Xəbərlər / Müəllim
14 avqust 2017
7 070


İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

 

Gənc müəllimənin fəryadı: " Mən dövlətimə xidmət etmək istəyirəm! Cənab nazir, səsimi duyun!”
 
Qəmər xanım Həsənova gələcyin müəllimidir. Təhsil Nazirliyinin bir gəncin qarşısında para qazana bilmək, kiməsə elm öyrədə bilməsi üçün qoyduğu bu sayı-hesabı olmayan baryerləri dəff etmək mümkün olsa, Qəmər xanım illərini oxumağa, elmə vermiş təhsilli müəllimdir. 
İllərdir Universiteti bitirib, hər il müəllimlik peşəsinə yiyələnə bilməsi üçün Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üçün düzənlədikəri imtahanlarda özünü sınamaq məcburiyyətində qalır. Bir övladı var. Qəmərxanım deyir ki, dördüncü sinifdə oxuyan övladım hər gün "Allaha" dua edir, sonra da nazir Mikayıl Cabbarova məktub yazmağa çalışır. 

Əziz oxucular, Qəmərxanımın qızı, böyük ürəyə sahib olan balaca Minayənin sözləri nəinki Mikayıl əmini, hətta bütün dövlət strukturunda əyləşən digər vəzifəli əmiləri də, düşündürməlidir. 

O kiçik yaşlı uşaq yazır: "Mikayıl əmi, salam. Mənim anamı işə götürün. O işləsə mənim üçün hər istədyimi ala biləcək. Mən isə kiçik olduğum üçün çox şey istəyirəm. Amma anam işləmədiyi üçün susmalı oluram. Çünki anam mənim istədiklərimi ala bilməyəndə çox üzülür. Əlindən bir şey gəlmədiyi üçün də, helə hey oxuyur...”

Kiçik yaşlı Minayənin bu kiçik məzmunlu məktubu həqiqətən də, düşündürücüdür. Hər kəs məktəbi bitirib universitetə qəbul olacağını, universiteti bitirib işləyib əli çörək tutacağı günü gözləyir. Bu prosesi dünyanın hər yerində yaşayan insanlara şamil etmək olar. Amma Azərbaycandan başqa. Çünki yalnız Azərbaycanda verdiyin hər qərarın ardından dəff edilməz baryerlərlə dolu olan qətt edilməsi müşkül yollar vardır. 

Kiçik yaşlı Minayələrin bu kiçik yaşlarında bu qədər çətinliklə məqsədə nail olmağın şahidi olmaları, əslində elmli gələcəyimizə xələl gətirə bilər. Minayə deyir ki, mənim anam müəllimədir. Amma niyə işləmir, bilmirəm. 

İndi gəl bu uşağa başa sal ki, sənin anan oxuyub, təhsil alıb. Amma bizim bu təhsil sistemində bircə bala görə adamı asıb, sözün əsil mənasında kəsirlər. 

Ailəli insanı bircə bala görə, rayon məktəblərinə göndərmək, Mikayıl əmiyə müraciət edən bu kiçik cocuğu necə evindən, eşiyindən uzaq salasan? Kiçik Minayə deyir ki, nənəm ağır xəstədir. Atam ona baxmaq sorundadır. Anam da, işləsəydi mənim istədiklərimi alardı. Çünki məktəbdə hər kəsdə nə isə görəndə anam deyir ki, onların anaları işləyir, ona görə də, onlara hər şey alır. 

Kiçik məktəblinin bu qədər böyük sosal problemi çözməyə çalışması sizcə Mikayıl Cabbarovu düşündürəcəkmi? Ümumiyyətlə maraqlıdır, kiçik Minayənin bu istəyini nəzərə alıb, Mikayıl əmisi onun anasının bircə bala görə işsiz qalmasına biganə qalmayacaq ki?


Qəmərxanım Həsənova öz biliyi ilə Universitetə qəbul olub vaxtı ilə. Universitetin hər bir imtahanını öz biliyi və savadı hesabına dəff etməyi bacarıb. Rus dili və Ədəbiyyatı üzrə dörd il təhsil alan Qəmərxanım Azərbaycan dili və ədəbiyyat üzrə ixtisasartırmanı oxuyur. Daha sonra magistr pilləsini də müvəffəqiyyətlə bitirir. Artıq dördüncü dəfədir, o Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı imtahanında iştirak edir. Hər dəfəsində 1 bal ücbatından o kiçik Minayənin arzusunu gerçəkləşdirə bilmir. Bölgələrdə yerləşən məktəblərdə çalışmağa isə ailə durumu, yataq xəstəsi olan qayınanası, körpə, məktəbli balası imkan vermir. Yorulmadan, usanmadan Qəmərxanım özünü sınayır. Sonunda, üzünü bizə tutdu ki, bəlkə hər zaman hümanistliyi, biliyə-savada yüksək qiymət verən insan kimi sayılıb seçilən Cənab nazir Mikayıl Cabbarov bu kiçik az yaşlı qızımızın səsini və istəyini eşidər. 

Qəmər xanım Bakının Sabunçu qəsəbəsindəki 108-saylı Maştağa kənd məktəbində çalışmaq, müəllim kimi savadlı gəncliyimizin yetişməsində yaxından iştirak etmək istəyir. O bu istəyi ilə bağlı Təhsil Nazirliyinə rəsmi məktub da, göndərib. Həmin rəsmi məktubu diqqətinizə çatdırırıq:



Azərbaycan Respublikasının Təhsil Naziri, 
Cənab Mikayıl Cabbarova:


Ə r i z ə

Hörmətli Cənab Nazir! 

Mən, Həsənova Qəmərxanım Ədalət qızı, 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. 2002-2006-cı illərdə Bakı Slavyan Universitetinin "Rus dili və ədəbiyyatı” fakültəsinin bakalavr pilləsində, 2006-2008-ci illərdə həmin universitetin "Rus ədəbiyyatı” üzrə filologiya fakültəsində təhsil almışam. Daha sonra adı çəkilən təhsil ocağında "Azərbaycan dili” üzrə ixtisasdəyişməni bitirmişəm. 2005-2013-cü ilə qədər Bakı Slavyan Universitetində çalışmışam.

Artıq 4 ildir ki, müəllim kimi işə qəbul olmaq istəyirəm. Çox təəssüf ki, hər dəfə Bakı şəhəri üzrə deyil, regionlar üzrə keçid balını toplamış oluram və hər dəfə ailə durumumdan dolayı bölgələrdə təklif olunan vakansiyadan imtina etmək məcburiyyətində qalıram. 

Bu il də Bakı şəhəri üzrə keçid balı 48 olduğu halda, mən 47 bal toplamışam. Ailə vəziyyətim rayonlara gedib işləməyə imkan vermir. Evdə ürək xəstəsi olan qaynanam var. Qızım Maştağa qəsəbəsindəki 108 saylı ortab məkltəbin 4-cü sinifində təhsil alır. Heç bir sosial müavinət almıram. Mənim bu işə çox ehtiyacım var. Həm də peşəmin də vurğunuyam. Müəllimlik adını qazanmaq mənim üçün şərəfdir.

Sizdən xahiş edirəm, Bakının istənilən məktəbində müəllim olmağa hazıram. Mən dövlətimə xidmət etmək istəyirəm! Cənab nazir, səsimi duyun!
Müddətli müqavilə əsasında da, işlə təmin olunmam üçün belə şərait yaratsanız çox məmnun olar, növbəti il yenidən imtahan verəcəyimə dair söz veririəm. 

Diqqətiniz üçün təşəkkürlər! Əminəm ki, siz mənim səsimə səs verəcəksiniz!






Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Valideyndən Mikayıl Cabbarova şikayət..direktor səhlənkarlığı, biganəlik....

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Gənc müəllim Ruqiyət Murtuzəliyeva-Balakən rayonu

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Bakı Slavyan Universitetinin tələbələri etiraz etdi-"rəhbərlikdən narazıyıq"

Macarıstandan şad xəbər - Ortada qalan 40 tələbənin problemi həll olundu

Macarıstandan şad xəbər - Ortada qalan 40 tələbənin problemi həll olundu

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

Oxuyun - 14 yaşlı məktəblinin hekayəsi hamını kövrəltdi..

Tarix müəllimi Cəlilabadda təhsil sahəsində yaşanan özbaşınalıqla bağlı nazirə məktub yazdı - Cəlilabad təhsilində nələr baş verir?

Tarix müəllimi Cəlilabadda təhsil sahəsində yaşanan özbaşınalıqla bağlı nazirə məktub yazdı - Cəlilabad təhsilində nələr baş verir?

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

"Mən bilirəm ki müəllim olmaq o qədər də asan iş deyil."

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

Təhsil ümummilli məsələdir. Təhsildə müxalifət olmur.- Təhsil ekspertinin cavabsız SUALLARI

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

AXİRƏTDƏN GƏLƏN PUL...-Şəhriyyə Qəzənfərqızı

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

Təshil Nazirliyi 1 və 2-ci qrup əlilliyi olan tələbələri ödənişdən azad edib

XƏTALARA GÖZ YUMUN

XƏTALARA GÖZ YUMUN

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Azərbaycanda müəllimə özünü asdı - Yeni ailə qurmuşdu...

Azərbaycanda müəllimə özünü asdı - Yeni ailə qurmuşdu...

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Aziz Sancar İqtisad Universitetində azərbaycanlıları nəyə çağırdı? - İBRƏT DƏRSİ...

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllim olan yerdə nə lazım günəş, Onsuzda günəşdir, özü müəllimin....

Müəllimlərlə bağlı Mikayıl Cabbarova vacib müraciət/VİDEO

Müəllimlərlə bağlı Mikayıl Cabbarova vacib müraciət/VİDEO

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

Müəllimlərin 95 faizinin diaqnostikası həyata keçirilib - Mikayıl Cabbarov

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"