Xəbərlər, Ekspert
24 avqust 2017
3181

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

 

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirdi ki,  2 ilə buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək. Kurikulum əsasında təhsil alan şagirdlər tamam fərqli üsulla imtahan verəcəklər.  26 ildir tətbiq edilən test üsulu dəyişiləcək. 

Bununla bağlı  təhsil ekspertləri ilə danışdıq. Test üsulu ləğv edilərsə,  şagirdlərini biliyinin qiymətləndirilməsində yaranan problemlər də həll edilə biləcəkmi? Test üsulunun ləğvi təhsil siteminə nələr verəcək?


Təhsil eksperti Nadir İsrafilov açıqlamasında bildirdi ki,  burda söhbət imtahan qaydalarının  yeni modelə  keçirilməsi,  buraxılış imtahanlarının forma və məzmunca dəyişməsindən gedir. "Test üsulunun ləğv edilməsini  faciəyə çevirmək lazım deyil.  Bu məsələ yeni deyil, çoxdan gündəmdə idi. 25 ildən artıqdır ki,  test sisteminə keçmişik. Dəfələrlə demişik ki, biz testdə ifratçılığa yol veririk. Bu qədərinə ehtiyac yoxdur”.


 

Nadir İsrafilovun fikrincə, biliyin testlə ölçülməsi məntiqi təfəkkürün  inkişafına xidmət edir. "Testin ifrat dərəcədə tətbiq edilməsi şagirdlərimizin nitq qabiliyyətinin deformasiyaya uğramasına səbəb oldu.  Yazı inkişafı azaldı. 11 illik məktəbi bitirən məzunlar ərizə yaza bilmirlər. Bu prosesə çoxdan start verilib.  Baloniya  sisteminə keçəndən sonra bir çox universitetlərdə yazılı imtahanlar oldu.   Amma biz orta məktəbdən, ancaq testlə gəlirik. Sessiyanın  ortasında yazılı və ya şifahi imtahan tələb edilir. Bu da sözsüz tələbələrin bilik səviyyəsinə  mənfi təsir edir. Aqressivlik yaradır, obyektivlik olmur. Bu il 9-cu sinif  imtahanları da fərqli oldu. Açıq testlərin sayı artırıldı.  Buna müəyyən hazırlıq işləri gedib. Mən hesab edirəm ki, imtahanın formaları və  məzmunu dəyişilməlidir.


 Bu o anlama gəlmir ki,  test imtahanı ləğv edilməlidir.


Elə fənnlər var  ki,  imtahanlar şifahi, yazılı və ya testlə keçirilməlidir. Estoniyada imtahan yazılı, şifahi və testlə həyata keçirilir. Mən testin tamamilə ləğv edilməsinə narazıyam, amma testin təkmilləşməsi mütləq lazımdır. Konkret fikir söyləməyə gəldikdə isə yeni model üzərində iş gedir. O,  ortalığa çıxarılandan sonra,  mənfi və ya müsbət tərəflərini demək olar.


Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru və təhsil eksperti  Elşən Qafarov açıqlamasında bildirdi ki,   test üsulu əzbərçiliyə, təhsil alanların dünyagörüşünün birtərəfli formalaşmasında səbəb olur.


 

"Test üsulu 1992-ci ildən ölkəmizdə  tətbiq olunur. Əvvəllər hamının rəğbətini qazanmış test üsulu təkmilləşdirilmədiyi üçün sadaladığım problemlər yarandı. Son illərdə açıq tipli sualların da yer aldığı test üsulu ilə olan imtahanların işləmə mexanizmlərində təkmilləşdirmə aparmaq , bu günün tələblərinə uyğunlaşdırılması vacibdir. Atılan addımların da bu məqsədə xidmət edəcəyinə inanıram. Test üsulunun tam ləğ edilməsi deyil, təkmilləşdirilməsindən, açıq tipli suallarla yanaşı bir çox ixtisaslarda da abituriyentlərin yazı vərdişlərinin yoxlanması məqsədə müvafiq olardı. Bu zaman şəffaflığın əvvəlki illərdə olduğu kimi qorunması əsas şərt olmalıdır”.


Elşən Qafarov bildirir ki, test üsulunun tamamilə ləğv olunmasından danışmaq hələ çox tezdir. "Test üsulunun təkmilləşdirilməsi, imtahan zamanı təhsil alanların biliklərini düzgün yoxlamaq üçün testlə yanaşı digər mexanizmlərdən də istifadə etmək artıq günün tələbidir”.


Test üsulunun müsbət və mənfi tərəfləri


Təhsil eksperti Kamran Əsədov ilk növbədə testin mənfi və müsbət tərəflərinio toxundu.

 

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

 

"Test üsulu qəbulda insan faktorunu aradan qaldırdı, əvvəllər üzbəüz imtahanda qeyri-obyektivliyə yol verilirdi, lakin artıq 24 ildir ki, bunu müşahidə etmirik. İkincisi, test imtahanı vaxt qazanmaq baxımından əlverişlidir. Əvvəl ali məktəbə qəbul üçün 4 fəndən imtahan verilirdi, bu da ümumilikdə bir ay çəkirdi. İmtahan nəticələrinin vaxtında yoxlanılıb abituriyentə çatdırılması problem idi. Testlə imtahan abituriyentlərin biliklərini tam əhatəli qiymətləndirə bilmir. Burada qiymətləndirmə nisbidir. Testin başlıca məqsədi obyektiv qiymətləndirmə, neqativ hallara yol verməməkdir. Digər tərəfdən, test imtahanında təkmilləşməyə ehtiyac var. İmtahan fənlərinin sayının artırılıb-azaldılması, sözsüz ki, təkmilləşmə deyil. Yaxşı olar ki, məntiqə əsaslanan suallar tərtib olunsun. Sırf statistik məlumatlarla, tarixi hadisələrlə testi yükləmək uşağın müstəqil düşüncəyə, təfəkkürə malik olmasının qarşısını alır. Həmçinin, formanın da təkmilləşdirməsinə ehtiyac var. Cəmiyyətdə test üsulunun ləğvinin tərəfdarları da var. Testi ləğv etmək olar, ancaq onun yerinə daha mükəmməl alternativ  təklif etmək olar ki, bu da dünyada qəbul edilmiş SAT, İELTS imtahanlarıdır”.


Kamran Əsədov açıqlamasında bildirdi ki, kurikulum təhsil sistemi ilə təhsil alan şagirdlər əvvəlki qayda ilə imtahan verə bilməzlər. "Bu sistemdə oxuyan məktblilər əvvəlkilərdən əldə etdikləri bilik və bacarıqlara görə fərqlənirlər. Buna görə də təhsil sistemimizdə qiymətləndirmədə yeni məzmun standartlarını ölçmək üçün yeni alətlərin istifadəsinə ehtiyac yaranıb. Amma birdən-birə buna keçmək əks effekt verə bilər. Belə ki, bu il, 2017-ci ildə IX siniflər üzrə keçirilən buraxlış imtahanları göstərdi ki, biz hələ tam şəkildə buna hazır deyilik”.


Təhsil ekspertinin sözlərinə görə, iki il sonra tətbiq olunan  üsul yenədə test olacaq, amma bizim vərdiş etdiyimiz qapalı test tapşırıqları yox. "Çünki testin bir üsulu yoxdur. Bununla bərabər digər əalvələr də olacaq. Esse yazılması, inşalar kimi əlavələr də olacaq. Qəbul imtahanlarında uğurlu məzmun üçün tələb olunan bir sıra bilik və bacarığı ölçmək qabiliyyətinə malik olan test olalacaq. Bunun üstün tərəfləri var. Çünki bizim məzunların nitqi, problemli situasiyadan çıxış kimi imkanları məhduddur. Danılmazdır ki, test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzmunu ölçmək qabiliyyətinə malik olmadığını görürük”.


Əsədov hesab edir ki, ilk növbədə, məzmun və forma fərləndirilməlidir. "Formal olaraq bu, test imtahanı sistemidir. İmtahanın əsas üstünlükləri insan faktorundan asılılığının minimal olması, qiymətləndirmə prosesində nəticələrin müəyyən mənada insan faktorundan aslı olmayaraq həyata keçirilməsidir. Bu, Azərbaycan kontekstində böyük üstünlükdür. Bununla da obyektivlik təmin edilir”.








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

İxtisas seçimi edənlər üçün: Bu universitetdə imtahan formasını tələbələr müəyyən edir

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Bugünkü imtahanda qayda pozan abituriyentlərin nəticələri ləğv olundu

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Hansı abituriyentlərin imtahan nəticələri ləğv olunub?

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Nazir nə deyib?-test üsulu ilə qiymətləndirmə doğru olmaz

Nazir nə deyib?-test üsulu ilə qiymətləndirmə doğru olmaz

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Testin “ləğvini” az qala faciəyə çevirmişik...

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

“Orta məxrəcə gəlmək” deyəndə mən bunları nəzərdə tuturam-Nadir İsrafilov

Təhsilə “yarlıq” yapışdırmaq millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir.

Təhsilə “yarlıq” yapışdırmaq millətə, xalqımızın gələcəyinə “yarlıq” yapışdırmaq deməkdir.

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK