Xəbərlər
01 iyul 2017
2 893


Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib

 

Aztehsil.com AMEA-nın rəsmi saytına istinadən məlumat verir ki, Dendrologiya İnstitutunda "Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdlərinin iştirakı ilə seminar-məşğələ keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il qrant müsabiqəsində qalib olmuş "Ekoloji, bioloji və ərzaq təhlükəsizliyinin əsası olan bioloji müxtəliflik üzrə ictimai məlumatlandırma sisteminə giriş” layihəsi çərçivəsində gerçəkləşib.

Seminar-məşğələdə "Gənclik və maarifçilik” İctimai Birliyinin rəhbəri, b.ü.f.d. Vaqif Əmikişiyev bu cür tədbirlərin keçirilməsində əsas məqsədin şagirdlər arasında maarifləndirmə işi aparmaqla onların ətraf mühit haqqında təsəvvürlərini formalaşdırmaq olduğunu bildirib. 

Sonra çıxış edən Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, b.ü.e.d. Zümrüd Məmmədova institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, burada yaradılmış park-bağ barədə şagirdlərə məlumat verib. Bildirib ki, Mərdəkan qəsəbəsində yerləşən bu ərazi 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Burada bitən flora növlərinin sayına və yaşına görə Mərdəkan dendrarisi dünyanın ən zəngin kolleksiyaları səviyyəsindədir.

Murtuza Muxtarovun evi ilə tanış olan məktəblilərin diqqətinə çatdırılıb ki, bina "kotik” üslubunda gəmi formasında layihələndirilib. Dendrologiya İnstitutunun bağının ümumi sahəsi 12 hektardır.

Tədbirdə Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva, Herbari və toxumçuluq laboratoriyasının müdiri Minarə Həsənova və Birliyin ekspertləri şagirdlərə ölkəmizin zəngin florası, biomüxtəlifliyə təsir edən amillər, aqrobiomüxtəliflik və onun əhəmiyyəti, canlı aləmin təbiətdə və insan həyatında rolu, Qafqaz regionunun biomüxtəlifliyinin mühafizəsi və zənginləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər.

Sonda məktəblilər üçün müxtəlif mövzuları əhatə edən təlimlər, ekoloji oyunlar təşkil olunub.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-nun Konfutsi İnstitutunda görüş - Fotolar

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

Samuxda müəllim və valideyinlərin iştirakı ilə maarifləndirici seminar keçirilib

Samuxda müəllim və valideyinlərin iştirakı ilə maarifləndirici seminar keçirilib

"School is fun" adlı maarifləndirici seminar keçirilib

"School is fun" adlı maarifləndirici seminar keçirilib

TuranBankda tələbələr üçün seminar keçirilib

TuranBankda tələbələr üçün seminar keçirilib

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

Yaponiyada Azərbaycanla bağlı seminar keçirilib

ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

ADU-da “Dədə Qorqud hekayələri” mövzusunda seminar keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

Mehdiabad qəsəbə 4 saylı orta məktəbdə 20 yanvarla bağlı tədbir keçirilib

ADU-da akademik heyət üçün seminar keçirilib

ADU-da akademik heyət üçün seminar keçirilib

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Şərq İnkişaf İnstitutunda daun sindromlu uşaqların valideyinləri üçün seminar keçirilmişdir

Şərq İnkişaf İnstitutunda daun sindromlu uşaqların valideyinləri üçün seminar keçirilmişdir

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

SDU ilə “Azərikimya” arasında əməkdaşlıq genişlənir: Memorandum imzalandı

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Şagirdlərin peşəyönümü” mövzusunda konfrans keçirilib

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir

“Təhsil” Cəmiyyəti elmə marağı təşviq edir