Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA
"Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni formasına keçidlə bağlı müəyyən işlər görülür”.
Aztəhsil.com xəbər verir ki, bunu "report”a açıqlamasında Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi prosesini icra edən dövlət qurumudur:
"Hazırda bununla bağlı müəyyən təkliflər hazırlanıb. Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək. Çünki formativ qiymətləndirmə şagirdlə müəllim, eyni zamanda valideyn arasında əsas informasiya mənbəyidir”.
Nazirlik rəsmisi xatırladıb ki, summativ qiymətləndirmədə şagirdə sadəcə qiymət yazılırsa, formativ qiymətləndirmədə şagirdin müxtəlif mövzular üzrə irəliləyiş və geriləmələri izahlı olaraq qeyd olunur:
"Bu gün də məktəblərdə formativ qiymətləndirilmə prosesinin həyata keçirildiyinə baxmayaraq, bu istiqamətdə müvafiq təkmilləşmələrin aparılması ehtiyac var. Eyni zamanda, düşünürük ki, aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”.
Şöbə müdiri qeyd edib ki, digər təklif qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsidir:
"Məsələn, inşa yazanda neçə səhvə görə 4 və ya 5 qiymətinin verilməsinin meyarları olmalıdır. Müəllim məhz qəbul olunmuş meyarlar çərçivəsində qiymətləndirməni aparmalıdır. Bu istiqamətdə müvafiq tədbirlər həyata keçiriləndən sonra məzunların yazı bacarıqları təkmilləşəcək”.
Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA
"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq
“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”
Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ
Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4
Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır
Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı
Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.
Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?
Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2
HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ
"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"
Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları
Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ
Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI
Növbəti diaqnostik qiymətləndirmə keçiriləcək
Ali məktəblərin reytinq və kateqoriyasının müəyyənləşdirilməsi məzunların işlə təminatının daha yüksək səviyyəyə çatmasında vacib rol oynayacaq.
MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3
Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır
Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım
Məktəblərdə müəllimlə yanaşı psixoloq nəzarəti mütləq gücləndirilməli…Psixoloq Səbinə Bayramova