Xəbərlər
22 iyun 2017
3 709


DİM: Magistraturaya plan yerləri 80.92% dolub

 

Magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 80.92% dolub.
 
"Ancaq proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, proseslərin avtomatlaşdırılması, geodeziya və xəritəçilik, kimya, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyinə, coğrafiya, əczaçılıq və xüsusi təyinatlı hərbi ixtisaslara aid 13, 17, 18, 24, 25, 34, 55, 59, 61, 62, 63, 67 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dağ-mədən mühəndisliyi, filologiya və tərcümə, dinşünaslıq, balıqçılıq sahələrinə aid 29, 39, 41, 43, 51, 52, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb. Bu proqamlar üzrə plan yerlərinin tam dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi”, - deyə məlumatda qeyd olunub.
 
Qeyd olunub ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2017-ci il iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
 
Magistr proqramları üzrə boş qalan yerləri olan ixtisaslaşmalara müsabiqə yolu ilə yerləşdirmə 2017-ci ilin avqust ayında aparılacaq. Həmin yerlərin siyahısı və müsabiqədə iştirak etmək üçün elektron ixtisas seçimi  haqqında elan DİM-in internet saytında və "Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.
 
Xatırladaq ki, təqdim olunan statistik məlumatlar qəbul olduqdan sonra qeydiyyatdan keçməyənlərə və boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılacağına görə dəyişəcək. 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri iyunun 21-də elan olunub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Magistraturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Magistraturaya plan yerləri açıqlandı

Magistraturaya plan yerləri açıqlandı

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının beşinci nömrəsi çapdan çıxıb

“Nə ali məktəblərdəki plan yerlərini, nə də tələb olunan təhsil haqqını DİM müəyyən edir"

“Nə ali məktəblərdəki plan yerlərini, nə də tələb olunan təhsil haqqını DİM müəyyən edir"

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

Magistraturaya qəbul olan bakalavrların nəzərinə!

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

Magistraturaya qəbul planı artırıldı

Magistraturaya qəbul planı artırıldı

Magistrantlara şad xəbər

Magistrantlara şad xəbər

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

DİM «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib

Növbəti qəbul zamanı rekordun yenilənəcəyi gözlənilir

Növbəti qəbul zamanı rekordun yenilənəcəyi gözlənilir

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

Bu il magistraturaya sənəd verənlərin sayı ötən ilə nisbətən xeyli azalıb

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir