Xəbərlər
23 iyun 2017
4 087


Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin bakalavr pilləsində təhsil alan 4-cü kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi yekunlaşmaq üzrədir. Memarlıq fakültəsində yekun dövlət attestasiyası diplom işlərinin yerinə yetirilməsi və müdafiəsi yolu ilə həyata keçirilir. Buraxılış işlərinin müdafiəsi üçün tərkibi 7 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası yaradılıb. Komissiyanın sədri Bakı şəhərinin baş memarı Akif Abdullayev, üzvləri Memarlıq fakültəsinin dekanı, dosent Zahidə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, Memarlığın əsasları kafedrasının müdiri, professor Nizami Nağıyev, Landşaft memarlığı kafedrasının müdiri, professor Aybəniz Həsənova, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının müdiri Səbinə Hacıyeva, dosent Yeganə Hacıyevadır. 
 

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

 

Bu gün keçirilən müdafiədə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova da iştirak edib, buraxılış işlərinin məzmunu ilə bağlı diplomantlara  suallar verib, öz tövsiyələrini, dəyərli məsləhətlərini gənc memarlardan əsirgəməyib. Obyektiv və aşkarlıq şəraitində keçirilən müdafiə prosesində tələbələr müxtəlif təyinatlı tikililərin layihələndirilməsini, baş planını təqdim ediblər. Hazır layihələr komissiya üzvlərinə təqdim olunub, tələbələr isə işin məzmununu 7-8 dəqiqəlik çıxışları çərçivəsində proyektlər vasitəsilə hərtərəfli izah edib, eyni zamanda müəllimlərinin suallarını cavablandırıblar. Bu gün keçirilən müdafiədə universitetin SABAH qruplarının tələbəsi Teymur İsazadənin buraxılış işi komissiya üzvlərinin xüsusi marağına səbəb olub. Biləcəri dəmiryolu stansiyasının yenidənqurulması layihəsini təqdim edən diplomant analoq layihələrdən ilham aldığını gizlətməyib. Teymurun layihəsinə əsasən, yük daşımaları üçün nəzərdə tutulan bu stansiyada eyni zamanda sərnişin daşınması da həyata keçiriləcək. 4 terminaldan, otel, dayanacaq, kafe, gözləmə zalından ibarət dəmiryol stansiyasının yeni forması hörümçək torunu xatırladır. Teymur bu seçimdə Luiza Maman adlı heykəltəraşın "Maman” heykəlindən yararlandığını bildirib. Layihədə metal konstruksiyalardan çox istifadə olunub, bünövrə isə dəmir-betonla həll olunub. Onu da qeyd edək ki, Teymur İsazadənin elmi rəhbəri professor Ramiz Əbdülrəhimovdur.  
 

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

 

Diplomantlardan Əmir Səlimovun Quba hava limanı, türk tələbə Eyyub Altunun Sumqayıt şəhərində İş mərkəzi, Fuad Nuriyevin Bibiheybətdə beynəlxalq kitabxana, Sevda Balayevanın Yeni Yasamalda ticarət mərkəzi layihəsi və başqalarının işləri də maraqla qarşılanıb.  
 

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

 

Məlumat üçün onu da qeyd edək ki, diplom buraxılış işlərinin müdafiəsinin qiymətləndirilməsi 3 mərhələdə aparılır. Buraxılış işi iki dəfə kafedrada müzakirə olunur, müəyyən meyarlar əsas tutularaq işin rəhbəri və rəyçilər tərəfindən ilkin qiymətləndirmə həyata keçirilir. Burada işlər maksimum 50 bala qədər qiymətləndirilir. Üçüncü mərhələdə isə dövlət attestasiya komissiyası üzvlərinin qarşısında diplom işinin məzmunu çatdırılır, onların sualları cavablandırılır və bunların əsasında qiymətləndirmə aparılır. Burada da tələbəyə maksimum 50 bal verilə bilər.
 

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

 

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

  

Nəcibə Mirzəyeva(AzMİU-nun mətbuat xidmətinin rəhbəri)
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

Tələbə memarların yazın gəlişinə həsr olunmuş sərgisi təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da “İtalyansayağı dizayn günü” keçirilib

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

AzMİU-da əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisi açılıb

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da "Açıq qapı" günü keçirilib

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası  uğurla tamamlanıb

AzMİU-nun Türkiyədə təbliğatı kampaniyası uğurla tamamlanıb

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

Dillər Universitetində dövlət imtahanı ilə bağlı yekun qərar verilib

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

AzMİU professorunun Almaniyada monoqrafiyası işıq üzü görüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb