Peşə məktəblərində təhsil almaq üçün 2000-dən çox şagird qeydiyyatdan keçib
Avqustun 1-dən 2017-2018-ci tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna start verilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili bildirib ki, artıq 2000-dən çox qeydiyyatdan keçən var.
Onun sözlərinə görə, peşə təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində şəffaflıq və vətəndaşların sənəd qəbulu prosesində rahat müraciət etmə imkanlılığı təmin edilib: "Ötən il yalnız Bakı və Gəncə şəhərləri üzrə 6 min nəfər "ASAN Peşə” layihəsi üzrə sənəd qəbulunda iştirak edib. "ASAN Peşə” layihəsi çərçivəsində qeydiyyatdan keçərək, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul edilmiş şagirdlərin 25 faizinin orta attestat balı 4 və ondan yuxarı olub. Bu il bütün "ASAN xidmət” mərkəzlərində - Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə, Sabirabad, Masallıdakı mərkəzlərin hər birində peşə seçmək istəyənlər üçün şərait yaradılıb. Həmin mərkəzlərə başqa rayonlarda yaşayanlar da müraciət edə bilər. Bunun üçün məktəbə getmələrinə ehtiyac yoxdur. İxtisaslar barədə nazirliyin saytında da geniş məlumat verilir. Yaxud rayonda bir "ASAN xidmət” mərkəzinə gəlməklə vətəndaş Bakıda birdən-birə 11 təhsil müəssisəsinin ixtisasları haqqında məlumatlar ala bilir və 10 ixtisas üzrə seçim aparır”.
A.Əlili qeyd edib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən şagirdlərin orta ixtisas balına görə yerləşdirilməsi aparılacaq və avqustun 23-də nəticələr elan olunaraq saytda yerləşdiriləcək. Onun sözlərinə görə, şagirdlər yerləşdirildikləri ixtisaslar üzrə təhsil müəssisələrinə sənədlərini təqdim edəcək və müsahibə komissiyasına ehtiyac duyulmadan dərs ili başlayanda orada təhsil alacaqlar.
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb
Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır
Peşə məktəblərində təhsil haqqı aşağı salınıb
Cari ilin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur
"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"
Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub
DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə 56 mindən çox abituriyent sənəd verib
Bu ilin sonunadək “Peşə təhsili haqqında” qanun qəbul oluna bilər
Ali məktəblərə sənəd qəbulu bu gün başa çatır
Ilk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib
Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT
DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib
Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb
Ali məktəblərə və kolleclərə 85 mindən çox abituriyent ərizə verib
Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq
"Müxtəlif peşələrə yiyələnmək üçün gənclər arasında təbliğat aparılmalıdır"
DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib
Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib
Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb
Nazir müavini: "Peşə məktəbləri məzunlarının imtahan nəticələri bizi tam qane edə bilməz"
Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib
I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb