Xəbərlər / Müəllim
23 avqust 2017
13 446


DƏYƏRSİZ MÜƏLLİMLƏR

 

Hər dəfə yeni yazılar oxuyanda başa düşürəm ki, insanlara verilən dəyər azalıb və ya yerdəyişmə baş verib. Keçmişdə qız oxudan, ali təhsil verən ata qızını ərə verəndə qürurla, başucalığıyla deyirdi ki,onun cehizi diplomudur. Bu, doğurdan da, belə də qəbul olunurdu. Oxumuş gəlinin yeri daha başqa idi. Daha hörmətli, seçilən olurdu. Amma indi zəmanə elə gətirib ki, diploma fikir verən də yoxdur. Əksinə deyirlər:” Oxuyub nə etmisən ki? Guya milyon qazanırsan?” Bir dəfə həyat yoldaşım mənə dedi:” Nə olsun ki, üç diplomun var? Bir diplom ki, sənə 150 manat maaş verir, cır tulla. Gəlib mənim yanımda fəhlə işləsən, ondan çox qazanarsan”. Acı olsa da, bu, həqiqətdir. 


Keçən dəfə saytların birində bir yazı oxudum. Yazan bəy marketdə 300 manat əmək haqqı alan satıcıların halına acıyırdı. Halbuki o satıcılar ayın 15 gününü çalışan, ali savadı olmayan insanlardı. Zənnimcə, bu kateqoriyadan olan insanlar üçün bu qədər əmək haqqı yetər və artar belə. Amma nədənsə ali təhsilli müəllimlərin halına acıyan yoxdu. Zehnini, gözünü və ən əsası əsəbini korlamaq müqabilində 150 manat , bir az da artıraq olsun 250 manat əmək haqqı alan müəllimlər. Hələ fəhlə yerinə yer belləyənləri, qar təmizləyib özlərini alçaldanları demirəm. Hər küçədə bir idman meydançası, bir uşaq əyləncə parkı açılanda müəllimləri günün altında küçələrə tökmələri, velosiped yarışında yağışın altında saatlarla durub 1-2 velosipedçinin gəlib ani sürətlə sənin yanından keçməsini gözləmək qədər müəllimi alçaldacaq heç nə olmaz. Əksəriyyətin də qadınlar təşkil edən bir peşə sahiblərini- anaları, qadınları " mən belə istəyirəm " deyib narazı halda küçələrə tökmək və qarğış yiyəsi olmaq kiməsə xeyir gətirir? Hələ üstəlik verdikləri qəpik-quruş müqabilində müəllimlərdən xüsusi forma tələb etmələri insanı lap çilədən çıxardır. Sanki o formanın pulun müəllimin əmək haqqından çıxmırlar. İndi isə müəllimləri hissələrə bölmək onlara edilən hörmətsizlik deyilmi? Hər gün təzə bir qanun, təzə bir islahat çıxarılır. Adını qoyurlar ki, "Nazirliyin əmri yox, tövsiyyəsidir.”

 

Bu gün müəllimlərin vəziyyəti qədər acınacaqlı bir peşə sahibləri yoxdu. Hərə bir ip salıb boğazına hara istəyir sürükləyir. Bu nə vaxta qədər belə olacaq? Müəllim müdirə, müdir RTŞ yə, RTŞ də Nazirliyə aid olmalı halda, hamısı müdirlərə tabe olub. Bilmirsən də dərdini kimə deyəsən. MİQ imtahanına gecə-gündüz hazırlaşıb imtahandan yüksək nəticə göstərib,” müəllim işləyib 200 manat məvacib alacam” deyən gənc bir qızın müsahibə vaxtı "şey” kəlməsi işlətdiyi üçün kəsilməsi və ya müsahibəyə gələrkən bəziləri kimi yayın cırhacırında kostyum, qalstuk yox, sadə geyimdə gəldiyi üçün müsahibədən kəsilməsi və orda müsahibə alıb həyəcanlı olan gənc kadrların həyəcanına kinayə ilə baxan işçilərin simasındakı ifadələr göstərir ki, bizdə heç bir zaman müəllimə hörmət olmayıb, olmayacaq da. Bu birmənalıdır. Müsahibəyə gələn qızı hicablı olduğu üçün kəsirlər. Niyə? Hansı haqla? Azərbaycan müstəqil ölkədir və geyim də azaddır. Məktəblərdə mini ətək geyən müəllimləri niyə işdən azad etmirlər o zaman? Əgər hicab altında məktəblərdə qatı din təbliğindən çəkinirlərsə, bəs kişilər? Bəlkə, elə o kişilərdən hansısa qatı dindardı. Alnına yazılıb? Bu nə qədər absurd düşüncədir. Təhsil nazirliyinin işçilərinə bu ixtiyarı, bu haqqı kim verir? 


DQ imtahanında ağsaqqal, ağbirçək müəllimləri ələ salan, təhqir edən, "heyvan” adlandıran arıq, çəlimsiz, ağzından süd qoxusu gələn serjantcığın hərəkətlərinə göz yuman müəllimlər özləri özlərinə dəyər verməyəndə əmin olduq ki, bizdə müəllimə hörmət olmayıb, olmayacaq da. Artıq "paytaxt müəllimləri” və "bölgə müəllimləri”nə ayrıldıq. İndi biz də Bakıya köçək ki, daha çox qazanaq?? EEEH, dəyərsiz müəllimlər. Deyəsən, "müəllim ordusu çoxdu” deyib onlara düşmən kəsilənlər də çoxdu. Yazarlar belə satıcılara daha çox acıyırlar, nəinki müəllimlərə. Bunun kökü haradan qaynaqlanır? Axı bütün insanlar müəllimlərə borcludular. Yəni biz insanlar borcumuzu beləmi tez unutduq???

 

Şəhriyyə Qəzənfərqızı.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

Təhsil Nazirliyindən müəllimləri sevindərəcək AÇIQLAMA: "50 min müəllimin əmək haqqı ARTIRILACAQ"

600 manatlıq dilənçi...Hekayə

600 manatlıq dilənçi...Hekayə

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Qabiliyyət imtahanlarına 2 minədək müəllim cəlb olunub

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

Bakı Humanitar Kolleci müəllimləri diaqnostik qiymətləndirmədən keçirmək üçün nazirliyə müraciət edəcək

1 günün məcarası....İnanclarımız...

1 günün məcarası....İnanclarımız...

"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?

"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?

Təhsil Nazirliyi bu direktorlara xəbərdarlıq etdi - Müəllimləri məcburi ...

Təhsil Nazirliyi bu direktorlara xəbərdarlıq etdi - Müəllimləri məcburi ...

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

Təhsil islahatları bölgə müəlliminin gözü ilə

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

Mən o zaman uşaq idim...Ağalar  Bayramov

Mən o zaman uşaq idim...Ağalar Bayramov