Xəbərlər / Yazarlar
16 oktyabr 2017
3 250

QARABAĞLIYAM

Komandir, ver silahı, gedim yağı üstünə,

Onu dağdan aşırım, yıxım dağı üstünə.

Qazım, sonra da töküm o torpağı üstünə,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Baxma vətənimdəyəm, vətəndən aralıyam.

Torpağım işğal altda, ürəyi yaralıyam.

Soruşma qurban olum, soruşma haralıyam,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Lənkərandan gəlmişəm, Gəncəli balasıyam.

Nizami türbəsiyəm, Babakin qalasıyam.

Qeyrətimlə, qanımla torpağı alasıyam,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Laçında, Kəlbəcərdə, Şuşada gözüm qalıb.

Xocalı, Xankəndində sönməyən közüm qalıb.

Hələ mənim düşmənə deyəsi sözüm qalıb,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

İzin ver o silahı götürüm, çıxım gedim.

Düşmənin sinəsinə süngünü sıxım gedim.

Orda düşmən yuvasın dağıdım, yıxım gedim,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Yardımlı, Lerikliyəm, demək mən də dağlıyam,

Vətənin həm aranı, həm dağına bağlıyam.

Gərək ki Qubadlını gözüm üstə saxlayam,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Sumqayıt, Bakılıyam, yolunda can vermişəm.

Xocalı, Xocavənddə torpağa qan vermişəm.

Mən indi Tərtərdəyəm, Ağdama yan vermişəm,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Daş nədi, kəsək nədi, qranat ver, qranat.

Onsuz da ədalətə göz yumubdu kainat.

Şahmatda qələbədə, mata matdı, mata, mat,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Mən də Beləsuvarlı Mubarizin nəsliyəm.

Gedin kökümə baxın mən də Kəlbəcərliyəm.

Mən də vətən yolunda ölməyə həvəsliyəm,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Torpağıma göz dikən, gözünə həsrət qalar.

Yandırıb kül edərəm, közünə həsrət qalar.

Sevanı boşaldaram, gölünə həsrət qalar.

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Kurdəmirdə, Qazaxda, Saatlıda evim var.

Fizulisiz elə bil vətən mənə dardı, dar.

Zəngilan, Cəbrayıla qayıdaram bu bahar,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Qarabağım, başına bu gün qara bağlayıb.

Yetər, yetər, bu dərdim daha yara bağlayıb.

Olmazlar bu səbrimi çəkib dara bağlayıb,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Sədd nədi, sərhəd nədi, sərhədləri keçərəm.

Od nədi, atəş nədi, səngərləri keçərəm.

Düşmənin həddi nədi, mən hədləri keçərəm,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Vətənimin hər qarış torpağı and yerimdi.

Hər yerdə dalğalanan bayrağı and yerimdi.

O köçkün çadırların, ocağı and yerimdi,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Vətən imandan əvvəl, vətən doğuş yerimiz.

Vətən yer adlı candı, cana dönüş yerimiz.

Vətən qeyrət yolunda, bizim döyüş yerimiz,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Anam dedi ay bala, vətən sənə əmanət.

Vətən mənim anama, mən vətənə zəmanət.

Məndədi o ləyaqət, məndədi o dəyanət,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Qələbə marşı çalın, bir sarı simə bəndəm.

İlhamdı baş komandan, bilin mən kimə bəndəm.

Mənə komanda verin indi bir himə bəndəm,

Azərbaycan oğluyam, mən də Qarabağlıyam.

Etibar Vəliyev

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Vətən,Millət və Din - Kamran Əhmədov

Vətən,Millət və Din - Kamran Əhmədov

Cəmiyyəti bu günə müəllim qoyub ? - Şəmil Sadıq

Şəmil Sadıq - İçi boş, cibi dolu adamlar kostyum geyinib qalstuk bağlamaqla özlərini müəllim kimi göstərməyə çalışırlar…

Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi

"Oxutmuram əl çəkin" və ya “Tələbə vikipediya deyil!”

Partiya sədri dəsrlikdə gedən səhvdən danışdı- Həm bütün dünyaya car çəkirik, həm də...

Azərbaycan məktəblərində belə Son Zəng olmamışdı - VİDEO

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

ADU-da Xocalı soyqırımı anıldı

ADU-da Xocalı soyqırımı anıldı

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm

Ağstafada 2 saylı tam orta məktəbdə  “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib

Təhsil naziri Mikayıl Cabbarova müraciət

Fiziki tərbiyə

Fiziki tərbiyə

"Direktor yox idi. Əvəzləyici var idi." ZORLANAN MƏKTƏBLİNİN acı hekayəsi

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb