Xəbərlər / Digər Xəbərlər
12 sentyabr 2017
3 083


Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

 

Azərbaycanda yüksək vəzifələrdə çalışan bəzi məmurlar, həmşinin deputatlar həm də müxtəlif ali təhsil ocaqlarında dərs deyirlər. 

Məlum olub ki, Bakı Dövlət Universitetində (BDU) daxili işlər naziri Ramil Usubov, xarici işlər naziri Elmar Məmmədyarov,  Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi yüksək postlar tutan şəxslər pedaqoji fəaliyyət göstərirlər. Yəni onlar tədris prosesində iştirak edirlər. Eyni zamanda, universitetdə onlarla belə tanınmış şəxs, ali struktur rəhbərləri, akademiklər var. 
Ramil Usubov Hüquq fakültəsinin Dövlət imtahan komissiyasının sədridir. Eyni səlahiyyəti Elmar Məmmədyarov Beynəlxalq münasibətlər ixtisasında, professor A.Paşazadə isə İlahiyyat fakültəsində icra edir.
Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov, Ailə, Qadən və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova, Mərkəzi Seçki Komissiyasının sədri, professor Məzahir Pənahov və bir çox digərləri BDU-da kafedra müdiridirlər. Milli Məclisin 11 üzvü, AMEA-nin 20 həqiqi və müxbir üzvü BDU-nun  müəllimləridir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş nazirin müavini Yaqub Eyyubov İnşaat fakültəsində "Bünövrələr, özüllər və yeraltı qurğular" kafedrasının, Bakı şəhərinin keçmiş baş memarı Elbəy Qasımzadə Memarlıq fakültəsində "Memarlıq layihələndirilməsi və şəhərsalma" kafedrasının, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri İsmayıl Sadıqov Nəqliyyat fakültəsində "Materiallar müqaviməti" kafedrasının müdiridirlər. 
Bundan başqa, Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi əvəzi - baş memar Akif Abdullayev Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının sədridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Məclisin deputatı Hüseynbala Mirələmov "Neftin və qazın nəqli və saxlanması”  kafedrasının müdiridir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçmiş maliyyə naziri Əvəz Ələkbərov "Maliyyə və maliyyə institutları”, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev "Beynəlxalq iqtisadi münasibətlər”, deputat Xanhüseyn Kazımlı "Qiymət və qiymətləndirmə” kafedrasının müdirləridir.

Azərbaycan Tibb Universitetində isə  Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov Tərbiyə işləri üzrə prorektor kimi fəaliyyət göstərir.
 
Modern.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

Memarlıq fakültəsində buraxılış işlərinin müdafiəsi davam edir

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Barselonanın sabiq memarı AzMİU-da mühazirə oxuyub-FOTOLAR

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

İbtidai təhsil fakültəsində ustad dərsi keçirilib

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

UNEC professoru BMT-nin mükafatına layiq görüldü

Təhsil naziri Mikayıl Cabbarov daha bir uğurlu təyinat edib.

Təhsil naziri Mikayıl Cabbarov daha bir uğurlu təyinat edib.

“Ə, bir-bir...”, təhsil islahatları hamısı birdən olmur ki!

“Ə, bir-bir...”, təhsil islahatları hamısı birdən olmur ki!

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Fizika və texnologiya fakültəsində “Praktik Bacarıqlar Mərkəzi” fəaliyyətə başladı

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

ADPU-nin Fizika və texnologiya fakültəsində “Fizika günü” keçirilmişdir

ADPU-nin Fizika və texnologiya fakültəsində “Fizika günü” keçirilmişdir

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

Qərb Universitetində “İdarəetmə etikası” mövzusunda seminar keçirildi

BDU-nun kafedra müdiri vəfat etdi

BDU-nun kafedra müdiri vəfat etdi

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək

Azərbaycanlı alim Toronto universitetində dərs deyəcək