Xəbərlər, Digər Xəbərlər
26 avqust 2017
857

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

"Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
 
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalarda deyib. O,  gələn ilki abituriyentlərin axırıncı dəfə test formasında imtahan verəcəklərini bildirib.
 
DİM sədrinin bu açıqlaması  ictimaiyyətin narazılığına səbəb olub. Bununla bağlı müxtəlif  ekspertlər, ictimai xadimlər öz fikirlərini səsləndirib.
 
Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı öz düşüncələrini bölüşüb:
 
"Əslində mətbuatda yayılan məlumatlar təhrif edilir. Söhbət test üsulunun ləğvindən deyil, yenidən təşkilindən gedir. Yəni daha fərqli üsulda qəbul imtahanının aparılması əsas məsələdir. Bu məsələdən öncə qəbul imtahanları ilə bağlı  iki istiqaməti vurğulamaq istəyirəm.
 
Orta məktəbi bitirənlər həm buraxılış, həm də qəbul imtahanı verirlər. Bunların ikisini birləşdirmək lazımdır.  İki ardıcıl imtahan vermək nəyə lazımdır?  Uşaqlar həm məktəbi qurtarmaq, həm də ali məktəbə qəbul olmaq üçün imtahan verirlər”.
 
H. İsaxanlı bildirib ki, digər tərəfdən qəbul imatahanlarında testdən əlavə yeni üsullar tətbiq edilməlidir.
 
"Ola bilər ki, bəzi imtahanlarda test tətbiq edilsin, amma həm də esselər yazıla, müəyyən mərhələlər formalaşa bilər. Yəni məsələyə daha geniş yanaşmaq lazımdır. Yalnız testdən yox, geniş yazılı imtahandan da söhbət gedir. Bəzi hallarda qabiliyyət imtahanlarında olduğu kimi şifahi imtahan da müəyyən edilməlidir.
Üstəlik ali məktəblər qəbul edilən tələbə ilə görüşüb əlavə imtahan edə bilərlər. İxtisasın profilinə, xüsusiyyətinə uyğun olaraq imtahanlar təşkil etmək mümkündür. Bütövlükdə yeni sistem deyiləndə bunlar nəzərdə tutulur. Sadəcə  bunu testin ləğvi kimi başa düşmək lazım deyil”.
 
Rektor test üsulunun müsbət və mənfi cəhətlərindən də söz açıb:
 
"Ümumiyyətlə test üsulu obyektivliyinixeyli dərəcədə təmin olunmasına köməkliyi olub. Lakin bu üsulun mənfi tərəfi də var.  Orta məktəbdə uşaqları daha çox test istiqamətində öyrədib hazırlaşdırırlar. Xüsusilə yuxarı sinif müəllimləri və repetitorlar testi ön plana çəkirlər. Bu  da mexaniki hazırlıq olur və elmi baxımdan uşaqlara ziyandır. 
Qəbul imtahanı daha geniş formada olmalıdır. Əgər uşaq testdən başqa mərhələlər və əlavə imtahanlar olduğunu  bilsə, qəbul imtahanlarına  yalnız mexaniki yox, elmi tərəfdən də yanaşacaq”.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

Almaz Həsrət: “Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır”

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

“Testi müvəqqəti bir dövrü üçün nəzərdə tutmuşduq” – Keçmiş nazirdən AÇIQLAMA

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

Dövlət qulluğuna qəbulla bağlı dəyişiklik təsdiqlənib/ekspertin dəyişikliyə yanaşması...

"Bu il 11-ci sinfi bitirənlərin sayı ötən illə müqayisədə azalıb"

Test üsulu ləğv edilir?

Test üsulu ləğv edilir?

DİQQƏT! Keçid balları azaldıldı

DİQQƏT! Keçid balları azaldıldı

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Bir nəfər digər iki nəfərin yerinə imtahan verdi, universitetə daxil oldu - ÜSTÜ BU İL AÇILDI

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Nazir müavini: Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test şagirdlərin ümumi, hərtərəfli hazırlığına ziyan vurub

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..