Xəbərlər, Digər Xəbərlər
23 iyul 2017
2097

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisaslar üzrə keçid balının 150 bala endirilməsi gündəmin əsas  mövzusuna çevrilib. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub. Ekspertlər hesab edir ki, keçid balının 150-dən az olmamaqla müəyyənləşməsi gələcəkdə savadsız kadrların yetişməsinə xidmət edəcək. Eyni zamanda təhsil sistemində məsuliyyətliliyi  və tədris keyfiyyətini azaldacaq.

Təhsil eksperti Kamran Əsədov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 26 ildir ölkədə hər şeyin səviyyəsi qalxır, hətta futbolumuzun reytinqi belə bir çox inkişaf etmiş ölkələri geridə qoyur, amma qəbul imtahanlarında keçid balı qalxmır ki, qalxmır:

"1992-ci ildə də 150 bal ali məktəblərə qəbul olmaq, tələbə adını qazanmaq mümkün idi, 2017-ci ildə də… 26 ildə bu sahədə heç bir irəliləyiş, artım yoxdur. Gözlənilirdi ki, bu abituriyentlərin nəticələrində artımlar müşahidə olunacaq. Lakin məlum oldu ki, bu heç də belə deyil. Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar əvvəlki illərdə olduğu kimi aşağı səviyyədədir. Yəni yenə də qəbul imtahanlarında iştirak etmək hüququ qazanmış şəxslərin 52 faizi keçid balını toplaya bilmədi. Buna görə də, Dövlət İmtahan Mərkəzi ali məktəblərin plan yerləri boş qalmasın deyə, əvvəlcədən müəyyən olunmuş 200 ballıq keçid balını bütün ixtisas qrupu üzrə müəyyən ixtisarlar da 150 bala endirdi. Bu ilk növbədə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarının qarşısını almaq və Azərbaycan universitetlərində boş plan yerlərinin qalmaması məqsədi daşıyır.  Halbuki,  DİM rəhbərliyi israrla deyirdi ki, bu il qəbul imtahanlarında keçid balı əvvəl elan olunduğu səvviyyədə, yəni 200 balda qalacaq. Amma elə ilk imtahandan sonra məlum oldu ki, müəyyən olunmuş keçid balı şərtləri saxlanılsa, 12 minə qədər ali məktəbin plan yeri boş qalacaq. Bu da əlbəttə ki, ali məktəblərin fəaliyyətini ciddi şəkildə təhlükə altına alır. Bütün bunların baş verməməsi üçün DİM keçid balını 150-yə saldı. Amma nəzərə alsaq ki, maksimum bal 700-dür və 150 bal toplayan 5 ballıq qiymətləndirmə şkalasında 1 qiymət alır, gələcəkdə əmək bazarına hansı kompitensiyalara malik şəxsləri qəbul etdiyimiz müəmmalıdır”.

Ekspert əlavə edib ki, keçid balının aşağı salınması savadsız kadrlar yetişməsinə gətirib çıxaracaq: "Əslində kadrları universitet yetişdirir. Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz. Yəni xammal bir şey olmaldır. Amma heç nə bilməyəndən nəsə düzəltmək olmur. Universitetlərimiz də ki, göz önündədi. 26 ildir, ancaq adları var. Əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirilmir”.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Keçiriləcək DQ-də və MİQ-də bu qəbildən olan müəllimlərin iştirakına icazə verilməyəcək

Keçiriləcək DQ-də və MİQ-də bu qəbildən olan müəllimlərin iştirakına icazə verilməyəcək

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Rezidenturaya ixtisas seçimi edənlərin nəzərinə!

Plan yerlərinin doldurulmasında çətinlik olsa da, qəbul balları salınmayacaq/VİDEO

Plan yerlərinin doldurulmasında çətinlik olsa da, qəbul balları salınmayacaq/VİDEO

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Bunu etsəz, test imtahanından azad olunub, vakansiya seçmək mərhələsinə buraxılacaqsız

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Hansı abituriyentlər az bal toplayır?

Hansı abituriyentlər az bal toplayır?

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

Abituriyentlərin iki dəfə imtahan verməsi korrupsiyaya yol aça bilərmi?

"Ali məktəbələrə keçid balı ən azı 350 olmalıdır"

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

280 baldan aşağı nəticə göstərənlər ali məktəblərə qəbul edilməsin - TƏKLİF

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

Ali məktəblərə qəbul imtahanlarının sayı artırıla bilər

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB