Xəbərlər / Digər Xəbərlər
22 sentyabr 2017
3 281

Təhsil Nazirliyinin şöbə müdiri: "Təmayülləşmə bütün ölkədə tətbiq edilməyəcək"

”Təmayülləşmənin kütləviliyi o demək deyil ki, bu proses bütün ölkədə tətbiq ediləcək. Müəyyən olunmuş tələblərə cavab verə bilməyənlər təmayüllü siniflərlə yanaşı, təşkil edilən adi siniflərdə təhsilini davam etdirə bilər”.
 
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O bildirib ki, hamının təhsil hüququnun qorunması məqsədilə təmayülləşməyən siniflər də təşkil olunub. Əsas məqsəd təhsilini davam etdirmək istəyənlərin hamısının təhsillə əhatə olunmasıdır. 
 
A. Əhmədov vurğulayıb ki, təmayül istiqamətləri üzrə təsdiq edilən tədris planlarında fənlərin sayı ənənəvi tədris planlarındakı saydan xeyli artıqdır: "Burada 9-10 fənn əhatə olunur. Təmayül fənlərinə ayrılan saatlar da fərqlidir. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planları və proqramları hazırlanıb. Tədris planlarında həftəlik dərs yükü 30 saat müəyyən olunub, əlavə bir neçə saat dərsdənkənar məşğələlərə ayrılıb. Həmin əlavə saatlar hesabına şagirdlərə nitq mədəniyyəti və iqtisadi məsələlər tədris edilir. Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarına "Azərbaycan tarixi”, "Azərbaycan dili”, "Ədəbiyyat”, "Fiziki tərbiyə”, "Xarici dil”, "Riyaziyyat”, "Çağırışaqədərki hazırlıq” fənləri də daxil edilib. Bu, şagirdin ümumi inkişafı, dünyagörüşünün formalaşması üçün vacibdir. Lakin əsas diqqət təmayül fənlərinə verilir. Aztəminatlı, repetitor hazırlığına gücü çatmayacağını düşünən valideynlər də bu yeniliyin tətbiqinə dəstək verir”.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.

Məktəblərdə 10-11-ci siniflər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Təhsil İdarəsi: Bakıda təmayül siniflərin təşkil olunacağı məktəblərdə 9 illik təhsilə keçid nəzərdə tutulmur

Təhsil Nazirliyi: Bu il Azərbaycanda 30 minə yaxın şagird təmayül siniflərdə təhsil alır

Nazirlik 11 illik məktəblərin ləğv olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib  Böyüt

Təmayüllü siniflərin təşkilində çətinliklər yaranıb

Təmayül siniflərin yaradılması ilə bağlı iclas keçirilib

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2016-2017-ci dərs ilinə aid TƏDRİS PLANI

"Xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmalıdır"

Təhsil Nazirliyi: Məktəbəqədər təhsil haqqında dövlət standartlarının layihəsi hökumətə təqdim olunub

Bu il hansı uşaqlar pulsuz qruplara cəlb ediləcək? - Təhsil Nazirliyindən CAVAB

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-III hissə ( ƏMR KİTABI )

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI