Xəbərlər
20 iyun 2017
1912

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibəsi

Aztehsil.com müsahibədən bir hissəni təqdim edir:

- İmtahanın I mərhələsi ilə bağlı narahatlıq doğuran əsas hal nədir?

- Burada bir məsələ var. Müəllim və valideynlərin imtahan nəticələrinə laqeyd yanaşması. İmtahanın birinci mərhələsinin nəticələri: bal haqqında arayış, cavab vərəqələrinin qrafik təsviri, eləcədə qiymətləndirmə meyarları saytımıza yerləşdirilsə də, imtahanda iştirak edənlərin bir hissəsi özlərinin nəticələri ilə maraqlanmayıblar. Buraxılış imtahanlarının birinci mərhələsində 116 148 nəfər şagird iştirak edib, onlardan 81 188 nəfəri cavablarına – yalnız ballarına baxıb. Ana dili fənni üzrə cavab vərəqinə isə yalnız 29 486 nəfəri, riyaziyyat fənni üzrə cavab vərəqinə 27 661 nəfəri baxıb. Hər iki fənn üzrə cavab vərəqinə cəmi 24 263 nəfər baxıb. Bu, o deməkdir ki, imtahanda iştirak edənlərin təqribən 75 faizi öz nəticələrinə – cavab vərəqələrinə baxmayıb. Belə laqeyd yanaşma başa düşülən deyil. Valideyndən soruşulmalıdır ki, niyə uşağının nəticəsi ilə maraqlanmayıblar. Bu imtahanlara məsuliyyətli yanaşmaq, bu imtahanlarda qaydaları pozmamaq bizim məzunlara əsas çağırışımızdır. Buraxılış imtahanlarının nəticələri həm də ona görə vacibdir ki, orta ixtisas təhsili müəssisələrinə və V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul yalnız bu imtahandan toplanılan bal əsasında aparılır.

- Bu il nə qədər abituriyentin imtahan xərcləri dövlət tərəfindən qarşılanıb?

- Biz proqnoz olunan rəqəmləri Maliyyə Nazirliyinə təqdim etmişik. Lakin bu rəqəmlər hələ ki, tam deyil, hazırda onlar üzərində dəqiqləşdirmələr aparırıq. Çünki qarşıda hələ qabiliyyət imtahanları da var. Bu imtahanlar bitdikdən sonra bütün bu rəqəmləri ictimaiyyətə açıqlayacağıq.

- İmtahanların ödənişli olması bu il ali məktəbə sənəd verənlərin sayına necə təsir göstərdi?

DİM-in keçirdiyi birinci qəbul imtahanlarında 65 min abituriyent iştirak edib. İkinci qəbul imtahanlarında da iştirak etmək üçün kifayət qədər abituriyent qeydiyyatdan keçib. Ümumilikdə, 90 mindən artıq abituriyent müxtəlif imtahanlarda iştirak etmək üçün elektron ərizə təqdim edib. Amma nəzərə alınmalıdır ki, hər il imtahanda iştirak edən abitriyentlər iki hissəyə bölünürlər. Birinci hissə həmin ilin məzunlarıdır. Onların sayından əsas kontingent formalaşır. Abituriyentlərin ikinci hissəsini isə əvvəlki illərin məzunları təşkil edir. I-IV ixtsas qrupları üzrə 2014-cü ildə bütün abitriyentlərin 60 faizini cari ilin məzunları, 40 faizini əvvəlki illərin məzunları, 2015-ci ildə bütün abituriyentlərin 62,5 faizini cari ilin məzunları, 37,5 faizini əvvəlki illərin məzunları təşkil edirdi, 2016-cı ildə bütün abituriyentlərin 65,7 faizini cari, 34,3 faizini əvvəlki illərin məzunları təşkil edib. Bu il isə cari ilin məzunları bütün abituriyentlərin 77 faizini, əvvəlki illərin məzunları 23 faizini təşkil edir. Demək, ümumilikdə sənəd verən abituriyentlərin sayında deyil, əvvəlki illərin məzunlarının I-IV ixtisas qrupu üzrə sənəd vermə sayında 10 faiz azalma baş verib. V ixtisas qrupu 2015-ci ildə yaradılıb və əvvəlki ilin məzunları daha asan – V ixtisas qrupunu seçib yalnız 3 fəndən imtahan verməyə üstünlük verirlər. Ona görə V ixtisas qrupu üzrə imtahan verənlərin sayında artım müşahidə olunur. 2017-ci ildə təqribən 18000 əvvəlki ilin məzunu V ixtisas qrupu üzrə imtahana yazılıb.

İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayının azalmasına təsir göstərib. Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar. Elə şəxslər var ki, hər il imtahanda iştirak etmək üçün sənəd verir. Belə məzunların çoxu ərizə verdiyi halda ya imtahana gəlmirdilər, ya da gəldikdə kimdənsə nəyisə köçürmək istəyirdilər. Abituriyentlərin imtahana telefonla gəlməsi, telefonu gizlətmək istəməsi kimi aşkarlanan faktlar da əsasən, əvvəlki illərin məzunları tərəfindən edilirdi. İndi isə belə halların sayı azalıb, imtahanlar daha keyfiyyətli keçir.

İmtahana gəlməyənlər də əsasən əvvəlki illərin məzunları idi. Dövlət tərəfindən onların bütün imtahan xərcləri çəkilirdi, onlar isə imtahana məsuliyyətsiz yanaşırdılar. 2015-ci ildə V ixtisas qrupu üzrə əvvəlki illərin məzunu olan 16151 abiturieynt ərizə təqdim etmişdi. Onlardan yalnız 12283 nəfəri imtahanda iştirak edib. 2016-cı ildə isə bu göstərici müvafiq olaraq 23504 və 18584 olub. 5 minə yaxın abituriyent imtahana gəlməyib. Amma indi gənclərdə imtahanlara tam məsuliyyətli yanaşma formalaşır. Bu da çox yaxşıdır. Çünki artıq əvvəlki illərin məzunları bilik səviyyələrinin kifayət qədər olmadığını bildikdə imtahana yazılmır və imtahana ciddi yanaşan adama da mane olmurlar.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

Məleykə Abbaszadə: İmtahanların ödənişli olması sənəd verən əvvəlki illərin məzunlarının sayını azaldıb

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

DİM I-IV qruplar üzrə ilk qəbul imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Hansı abituriyentlər az bal toplayır?

Hansı abituriyentlər az bal toplayır?

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

DİM: Abituriyentlər qəbul imtahanında iki dəfə iştirak edə biləcəklər

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..