Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 8-də Balakən rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndəsi və rayonun təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransın hesabat məruzəsində 2016-2017-ci tədris ilində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən bəhs edilib.
Bildirilib ki, rayonun təhsil işçiləri ötən tədris ilində gənc nəslin təlim-tərbiyəsi işində uğurlu nəticələr əldə ediblər. Ötən tədris ilində rayonda 48 ümumtəhsil məktəbi və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Rayonun ümumtəhsil məktəblərində təhsilə cəlb olunan 11 min 918 şagirdin təlim-tərbiyəsi ilə 1606 müəllim məşğul olub. Müəllimlərin 81 faizi ali təhsillidir. Məktəblərin 38-i birtipli layihə əsasında tikilib. On məktəb isə uyğunlaşdırılmış binalarda yerləşir. Hazırda ümumtəhsil məktəblərinin 70 faizi son on ildə tikilən və ya əsaslı təmir olunan, müasir avadanlıqla təchiz edilən binalarda fəaliyyət göstərir. Şagirdlərin 75 faizi həmin məktəblərdə təhsil alır. Hazırda rayonun məktəblərində şagirdlərin istifadəsində 668 ədəd müasir tipli kompüter var. Hər 17 şagirdə bir kompüter düşür. Məktəblərin maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində işlər ötən tədris ilində də davam etdirilib. Sarıbulaq və Salban kəndlərində 40 və 20 şagird yerlik modul tipli yeni məktəblər quraşdırılır, Şərif kəndində 360 şagird yerlik məktəb binasında son tamamlama işləri görülür. Yeni dərs ili ərəfəsində məktəblərə bölgü əsasında 173 adda 32 min 262 ədəd dərslik və zəruri məktəb sənədləri paylanılıb.
Diqqətə çatdırılıb ki, ali məktəblərə builki qəbul imtahanlarında rayon üzrə 341 məzun iştirak edib, onlardan 224-ü tələbə adını qazanıb. Qəbul imtahanlarında 28 məzun 500-600 bal arasında, 13 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Ötən tədris ilinin yekunlarına görə, 2 məzun Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyev çıxış edərək rayonun təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.
Sonda builki qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara mükafatlar təqdim olunub.
www.balakan.edu.gov.az//
Gəncədə təhsil işçilərinin konfransı keçirilib
Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu
Səbail rayonunun məktəblərində təmir işləri aparılır
Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi
Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683
100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi modul tipli məktəblərlə əvəzlənəcək
Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir
"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi
Bu il Azərbaycanda 71 yeni məktəb inşa edilib
Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib
Təhsil naziri Mikayıl Cabbarov təhsil işçiləri haqqında müvafiq əmr imzalayıb
Bu il 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlandı
Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib
Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq
Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib
LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.
Ölkədə 100 modul tipli məktəb istifadəyə veriləcək
ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
Təhsil Nazirliyi hesabat verdi
Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq
Təhsil Nazirliyi 571 xarici diplomu tanımadı !
Təhsil Nazirliyi: Son dörd ildə Azərbaycanda tələbə adı qazananların sayı 11,6% artıb
Şuşa rayon nümayəndəliyində uşaq incəsəsənət və musiqi məktəbləri müəllimlərinin zona müşavirəsi keçirilib