Xəbərlər / Digər Xəbərlər
19 sentyabr 2017
2 624


Deputat Şəmsəddin Hacıyevlə bağlı Baş prokurorluğa hesabat göndərildi - KORRUPSİYA

 

Bu gün Hesablama Palatası növbəti kollegiya iclasını keçirib.

Palatadan verilən məlumata görə, iclasın gündəliyində bir məsələ dayanırdı-Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılmasına, icrasına dair aparılmış auditin nəticələrinə dair hesabatın müzakirəsi.

Bildirilir ki, Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib.

Hesablama Palatası həmin qərarın icrasını təmin etmək üçün aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsinə və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmasına da qərar verib. "İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib”-məlumatda deyilir.

Azərbaycan Dövlət İqtisad Universitetində 2012-2014-cü illər Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin rektorluq etdiyi dövrdür. Şəmsəddin Hacıyev Azərbaycanın ali təhsil sisteminin ən korrupsiyalaşmış rektorlarından biri hesab olunurdu və onun barəsində dəfələrlə mətbuatda ciddi korrupsiya əməllərinə dəlalət edən iddialar dərc edilib. Bəs Hesablama Palatasını Şəmsəddin Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetində düz on ilik rektorluq fəaliyyətinin son üç ilini niyə yoxlamaq qərarına gəlib və Palatanın açıqlamasında bəhs edilən "ciddi nöqsanlar” nədən ibarətdir?

Təhsil sektorundakı mənbələr virtualaz.org-a bildiriblər ki, Hesablama Palatasının keçirdiyi audit zamanı ortaya çıxan korrupsiya faktları kifayət qədər ciddidir. Mənbənin bildirdiyinə görə bura təhsil haqqı kimi daxil olan külli miqdarda vəsaitlərin mənimsənilməsi, xüsusən Dağıstan universitetlərindən çoxsaylı tələbə köçürmələrinin həyata keçirilməsi və bu zaman sanballı məbləğlərdə rüşvət alınması, büdcə vəsaitlərinin talan edilməsi kimi əməllər daxildir.

Məlumatlara görə deputatın ailə üzvlərinin idarəçiliyidə olan "Turan-2009” MMC, "İqtisadçı” MTK və digər şirkətlər onun universitetdə qurduğu korrupsiya sxemində əsas rol oynayıblar. Həmin şirkətlər tenderlər keçirilmədən universitetdən hər il milyonlarla manatlıq sifarişlər alıblar. Təkcə 2013-ci ildə həmin şirkətlər üzərindən universitetin büdcəsindən 11.3 milyon manata yaxın vəsait çıxarılıb. Pullar dəftərxana ləvazimatlarının, inventarların, maşın və avadanlıqların alınması, o cümlədən sağlamlıq kompleksinin tikintisi (7.5 milyon manata yaxın) kimi təyinatlar üzrə silinib.

Mətbuatda habelə Şəmsəddin Hacıyevin rektor olduğu dövrdə Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı üzərindən tələbə köçürmələri həyata keçirməklə hər il milyonlarla manat əldə etdiyi barədə iddialar yer alır. Belə ki, qəbul imtahanlarında kifayət qədər bal toplaya bilməyən tələbələr Dərbənd filialına imtahansız birinci kursa qəbul edilir, növbəti il isə on minlərlə manat rüşvət əvəzində köçürmə yolu ilə universitetin özünə-birbaşa ikinci kursa daxil olurdu. Bütün bunlar Şəmsəddin Hacıyevin rektor fəaliyyəti ilə bağlı uzun müddət mətbuat səhifələrində yer alan və Hesablama Palatasının indi yoxladığı faktlardan ancaq bir qismidir. İndi gözləmək lazımdır ki, Baş prokurorluq Hesablama Palatasından daxil olan, ciddi korrupsiya faktlarından ibarət hesabatla bağlı hansı tədbir görəcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

Hesablama Palatasının Kollegiyası SDU-da nöqsanlar aşkar edib

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Hesablama Palatası daha bir universitetin fəaliyyətində nöqsanlar aşkar etdi

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

ADNSU-da “Elektron hökumət” haqqında seminar keçirildi

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

Rayon Maliyyə Hesablama mərkəzləri özbaşınalığında, Təhsil Nazirliyi verdiyi tapşırığı təkzib edir

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

May ayında ən çox mənfi xəbərləri paylaşılan universitetlər..siyahı

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

Bu ay da universitetlərimiz haqqında müsbət xəbər yazılmadı - ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

Universitetlərdə dərs deyən nazirlər, deputatlar... - SİYAHI

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR