Xəbərlər
03 iyun 2017
2 755

Suraxanının polis rəisi məktəblilərə "Narkomaniya" adlı bəladan danışdı

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri davam etdirilir. 

Suraxanı rayon 85 saylı tam orta məktəbində həyata keçirilən tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, Suraxanı rayon polis idarəsinin əməkdaşları və məktəbin yuxarı sinif şagirdləri iştirak edib. 
Tədbirdə çıxış edən polis polkovniki Namiq Həsənov bildirib ki, ümumbəşəri problem olan narkomaniyaya qarşı bütün dünya ölkələri ciddi addımlar atır. Bu baxımdan Azərbaycanda da davamlı işlər həyata keçirilir:
 
"Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir”. 

Polkovnikin sözlərinə görə, bu il ərzində Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub. Tədbirlərdə şagirdlərə narkomaniya bəlası barəsində ətraflı məlumat verilib. O, narkomaniyanın törətdiyi fəsadlardan danışıb: 

"Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”. 

N.Həsənov onu da vurğulayıb ki, həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində Suraxanı rayonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqayisədə xeyli aşağı düşüb. Həmçinin qaynar xətt yaradılıb ki, bu vətəndaşların narkomaniya ilə bağlı məlumatları asanlıqla aidiyyəti qurumlara çatdırlasında mühüm rol oynayır.

Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.
 
moderator.az
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Qax rayonu ümumtəhsil məktəblərində yerli səhiyyə orqanları ilə birgə maarifləndirmə tədbirləri davam edir

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Təhsil Nazirliyi bölgələrdəki təhsil müəssisələrində pozuntular aşkarlayıb

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

ADNSU-da QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirildi

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Ağstafa rayon ümumtəhsil müəssisələrində  Bayraq Günü geniş qeyd edilib

Dövlət İmtahan Mərkəzi hüquqi publik şəxsin yaradılması ilə bağlı sərəncam və fərmanlarda dəyişikliklər edilməsi ilə bağlı Prezidentin fərmanı

İbtidai təhsil fakültəsinin əməkdaşları 47 nömrəli tam orta məktəbdə olublar

"Olimpiya Hərəkatı" Göygöldə davam etdirilir.

M.Mənsimovun tikdirdiyi kənd məktəbinin qazını kəsdilər -müəllimlər ayağa qalxdı

Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında

Qax rayonunda  “Müstəqilliyimiz əbədidir”  adlı tədbir keçirildi.

Abşeron rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında dama yarışı keçirilib"

Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərinin nəzərinə!-Nazir vətəndaşları qəbul edəcək

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır