Xəbərlər
01 iyul 2017
5 682


Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib


 

Tədbiri LDU-nun  rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb. O, ilk olaraq bu il universitetibitirən bütün məzunları, onların valideynlərini, həmçinin professor-müəllim heyətini  əlamətdar gün münasibətilə ürəkdən təbrik edərək səmimi ,xoş arzularını bildirib və məzunlara  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 
Professor Natiq İbrahimov insan həyatında elm və təhsilin əvəzsiz rol oynadığını qeyd edərək, məhz bu iki qoşa qanad sayəsində yüksək zirvələrə uçmağın mümkünlüyündən söz açıb, bunun üçün insandan istedadla bərabər, həm də əməksevərlik, səbir, dözüm, fədakarlıq kimi keyfiyyətlərin tələb edildiyini xüsusi vurğulayıb.
 

 

Bu il universiteti  533  məzunün bitirdiyini  deyən  rektor hər il olduğu kimi bu il də magistratura imtahanlarında LDU məzunlarının respublikada  yüksək göstəricilərə nail olduğunu qeyd edib, Lənkəran  Dövlət Universitetinin ölkə ali məktəbləri  arasında öncül sırada qərarlaşdığını  tədbir  iştirakçılarının diqqətinə  çatdırıb.

 

Məzunların sevincinə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Möhübbət Babayev də şərik çıxıb.İcra rəsmisi çıxışında məzunlara qazandıqları bilikləri həyatda uğurla tədbiq etməyi,ölkə üçün dəyərli vətəndaş,bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.
 
LDU-nun əvvəlki buraxılış ilinin məzunlarından Murad Katifeçi,Lənkəran Humanitar Kollecinin direktoru Ruslan Həmidov,LDU valideynlər şurasının sədri Sərhad Məmmədov çıxış edərək məzunları bu xoş gün münasibəti ilə təbrik edərək təhsil aldıqları tədris ocağının adını daim uca tutmağı,həyat yollarında büdrəməməyi,gələcəyimizin əsl qurucuları olmağı arzu ediblər.Məzunların doğma universitetə,sevimli müəllimlərə minnətdarlıq duyğularını Aylin Məmmədova çatdırıb.O,LDU-da təhsil illəri boyunca  məzunların layiqli kadrlar kimi yetişməsində zəhməti olan hər kəsə təşəkkür bildirib.
 

 

 

Universiteti müvəffəqiyyətlə bitirən məzunlara fərqlənmə diplomlarını professor Natiq İbrahimov təqdim edib.Eyni zamanda,LDU-nun ictimai həyatında fəal iştirak edən məzunların bir qrupuna da diplomlar rektor,prorektor,icra rəsmisi və mötəbər qonaqlar tərəfindən təntənəli şəkildə təqdim olunub.

 

 

Bu günkü Məzun günündə magistraturaya yüksək balla qəbul olunan məzunlar fəxri-fərmanlarla mükafatlandırılıb.28 May Respublika Günü münasibəti ilə PRESTİJ-S tədris mərkəzinin LDU ilə birgə keçirtdiyi məntiq olimpiadasının qalibləri də mükafatsız qalmayıblar.Qaliblərə qiymətli hədiyyələr və fəxri-fərmanlar təqdim olunub.Eyni zamanda ,qarışıq döyüş növləri üzrə keçirilən bölgə turnirində qalib olan LDU komandasının layiq görüldüyü fəxri fərman və BUDO federasiyasının kuboku rektor Natiq İbrahimova təqdim edilib.
Məzun günü tələbələrin ifasında şux mahnı və rəqslərlə ,maraqlı ifalarla yekunlaşıb.Sonda xatirə şəkilləri çəkilib.
 
Esmira İsmayılova-(LDU-nun mətbuat xidmətinin rəhbəri)

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
LDU-da açıq qapı günü və məzun yarmarkası  keçirilib.

LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

BSU-da Beynəlxalq Qadınlar Günü qeyd olunub

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Novruz bayramı qeyd olunub

ADU-da Novruz bayramı qeyd olunub

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

AzMİU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü