Xəbərlər
01 iyun 2017
4 679


Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

 

Göyçay Şəhər İsmayıl Göyçaylı küçəsi dalan 4 ev 10 sakini 
keçmiş hərbi zabit Hüseynov Rauf Rafiq oğlu tərəfindən


MÜRACİƏT


Hörmətli Redaksiya Göyçay rayon Təhsil şöbəsində korrupsiya özbaşınalıq höküm sürür. Təhsil şöbəsinin müdiri Elnur İsmayılov burada heç kimdir, çünki burada bütün işləri Sabirabad rayon İcra başçıs Nazim İsmayılovun qudası Rüstəm Talıbov idarə edir. Rüstəm Talıbovun vəzifəsi müdirin köməkçisi olsada qudası Nazim İsmayılovun himayəsi altında Göyçay təhsilini iflic edib. Nəticədə Göyçay rayon məktəblərində saxtakarlıq korrupsiya halları baş alıb gedir.

Mənim həyat yoldaşım Hüseynova Təranə Arif qızı, 1996-cı ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub və 2000-ci ildə bitirib.Təyinatla Göyçay şəhər Vüqar Əiyev adına 8 saylı ümumi orta məktəbə ana dili və ədəbiyyat fənni üzrə müəllim göndərilmişdir və fasiləsiz olaraq həmən məktəbdə 2010 ilə qədər müəllimə kimi çalışmışdır. Mənimlə ailə qurduqdan sonra həmin vaxt Sərhəd Qoşunlarında zabit kimi xidmət etdiyim üçü işimlə bağlı həyat yoldaşım işdən çıxdı. Mən ordu sıralarından xəstəliyimlə bağlı 2013-cü ildə, ehtiyata buraxıldıqdan sonra, həyat yoldaşım, yenidən 25 fevral 2014-cü ildə müqavilə ilə, həmin 8 nömrəli məktəbə işə gayıdıb, hal-hazırda 3 il 3 ay işləyir və 13 il iş stajı var. Lakin Rayon Təhsil Şöbəsinin rəhbəri Elnur İsmayılov və məsləhətçisi Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılovun qudası Rüstəm Talıbov, mənim yoldaşımı diaqnostik qiymətləndirməyə buraxmadılar. Əsas isə onu gətirdilər ki, Təhsil Naziri Mikayıl Cabbarov 19 aprel 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunan vaxtdan, şifahi göstəriş verib ki, müqavilə ilə işə götürülənləri qiymətləndirməyə buraxılmasın.Nə üçün onda 2010, 2011, 2012, 2013 –cü illərdə ali təhsil ocaqlarını və kollecləri bitirmiş, eyni zamanda işə qəbul olunmaq üçün heç bir imtahan verməmiş, müqavilə ilə işə götürülüb və diaqnostik qiymətləndirilməyə buraxılırlar, lakin mənim həyat yoldaşım 13 il iş praktikası var, hərbiçinin həyat yoldaşı ola-ola ona güzəşt olunmur və diaqnostik qiymətləndirilməyə buraxılmır. Bu azmış kimi Elnur ismayılov, Rüstəm Talıbov və Təhsil Nazirliyinin əməkdaşı Eşqin Bağırov kimiləri Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun adından istifadə edərək, mənə və yoldaşıma bildiriblər ki, 13 ildən artıq iş praktikasına baxmayaraq yeni tədris ilindən işdən azad olunacaq. Mən bu barədə 29 mart 2017-ci il tarixində Təhsil Naziri Mikayıl Cabbarova Azəraycan Respublikası Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq "Müraciət etmək hüququ” ilə müraciət ünvanlandırsamda indiyəqədər baxılmayıb.Hansı ki, vətəndaşların müraciətlərinə 15 iş günü müddətində baxılıb və rəsmi cavab verilməlidir.

Hal-hazırda ali təhsil almış insanlar diaqnostik qiymətləndirməyə buraxılmır, amma çoxlu sayda kolleci bitirən şəxslər işlə təmin olunurlar o zaman nə üçün əziyyət çəkib ali təhsil alırıq, elə onda bütün ali təhsil ocaqları bağlansın və kolleclərə yer verilsin, çünki Göyçayın ağıl sarıdan əziyyət çəkən təhsil şöbəsinin rəhbərliyi belə xaos yaradıb və bilərəkdən əhalinin böyük ziyalı hissəsini cənab Prezidentimiz İlham Əliyevin üstünə düşünülmüş şəkildə qaldırırlar.

1995-ci ilin məlum mart hadisələrində mən Sərhəd Qoşunları Fakültəsinin 3-cü kursunda təhsil alırdım və Ali Baş Komandan Ümümmilli Lider prezident Heydər Əliyevin əmri ilə XTPD (omon) qarşısında öz döyüş yoldaşlarımla və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Bəhruz Mansurovla sipər olduq və XTPD niyyətinə çatmağa imkan vermədik.Həmin döyüşdə Bəhruz Mansurovun ölümü məni çox qəzəbləndirdi və mən Rövşən Cavadova açdığım güllə ilə onu yaraladım, sonralar o qanitirmədən dünyasını dəyişdi.

Həmin vaxt məndə bir çox döyüşçü dostlarımla, bizə verilən mükafatlardan imtina etdik və düşünə bilməzdim ki, 22 il sonra mən heç kimə lazım olmayacam və bugün Rüstəm Talıbov kimiləri mənim Heydər Əliyevin siyasi kursuna sadiq qalıb Rövşən Cavadovu həbs etməyimi qınayacaqlar.Çünki Rüstəm Talıbovun arrxasında Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov durub. İndi kim zamanət verər ki, Lələtəpə əməliyyatında mərdlik göstərən və mükafatlardan imtina edən igid oğullarımız 22 ildən sonra hansı məmur özbaşınalığı ilə üzləşəcəklər? Belə hadisələri eşidən və bilən şəxslər düşmən tapdağında olan 20 faiz torpaqlarımızın azadlığına can atacaqmı ?

Əgər Rövşən Cavadov qalib gəlsəydi o zaman Mikayıl Cabbarov Təhsil Naziri, Səbirabad Rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılov, Göyçay Rayon Təhsil Şöbəsinin direktoru Elnur İsmayılov və məsləhətçisi Rüstəm Talıbov bu vəzifələrə təyin olunacaqdırlar ?

Sizdən xahiş edirəm mənim hüququmu qorumaqda mənə köməklik göstərəsiniz və bu şikayətimi ictimaiyyətləşdirəsiniz. Cənab Prezident İlham Əliyevdən və Birinci Vitse-Prezident Mehriban Əliyevadan mənim bu şikayətimi araşdırmalarını xahiş edirəm.

Hörmətlə: Rauf Hüseynov keçmiş hərbi zabit
 
bakunews.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Şamaxı şəhərində vətəndaşları qəbul edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Təhsil Nazirliyi diaqnostik qiymətləndirməyə buraxılmayan müəllimlərə müraciət edib

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

SDU tələbəsi I Vitse-Prezidentə şikayət etdi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə  təltif edildi

40 illik pedaqoji təcrübəsi olan müəllim döş nişanı ilə təltif edildi

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Müəllimin diplomunun saxta olduğu 24 il işləyəndən sonra üzə çıxdı

Sayt redaktorundan Mikayıl Cabbarova müraciət

Sayt redaktorundan Mikayıl Cabbarova müraciət