Sabahdan müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Sabahdan Azərbaycan Texniki Universitetində (ATU) ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanacaq.
Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt veriləcək.
"Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 47 min nəfərə yaxın şəxsin elektron ərizəsi təsdiq edilib. İmtahanlarda iştirak edəcək müəllimlər http://www.miq.edu.az/ saytına daxil olmaqla "Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər.
İmtahana gələrkən müəllimlərdən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və bildirişi gətirmələri xahiş olunur. İmtahanlar avqustun 5-dək davam edəcək”, – sektor müdiri qeyd edib.
Mənbə: APA
Sabahdan bəzi rayonlar üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır
Gələn həftə müəllimlərin işə qbulu ilə bağlı imtahanlar başlayır...47 000 namizəd var
İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib
Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar
Üç rayon üzrə 6 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək
"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.
4500-dən çox müəllimin diaqnostik qiymətləndiriliməsi davam edir
Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 min müəllim iştirak edəcək
Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin vaxtı açıqlanıb
Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər
Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir
Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir
Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var
Direktor və müavinləri də DQ-də iştirak edəcək..6 saatdan çox dərs saatı veriləcək
Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb
Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır
Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer
İmtahanda iştirak edə bilməyən müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçiriləcək
DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək
İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət
Kolleclərə tələbə qəbulu elan edilib