Xəbərlər / Digər Xəbərlər
21 sentyabr 2017
4 244

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Bakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı məktəb) təhsil alan şagirdlərin valideynlərinin aksiyası davam edir.
 
Valideynlər məktəbin qarşısında toplaşıblar.
 
Valideynlər bildiriblər ki, iki gündür ki, kompleksin direktoru Qafar Hüseynovun işdən azad olunmadığı, sadəcə, səhhəti ilə bağlı bülletendə olması barədə yanlış məlumatlar verilir. Əslində Q. Hüseynov səhhəti ilə bağlı hər il müxtəlif zamanlarda bülletendə olub, lakin heç zaman onun yerinə əvəzedici təyin olunmayıb. Bu il isə Q. Hüseynov bülletendə çıxarılıb və onun yerinə Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı əvəzedici təyin olunub. Bu da onu deməyə əsas verir ki, Q. Hüseynov işdən azad olunacaq.
 
Aksiya iştirakçıları bildiriblər ki, Q. Hüseynov işə qaytarılmasa onlar övladlarını məktəbə buraxmayacaq, başqa məktəblərə keçirəcəklər: "Amma biz istəmirik ki, belə olsun. Təhsil naziri Mikayıl Cabbarov da bu məktəbdə təhsil alıb. Amma iki gündür ki, bizim etirazımıza Təhsil Nazirliyi tərəfindən konkret cavab verilmir”.
 
Valideynlər onu da bildiriblər ki, kompleksin direktor müavini Kəmalə Bədəlova bu gün əraziyə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Deyilənə görə, direktor müavini aksiyanın təşkilatçısı kimi təqdim olunur.
Bakı Şəhər Təhsil İdarəsinin məktəbə idarəedici kimi təyin olunan əməkdaşı Əfqan İsgəndərov isə deyib ki, iki gündür məktəbdə olan vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, bu günə kimi Q. Hüseynovun vəzifəsindən azad olunması barədə əmr yoxdur, direktor səhhəti ilə bağlı bülletendədir: "Xəstəliklə bağlı bülletenin vaxtı tamam olan kimi direktor yenindən işə qayıdacaq”.
 
Ə. İsgəndərov məktəbdə davamiyyətin aşağı olması, dərslərin pozulması haqda fikirlərin də düzgün olmadığını açıqlayıb: "Bütün siniflərdə dərs gedir, vəziyyətə nəzarət olunur”.
 
Hazırda aksiya davam edir. Kompleksin ərazisinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət olunur.
 
Nərimanov rayon Polis İdarəsindən direktor müavini K. Bədəlovanın saxlanması barədə məlumat olmadığını bildiriblər.
 
                  Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Bakı Məktəb Liseyində etiraz - Təhsil Nazirliyi ayağa qalxan valideynlərə cavab verdi

Bakıda 15 direktor, 13 direktor müavini, 2 müəllim İŞDƏN ÇIXARILIB

TƏHSİL NAZİRLİYİ: Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı

Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

MƏKTƏBDƏ tədris işləri üzrə direktor müavininin işi nədən ibarətdir ?

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal

Təhsil naziri Mikayıl Cabbarova müraciət

"Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”

Təhsil işçilərinə sahib çıxın!  Ekspertdən VİDEO müraciət.

Həştərxandakı Heydər Əliyev adına məktəbdə Bilik günü qeyd olunub

BDU-nun kafedra müdiri işdən azad edildi

”2 “qiymət  alan şagirdlərin əsas günahkarı kimdir?”

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

“Direktor dedi ki, məktəbə gəlmə, qiymətini yazacağıq…”

Təhsil İdarəsi Bakıda orta məktəbdə baş verən bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

Təhsil naziri Mikayıl Cabbarov daha bir uğurlu təyinat edib.