ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək
ADA Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında bağlanmış memorandum əsasında "Qarabağ” sosial-humanitar layihəsinin başlanmasına dair tədbir keçirilib.
Aztəhsil.com xəbər verir ki, BAMF-ın Mətbuat departamentindən APA-ya verilən məlumata görə, tədbirdə universitetinin müəllim və tələbə heyəti, BAMF əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə BAMF-ın təşkilatçılığı ilə bu ilin iyun ayında ADA universiteti tələbə və müəllim heyətinin müharibədən zərərçəkmiş regionlara səfərinin əhəmiyyətini vurğulayıb. BAMF prezidenti Umud Mirzəyev ADA ilə müharibədən zərərçəkmiş regionlara səfərin digər universitetlərin də bu kimi təşəbbüslərə qoşulması baxımından zəruriliyini bildirib.
U. Mirzəyev müharibədən zərər çəkmiş regionlarla tanış olan xarici müəllim və tələbə heyətinin müharibənin törətdiyi faciələr, dağıdılmış infrastruktur, güllələnmiş məzarlıqlara dair esselərinin, həyat hekayələrinin sosial şəbəkələrdə, internet mediada işıqlandırmasının vacib olduğunu qeyd edib.
Daha sonra səfərlə bağlı BAMF tərəfindən hazırlanmış videomaterial ADA-nın müəllim və tələbə heyətinə nümayiş etdirilib. BAMF-ın əməkdaşı Anastasiya Lavrinanın müharibədən zərərçəkmiş ərazilərdə mövcud imkanlar və infrastruktur, sosial humanitar sahədə layihələrinin icrası və tərəfdaşlıq perspektivlərinə dair təqdimatı olub.
Sonda təmas xəttinə yaxın yerlərdə yerləşən kəndlərin su və kəhriz probleminin aradan qaldırılması üçün birgə xeyriyyə tədbirlərinin, müharibədən zərərçəkən bölgələrdə sosial biznesin inkişafına, təhsil və idmana dəstək proqramlarının gerçəkləşdirilməsi üçün "Qarabağ” layihəsinin başlanılmasına qərar verilib.
Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov
ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb
BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb
“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”
Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür
BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu arasında Saziş imzalanıb
ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Universitetindən KSM layihəsi
ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib
Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib
“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir
“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”
ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir
GDU-da “İslam Həmrəyliyi İli” adlı tədbir keçirildi
ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib
UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib
ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirildi
UNEC İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib
ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib
Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə
İyun ayı üzrə mətbuatda yer alan mənfi xəbərlər bu universitetə məxsusdur/ANALİZ
Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib