Xəbərlər / Bakalavr
11 iyul 2017
19 236


GDU-dan ixtisasını dəyişmək və ikinci ali təhsil almaq istəyənlər üçün fürsət...

 

Gəncə Dövlət Universiteti yenidənhazırlanma (ixtisasdəyişmə) və ikinci ali təhsil almaq istəyənlər üçün  elan verib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti
2017/2018-ci tədris ilində aşağıdakı ixtisaslar  üzrə ödənişli əsaslarla əyani formada
yenidənhazırlanma (ixtisasdəyişmə) təhsili almaq üçün qəbul 
elan edir
1.Təhsildə sosial-psixoloji xidmət
2.İnformatika müəllimliyi
3.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
4.Riyaziyyat müəllimliyi
5.Fizika müəllimliyi
6.Xarici dil müəllimliyi (İngilis dili)
7.Məktəbəqədər təlim və tərbiyə
8.İbtidai sinif müəllimliyi
9.Kimya müəllimliyi
10.Biologiya müəllimliyi
11.Tarix müəllimliyi
12.Coğrafiya müəllimliyi

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət  və özəl ali təhsil müəssisələrinin  məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər. 

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
-  rektorun adına ərizə;
- ali  təhsil haqqında sənədin  (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti; 
- 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəki;.
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsinin surəti;
- Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə əsasında təhsil haqqı ödənilməklə yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
Qeyd: Sənədlər 01 iyul 2017-ci il tarixdən  (istirahət günlərindən başqa) avqust ayının 31-nə qədər saat 10:00-dan 17:00-dək GDU-nun V tədris binasında (otaq 25 ) qəbul edilir.

ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57 
 Gəncə Dövlət Universiteti, V tədris binası
 Telefon:     (022) 264 – 24 -44 və (055)296-66-86

AZƏRBAYCAN  RESPUBLIKASI  TƏHSIL  NAZIRLIYI GƏNCƏ DÖVLƏT UNIVERSITETI
2017/2018-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə ali təhsil almaq istəyənlər üçün 
SƏNƏD QƏBULU ELAN EDIR:

       
Əyani  təhsil forması üzrə: Gəncə Dövlət Universitetində fəaliyyət göstərən bütün ixtisaslara
   
Qiyabi  təhsil forması üzrə:

1. Iqtisadiyyat
2. Mühasibat uçotu və audit
3. Tarix
4. Sosial iş
5. Bədən tərbiyəsi və idman
 
Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona   bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-  rektorun adına ərizə;
- ali  təhsil haqqında sənədin  (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- əmək kitabçasının surəti;
- 3 x 4  sm ölçüdə 6 ədəd fotoşəkil;
- şəxsiyyət vəsiqəsinin surəti;
- sağlamlıq haqqında arayış.

Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu  ilə  əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər.
Təhsil - əyani təhsil formasında Azərbaycan və rus, qiyabi təhsil formasında isə Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir. 
QEYD: Sənədlər 2017-ci il  iyu1 ayının 1-dən avqustun 31-dək (istirahət günlərindən başqa)  saat 10.00-dan  17.30-dək  GDU-nun V tədris binasında Əlavə təhsil fakültəsinin dekanlığında qəbul edilir.

       
ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57 
Gəncə Dövlət Universiteti, V tədris binası
Telefon:   (022) 264 – 24 -44 
 (055) 296 – 66-86
 
moderator.az






Загрузка...
Həmçinin oxuyun:
"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Dillər Universiteti işçi axtarır: VAKANT YERLƏRİN SİYAHISI

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək

Məleykə Abbaszadə Daşkəsən rayonunda vətəndaşları qəbul edəcək

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ