Xəbərlər
09 iyun 2017
1627

Magistrantlara şad xəbər


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Magistrantlara şad xəbər

 

Bu gündən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və  AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 9-dan 19-dək aparılacaq. İxtisaslaşma seçiminə 2017-ci ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyən bakalavrlar buraxılırlar. Bakalavrlar "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə imtahan verdiyi qəbul proqramına aid dövlət sifarişi əsasında və ödənişli əsaslarla olan 20-dək ixtisaslaşma kodunu göstərə bilərlər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına (bəzi ixtisaslaşmalar üçün xarici dilə qoyulan tələbə) müvafiq olmalıdır.

Bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla DİM-in internet saytında öz elektron ərizə formasına daxil edir, hər bir ixtisaslaşma üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.  Bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

AMEA magistraturasına qəbul müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə olmaqla yalnız dövlət sifarişi əsasında aparılır. Müsabiqə şərtini ödəyən və AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar 9-12 iyun tarixlərində elektron qeydiyyatdan, 13-16 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.  Fövqəladə Hallar Nazirliyinin akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları seçə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, yalnız ixtisaslaşmaların təhsili ödənişli əsaslarla olan yerlərinin kodlarını seçə bilərlər.

Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar. Ərizə təsdiq edildikdən sonra onda heç bir dəyişiklik etmək mümkün olmayacaq.
 
a24.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

DİM: Jurnalistikaya qəbul olmaq üçün 14 bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistraturaya qəbul olmaq istəyən 12 mindən çox bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya qəbul olmaq istəyən 12 mindən çox bakalavr ərizəsini təsdiqləyib

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Magistraturaya qəbul olmaq istəyən 910 bakalavr ərizəsini təsdiqləyib

Magistraturaya qəbul olmaq istəyən 910 bakalavr ərizəsini təsdiqləyib

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb