Dördüncü ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin nəzərinə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası avqustun 19-dək bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasına qəbulu davam etdirir.
Akademiyadan bildirilib ki, bədən tərbiyəsi və idmanda reabilitasiya üzrə bakalavr təhsil zamanı tələbələrə fiziologiya, biokimya, psixologiya, biomexanika və kineziologiya, kinezioterapiya və s. kimi fənlər tədris ediləcək. Proqram çərçivəsində tələbələr nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, praktik tapşırıqlar da yerinə yetirəcəklər. Tələbələr müxtəlif zədə və xəstəlikləri olan insanları müayinə edib, müalicə planı hazırlayacaqlar.
Təhsilləri bitirdikdən sonra məzunlar idman federasiyaları, idman məktəbləri, reabilitasiya mərkəzləri, bədən tərbiyəsi və idman dispanserlərində fizioterapevtin köməkçisi və ya fiziki reabilitasiya üzrə təlimatçı qismində və bu kimi fəaliyyət sahələrində işləyə biləcəklər. İşəgötürənlərin tələbatına görə fəaliyyətin bu sahəsi nəinki Azərbaycanda, eləcə də beynəlxalq səviyyədə prioritetdir.
Bədən tərbiyəsi və idmanda reabilitasiya ixtisasını seçmək üçün keçid balı minimum 200 bal təşkil etməlidir. İxtisasa qəbul olmaq üçün "Abituriyentin ixtisas seçimi” elektron ərizəsini doldurub 137124 ixtisas kodunu seçmək kifayətdir.
Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq
“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək
Təhsil Nazirliyi keçirilən "bədən tərbiyəsi" dərslərini dəyərləndirib
İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb
Müəllim olmaq istəyənlərin nəzərinə - Sabah son gündür
Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB
Fiziki tərbiyə
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb
TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”
Ali məktəblərə ixtisas seçiminin vaxtı bilindi – Builki ixtisas balları artıb, azalıb?..
Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib
Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb
Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib
Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir
İndiyədək 40 min 681 abituriyent ixtisas seçib
Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub
Jurnalistika ixtisasını seçmək istəyən abituriyentlər DİQQƏT!
Abituriyentlərin nəzərinə!
DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq
Sabah ali məktəblərə ixtisas seçimi başa çatır
Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI
"Olimpiya Hərəkatı" Göygöldə davam etdirilir.
Bir sinfin iki uğuru