri-müəllimlərə verilən dərs saatları onlara qaytarılmalıdır.” Həqiqətən də məktəblərimizdə xeyli kənar "saathesabılar” və əvəzedicilər var ki, bunlar da əsas müəllimlərin dərs saatı ilə düz-əməlli təminatı üçün bir manedir. "Təhsil sistemindən kənar müəssisədə əsas iş yeri olan şəxslərin birmənalı şəkildə dərs saatlarına malik olmayacaqlar”ı barədə ideya ilə də tam razılaşmaq olar.
 

Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi

 

"Direktor və müavinlər müəllimlər dərs saatı ilə təmin olunduqdan sonra 6 saatadək dərs apara bilərlər”- bax bu fikir tam yanlışdır və bununla heç bir halda razılaşmaq olmaz. Bununla bağlı hər hansı bir əlavə şərh verməyə belə ehtiyac duymuram. Birdən təmin olunmadı... 

"Müəllim keçərək əlavə dərs saatına malik olmaq istədikləri halda, TN -ə müraciət etməli, fərdi qaydada TN -də qiymətləndirmədən keçdikdən sonra artıq yalnız müəllim kimi fəaliyyət göstərə bilərlər.” Bu bəndə də əlavə prosedur baxımından heç bir ehtiyac görmürəm. Hər halda son və konkret sözü məsələnin rəsmi açıqlamasından sonra demək olar.

O ki, qaldı doğru və yanlış olmasından asılı olmayaraq belə bir informasiyanın ictimailəşməsinə hesab edirəm ki, bu ictimai rəyin öyrənilməsi və fikir mübadiləsi baxımından bəlkə də faydalıdır. Nazirlik əgər belə bir qərarın qəbul edilməsində israrlı olsa belə yəqin ki, müzakirə və polemikalar baş tutduğu halda ictimai rəydən irəli gələn rəy və təklifləri nəzərə alacaq, necə ki, 1 sentyabrla bağlı ictimai rəyə reaksiya verib, ictimai müzakirəyə çıxardı.
 
aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyinin müəllimlərlə bağlı "planı"- dolayısıyla

Təhsil Nazirliyinin müəllimlərlə bağlı "planı"- dolayısıyla

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

DƏRS CƏDVƏLİNİN TƏRTİBİ ÜÇÜN TÖVSİYƏ

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Təhsil Nazirliyi DQ nəticələri ilə bağlı nə qərara gəlib?

Təhsil Nazirliyi DQ nəticələri ilə bağlı nə qərara gəlib?

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Sinif jurnalının yazılması və sinif jurnalına  nəzarət qaydaları

Sinif jurnalının yazılması və sinif jurnalına nəzarət qaydaları

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Ağstafa - Hikmət Ziyanın “Qarabağda şeirində təsvir və ifadə vasitələri” mövzusunda açıq dərs keçirilib

Ağstafa - Hikmət Ziyanın “Qarabağda şeirində təsvir və ifadə vasitələri” mövzusunda açıq dərs keçirilib

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

"Necə olur ki, bizim məktəblərin bir neçə ilə öyrədə bilmədiyini hansısa kurslar və ya fərdi repetitorlar bir neçə aya öyrədə bilirlər?"

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Azərbaycanda müəllim dərs vaxtı öldü

Azərbaycanda müəllim dərs vaxtı öldü