Xəbərlər / Texnologiya
20 iyul 2017
3 116


Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

 

"Android” istifadəçilərini hədəf seçən yeni virus qeydə alınıb.
 
Aztehsil.com-un məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzindən "APA-Economics"ə verilən xəbərə görə, virus "Google" brauzerinin rəsmi tətbiqlər mağazası olan "Play Store"dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur.

"LeakerLocker" adlanan virus şəxsi şəkillərinizi, mesajlarınızı, internet brauzer tarixçənizi, e-poçtlarınızı ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefonunuzdakı kontaktlara göndərəcəyini bildirir. Artıq minlərlə "Android" istifadəçisi bu virusdan zərər çəkib.

Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcək. Bundan imtina etmək üçün 50 dollar ödəməlisiniz" mətni peyda olur.
 
"McAfee" kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker" təhlükəsi "Play Store"dakı iki tətbiqdə "Wallpapers Blur HD" və "Booster & Cleaner Pro" proqramlarında aşkar edilib. "McAfee" şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google" şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq virusun istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.
 

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

 

Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir ki:
 
- Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
 
- "Play Store"da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
 
- Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.
 
- Əgər artıq  mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.
 
"Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt"inə zəng etməyiniz və ya "[email protected]" elektron ünvanına yazmağınız tövsiyə olunur", - deyə məlumatda qeyd olunur.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İnstagramda ekran görüntüsü çəkmək fikrindən daşınacaqsınız..bu yeniliklə

İnstagramda ekran görüntüsü çəkmək fikrindən daşınacaqsınız..bu yeniliklə

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

Təhsil Nazirliyinin əməkdaşlarına "Elektron hökumət" portalı, elektron xidmətlər və “Elektron imza” barədə ətraflı məlumat verilib

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

Azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edilib

Azərbaycanlı tələbələr üçün İKT üzrə inkişaf proqramı elan edilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Dövlət İmtahan Mərkəzinin e-xidmətlərindən faydalanmaq üçün ödəniş üsulları açıqlanıb

Dövlət İmtahan Mərkəzinin e-xidmətlərindən faydalanmaq üçün ödəniş üsulları açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?

İyun ayında, əsasən, hansı məsələlər üzrə Təhsil Nazirliyinə müraciət daxil olub?

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

Xeyir və zərəri ilə mobil telefonlar

Xeyir və zərəri ilə mobil telefonlar

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

“Diplom haqqında arayış” elektron xidməti yeniləndi

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Ötən ay Təhsil Nazirliyinə 12 mindən çox vətəndaş müraciət edib

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək

Müəllim olmaq istəyənlər üçün yeni suallardan ibarət sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 16 593 müraciət daxil olub

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı