Xəbərlər
11 oktyabr 2017
3 215


Dərslik qalmaqalı davam edir, məktəb direktoru danışdı: "Günahkarsınız, vəssalam"

 

Azərbaycanda tədrisi rus dilində aparılan orta məktəblər üçün  X sinif  "Всеобщая история” ("Ümumi tarix”) dərsliyi ilə bağlı yaranan qalmaqal səngimək bilmir.


Artıq bir neçə gündür ki, sözügedən məsələ istər mediada, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətin istənilən təbəəqəsi arasında geniş müzakirəyə səbəb olub.


Aztəhsil.com xəbər verir ki, Bakı şəhəri 75 saylı məktəbin direktoru Elnur Hüseynov öz facebook səhifəsində məsələ ilə bağlı fikirlərini bölüşüb.


Elnur Hüseynov bildirib ki, Təhsil Nazirliyi dərslikdə gedən səhvlə bağlı məlumat alan kimi muüəlliflərə və nəşriyyata məktub ilə müraciət edərək bu faktın təsdiqlənməsini istəyib, email ünvanıma gələn məktubdan sonra rus bölməsi üçün Ümumi tarix dərsliyinə baxıb ( bəndəniz Azərbaycan bölməsində dərs deyir) faktı təsdiqləyirəm.


"Bundan sonra TN məktəblərdən dərsliyin yığışdırılması göstərişini verib nəşriyyata müraciət edərək təcili olaraq dərslikdə diqqətsizlik ucbatından getmiş səhvin düzəldilməsini və dərsliyin yenidən nəşr olunmasını tələb edib.  Ondan sonar mənim də iştirakımla xəritə düzəldilir. Nəşriyyat isə ÖZ HESABINA dərsliyi çap edərək yenidən TN-ə göndərir. Proses məhz belə olub. Diqqətli oxucu üç tərəfin mövqeyini və məsələyə münasibətini asanlıqla ayırd edə bilər. 


1. Təhsil Nazirliyi məsələ qaldırır

 

2. Müəlliflər bunu təsdiqləyir 


3. Nəşriyyat isə səhvi müəlliflərin də iştirakı ilə düzəldərək dərhal yeni kitablar dərc edərək TN nazirliyinin sərəncamına verir, yeni kitablar orta təhsil müəssisələrinə paylanılır.


Təhsil Nazirliyi trims.az portalında yerləşdirilmiş variantda da dərhal düzəliş edir. Yol verilmiş yanlışlıq orda da düzəldilir”. 

Elnur Hüseynov insanları məsələni diqqətlə analiz etməyə çağırıb:


" Dərsliklər məktəblərdən yığılanda dərsliyin gözdən salınmasında maraqlı olan bəzi " vətənpəvər " şəxslər vaxtilə artıq həmin səhifədə də düzəliş edilərək dəyişdirilmiş xəritəni yox, əvvəllər yüklədikləri və üzərinə "çap olunması qadağandır" tipli 

yazı yazılmış xəritəni bötüv də yox, məhz Kiçik Asiya hissəsini böyüdərək paylaşır...( belə olanda Roma imperiyasının sərhədləri əvəzinə qarşınıza sanki bədnam qonşularımızın ərazi iddialarına uyğun mənzərə çıxır, məsələnin əsl mahiyyətini bilməyənlər isə buna dərhal inanır). Nəticəni də artıq bilirsiniz... 


Bunu ona görə yazıram ki, erməni axtaranlar ermənini bu üç tərəfin içərisində yox, kənarda axtarsın!!! Onu da vurğulayım ki, müəlliflər rus bölməsinə baxmırlar. Ekspert rəyləri də əsas kimi götürülən Azərbaycan bölməsinə verilir, düzəlişlər də məhz Azərbaycan dilində olan variantın üzərində aparılır. Azərbaycan bölməsi üçün yazılan dərslik isə nəşriyyat redaktorları tərəfindən rus dilinə tərcümə edilir. Yəni bu texniki xətada müəlliflərin "günahı" yoxdur. Günahı ona görə dıqrnaqda yazıram ki, tarixdən az çox başı çıxanlara aydındır ki, ümumiyyətlə, orada elmi səhv yoxdur, sərhədlər Roma imperiyasınındı və bu bənövşəyi rənglə göstərilib. Sol küncdə göstəricilər olan yerdə Romanın müxtəlif dövrlərə aid sərhədlərini göstərilir,rənglərlə fərqləndirilir, əyalətlər isə başqa qırıq-qırıq xətlərlə verilib, diqqətlə baxıldıqda bu aydın sezilir. 


Sadəcə ilk görüntü fərqli təəssürat yaratdığı üçün Armeniya adının xəritədən silinməsini məqsədə uyğun hesab etmişik.. Təəssüf ki, rus dilli dərslikdə bu ad qalıb və kəmfürsətlərə meydan açılıb. Əgər 25 ildən artıqdı müstəqil olan dövlətimizdə aidiyyatı qurumlar xəritə kimi strateji məsələni həll etmirsə, onda hər şey beləcə şansa buraxılır. 


Müəlllifləri təhqir edənlərə, söyənlərə Allah bağışlasın demişəm, yenə də deyirəm. Amma bu söyüşlərin ünvanı biz yox, adi texniki səhvi ( özü də dərhal düzəldilmiş ! ) ictimailəşdirərək öz dar maraqları naminə millətin hissləri ilə oynayanlardır. Bildiyiniz kimi bu il dərslik layihələri TN-ni tərəfindən dərslikləri daha da təkmilləşdirilməsi üçün geniş müzakirəyə çıxarılmışdır.

 

Maraqlıdır, bu "vətənpərvlər" mart ayından TN -nin portalında yerləşdirilmiş bu dərslikdə həmin xəritəni görməmişdilərmi??? Niyə münasibət bildirmirdilər? Fikrimcə, artıq şərhə ehtiyac yoxdur..

 

İndisə sonrakı proseslərə toxunum. Tarix müəllimləri səhifəsində bu səpkidə status paylaşdım, vəziyyəti izah etdim, çoxları anlayışla qarşıladı, hətta 35 nəfər mənə bundan sonra dostluq da göndərdi..Amma bəzi opponentlərimiz yenə susmur. Onlara deyirəm ki, bu əgər məqsədli edilsəydi, analoji olaraq Azərbaycan və gürcü dilində olan bölmələrdə də xəritə eyni olardı. Deyirlər, yaxşı bəs onda niyə xəritədə həmin yer boşdu?(!!!) ( yəqin ki, kimsə öz ana vətənini orda görməyəndə darıxır). Deyirəm axı aşağı siniflər üçün tarix dərsliyində d əməhz belə xəritə var, ona niyə münasibət bildirmirdiniz, vətənpərvərlik damarınız klassik antennalar kimi hərdən bir tutur?! Cavab yoxdur... 


Deyirik məlum monopoliyaya son qoymuşuq, dərsliklər mümkün qədər sadələşdirilib, köhnə dərsliklərdəki səhvlər düzəldilib və s. Deyir, yox e, dərslik monopoliyanızdadır. 


Baxın indiyə qədərki dərsliklərə, görün bu müəlliflərdən birinin adı varmı o dərsliklər üzərində?! Bilirsiniz, bu mənə lap qurd və quzu nağılını xatırladır: "Günahkarsınız, vəssalam".


Bu qədər izahlardan ( hansı ki, müəlliflər heç bu izahatı verməyə də borclu deyillər) sonra məsələyə yenə də "qatıq qaradı" prinsipi ilə yanaşıanlara nə ad verəsən?!. 


Hətta fikir də səsləndirirlər ki, guya bədnam qonşularımızın əlinə fürsət vermişik.. Kim bu fürsəti verib, ay korporativ maraqları naminə məsələni ictimailəşdirənlər, siz yoxsa, biz?! Gün kimi aydındır ki, nə milləti, nə dövləti fikirləşir bunlar. Texniki qüsur olub, özümüz də düzəltmişik, artıq bu kitablar yğışdırılıb, şagirdlərin qarşısında artıq yeni dərsliklərdir. (Yeri gəlmişkən orta məktəb proqramına görə hələ həmin xəritə olan paraqrafın tədrisi də başlamamışdır.

Yəni şagirdlərin çoxu o paraqrafı heç görmədi də). Bəs sizə nə düşmüşdü belə, "arxadan daş atırsınız"??? Son məqsədlərini də aydın yazırlar. 


"Bu dərsliklər yığışdırılmalıdır". Bax burda "xoruzun quyruğu" görünür, aydın olur ki, millət, vətən, vətənpərvərlik bunlar üçün sonrakı söhbətlərdi, davaları da millət yox, dərslik davasıdı. Mən buradan sizlərə sual verirəm: Sizlər( yəni dərsliyi tenderdən keçməyənlər) bir dəfə də olsa TN -nə rəsmən müraciət etmisinizmi? Sosial şəbəkələri sərsəm fikirlərinizin poliqonuna çevirməkdənsə, heç olmasa bir dəfə TN-ə müraciət edin.

 

Mən də bu fikrin tərəfdarıyam və ürəkdən deyirəm ki, istənilən tenderdə şəffaflıq gözlənilməlidir. Cəsarətiniz varsa, öz dərsliyinizə belə arxayınsınızsa, müraciət edin, cavabı, rəyləri alın və onlardan bir neçəsini məhz Tarix müəllimləri qrupunda paylaşın, görək sizin dərsliyiniz niyə tenderdən keçməyib. Haqlı yoxsa, haqsız olaraq.


Şəxsi mənafeyini ümummilli maraqlardan üstün tutan, düşünülməmiş ( bəlkə də düşünülmüş) hərəkətləri ilə, düşmən dəyirmanına su tökənlərdən nə müəllim olacaq?! Bunlar gənc nəsilə hansı tərbiyə verirlər görəsən, bunu fikirləşəndə adamı üşütmə tutur”.


 


 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

“Söhbət gənclərin təhsili ilə bağlı ciddi problemdən gedir”

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

"İndi mən Ermənistanın adını silsəm yerinə xəritədə nə yazmalıyam?"

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

Qənirə Paşayeva Təhsil nazirliyinə əsəbləşdi: " Dəhşətə bax! Onlara deməyə söz tapmıram..."

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

"Özünüz Kür çayını erməni dəyirmanına yönləndirmisiniz, bizləri də borclu çıxarırsınız?!"

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Dərslikdə ciddi səhv - Azərbaycan məktəbi Əfqanıstandakı kimi təqdim edilir - VİDEO

Direktor olmaq istəyənlər .......Liderlik nədir  ?

Direktor olmaq istəyənlər .......Liderlik nədir ?

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Uşaqları döydüyü deyilən müəllim: Bir az səsimi qaldıran kimi evdə deyirlər

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı

Əməkdar müəllim 10-cu sinif biologiya dərsliyində qeydə aldığı səhvlərdən danışdı