Xəbərlər
13 oktyabr 2017
600

Tanınmış alimin ETİRAZI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Pedaqoq-alim Təhsil Nazirliyini və Dövlət İmtahan Mərkəzini öz qərarını dəyişməyə çağırır.


Tanınmış və nüfuzlu pedaqoq, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə sentyabrın 29-da – dünyaca şöhrətli Lütfi Zadənin dəfn olunduğu gün "Böyük alimin və böyük elmin dəfn günü” adlı etiraz yazısı ilə çıxış edib. Elm və təhsil dairələrində böyük hörmətlə qəbul edilən Ramin Mahmudzadə Azərbaycanda məktəblilərin informatika olimpiadası hərəkatını yaratmış adamdır, hazırda da bu sahəyə rəhbərlik edir, bioqrafiyası zəngin elmi-pedaqoji fəaliyyətlə əhatə olunub. Ramin Mahmudzadə – BDU-nun dosentidir, məktəblilərdən ibarət informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəridir və müxtəlif illərdə informatika sahəsi üzrə məsul vəzifələr tutub.

 

Bakı "Bilik” Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar” İctimai İnstitutunun rektoru (1985 – 1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999-2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002-2005) olub və hazırda Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə” Metodiki Şurasının sədridir. 2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif olunub.


Yüksək ziyalılığı və xeyirxahlığı ilə tanınan bu müəllim repressiya olunmuş azərbaycanlı ailəsində doğulub, o, 1937-ci ildə Sibirə sürgün edilən və sürgündən sağ qayıtmayan məşhur tənqidçi və foklorşünas Əli Nazimin oğludur.


Ramin müəllim yuxarıda adını çəkdiyimiz yazısında nəyə etiraz edir?


"Bu gün biz böyük alimimiz Lütfi Zadəni dəfn etdik. Onun tədqiqatları və nəzəriyyələri kompüter elmlərinin əsasında dayanır və ayrılmaz hissəsidir. Təəssüflər olsun ki, bizim bəzi yüksəl vəzifəli məmurlar və hətta alimlər onun işlərinin dərinliyini və gücünü qiymətləndirə bilmirlər… Onun dəfnində bütün hökumət üzvləri iştirak edirdi. Lakin onlar görmədilər ki, həmin gün böyük informatika alimi ilə bir yerdə Azərbaycanda Məktəbli İnformatikasını da dəfn etdik. Bu isə Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin bir səyləri ilə mümkün olmuşdur”.


Yuxarıdakı sətirlərlə başlayan yazısında Ramin Mahmudzadənin etirazı riyaziyyat, tətbiqi riyaziyyat və kompüter elmləri, müxtəlif İT ixtisaslarına qəbul zamanı informatika fənninin salınmamasıdır. Bu iki qurumun ali məktəblərə qəbulla bağlı son zamanlar elan etdiyi dəyişiklər pedaqoq-alimdə hədsiz etiraz yaradıb.


Təbii ki, müxtəlif fikirlər ola bilər bu məsələyə münasibətdə. Kimlərsə deyə bilər ki, riyaziyyatdan imtahan varsa, informatikadan imtahana nə ehtiyac var. Amma informatikanı hətta riyaziyyatın bir hissəsi saysaq belə, o, kifayət qədər spesifik özləlliklərlə sahibdir, fərdi və toplumsal inkişaf üçündə xüsusi aktuallıq və perspektiv vəd edir. Ayrıca fəndir. Ayrıca ixtisasları əhatə edir.


İkinci məsələ odur ki, Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin etdiyi dəyişiklik doğrudan da qəribədir. Ramin Mahmudzadə deyir ki, nə üçün riyaziyyat və İT ixtisasları üzrə qəbulda informatika olmadığı halda, kimya fənni salınıb. Doğrudan da, bu, hətta gülməlidir.


Ramin Mahmudzadə İT sahəsinin inkişaf və perspektivi nəzərə alıb, informatika fəninin qəbula salınmamasını Azərbaycan xalqına qarşı edilən günah sayır. Onun dediklərindəki həqiqət payı həddən artıq çoxdur.


Qəbul prosesini sadələşdirməyin tərəfdarı kimi deyirəm, Ramin müəllim, haqlıdır, məgər kimya fənnini bu qrup ixtisaslara salanlar dünyada gedən prosesləri izləmirlər? Bizim ölkədə bir məsələ həmişə unudulur. "Bütün dünyada qəbul prosesi sadələşir” deyənlər də vacib bir məqamın üstündən keçirlər. Bütün dünyada ali məktəblərə az fəndən imtahan verməklə, hətta imtahansız qəbul olunmaq ənənəsi trend təşkil etməyə başlasa da, ixtisas fənləri üzrə bacarıq və üstünlükləri nəzərə almaq şərt olaraq qalır.


Təsəvvür edin, rəssamlıq və musiqi ixtisası ayrıca bacarıq imtahanları var, məcburidir. Amma digər ixtisaslara üzrə bacarıqları öyrənmək məcbur olmasa da, onları bir üstünlük kimi göstərmək imkanı da qalmalıdır.


Bunun ən yaxşı nümunəsi ABŞ universitetlərinə qəbul zamanı istifadə edilən SAT (Scholastic Aptitude Test –Təhsil Yetənək Testi) imtahan sistemidir. SAT1 hamı üçün eynidir – ingilis dili və riyaziyyat imtahanıdır. Sadə həll. Möhtəşəm həll. ABŞ universitetlərini irəli aparan test imtahanı. Lakin SAT2 də var. Sən artıq ayrı-ayrı fənlərdən imtahana da girib, onun ballarını da universitetə tətbiq edə bilirsən, göstərirsən ki, mən baza fənlərindən başqa filan fənlərdən də belə yüksək performansa sahibəm, mənim uyğunluğumu nəzərə al!


Deməli, Ramin müəllim haqlıdır. Hətta müdrik yanaşma sərgiləyir. Əgər biz qəbulda sadələşdirməni əsas götürmürüksə, qəbul qrupuna uyğun fəndən imtahan salmırıqsa, kimyanı niyə salırıq həmin qrupa? Kimyanı salırıqsa, böyük gələcəyi, faydası olan informatikanı niyə unuduruq?


Ümumiyyətlə, İT sahəsində xüsusi qabiliyyəti və həvəsi olan gənclər bunu necə göstərsin ali məktəblərə? Həm də ən yaxşı bal toplayanların həmin ixtisasları seçmədiyi bir ölkədə….


Son günlərdə bir dərslikdəki səhvlə bağlı yaranan müzakirələrdə Təhsil Nazirliyi indiyədək görmədiyimiz bir cəhət nümayiş etdirdi. Səhvi etiraf etdi, problemlə bağlı müzakirələrə hazır olduğunu söylədi. Qocaman müəllimi dinləmək, qaldırdığı məsələni niyə müzakirə etməsinlər? Alimin heç bir şəxsi marağı yoxdur, sözün həqiqi mənasında yalnız ölkəsini düşünüb yazır.

 


 







Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Lütfi Zadənin rəqəmlərdən imtina edən inqilabi nəzəriyyəsi- Sözlə hesablama

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

Ali məktəblərə qəbullla bağlı yenilik edildi - Bilməli olduğunuz 7 əsas nüans - TƏHLİL

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Çində dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

Testi ləğv etmək? Öncə təklifinizi dinləmək istərdik…

"İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır?"

Azərbaycanlı şagirdlərdən növbəti uğur

Azərbaycanlı şagirdlərdən növbəti uğur

"Əvvəlki illərin məzunları çox zaman qəbul imtahanına lotereya kimi baxırlar"

"Müasir təhsili İKT-siz təsəvvür etmək mümkün deyil..."

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Ağstafa rayonunun Yuxarı Göycəli  kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Ağstafa rayonunun Yuxarı Göycəli kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov