Xəbərlər / Mədəniyyət
18 oktyabr 2017
2 225


Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.


Aztəhsil.com xəbər verir ki, bu barədə "Qaynarinfo"ya TEAS-dan məlumat verilib.


Rəqəmsal qaydada bərpa olunan və rənglədilmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə Sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyi barədə bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda, bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

 

Qeyd edək ki, İkinci Dünya savaşının döyüş meydanlarında 300 minə yaxın azərbaycanlı qəhrəmancasına həlak olub. 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif edilib. "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlanan bu yeni sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə "CC&C Productions” şirkəti üçün çəkilib. Layihənin rəhbəri Arzu Əliyevadır.


Ən az tanınan arxiv görüntülərindən olan bir epizodda Adolf Hitlerin Nasist iyerarxiyasının müxtəlif üzvləri əhatəsində Xəzər dənizi ətrafı formasında bir tort yediyini göstərir və burada üzərində svastika olan şokoladlı kremlə B–A–K–U sözü yazılıb. Tortu yedikdən sonra Hitler deyir: "Biz Bakı neftini ələ keçirə bilməsək hər şeyi itirəcəyik.” Bu sadəcə şişirtmə deyildi – Bakının neft yataqları bütün Sovet ehtiyyatlarının 80 faizini təşkil edirdi. Bu, Qızıl Ordunun uğuru üçün əsas idi. Bakının işğalı 26 sentyabr 1942-ci il tarixinə təyin edilmişdi.


Böyük Britaniya parlamentinin üzvü M.Menzis tədbir iştirakçıları qarşısında çıxış edərkən bildirib ki, "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmində İkinci Dünya müharibəsinin həmin o mühüm illərində Azərbaycanın rolundan bəhs edilir. Nasist Almaniyası Bakının neft yataqlarını ələ keçirmək üçün baha başa gələn səylər göstərdi. Bir çox azərbaycanlıların igidliyi nəticəsində nasistlərin son hədəfə çatmasının qarşısı alındı. Əgər onlar buna nail olsaydı, müharibənin gedişatı fərqli istiqamət ala və daha uzun sürə bilərdi. Tarixi hadisələrin dəqiq göstərilməsi vacibdir və filmdə buna nail olunub.


"Böyük Britaniyada – Avropanın əksər hissəsində olduğu kimi – Şərqdə gedən müharibənin detalları çox vaxt nəzərdən qaçır. Bu film Azərbaycan və onun vətəndaşlarının oynadığı mühüm rolu müəyyən dərəcədə izah edir. Mən, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini olaraq, bu filmi nümayiş etdirməyimə çox şadam. Bu qrup Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün çalışır” – deyə, M.Menzis vurğulayıb.


Tamamilə arxiv xronikalarından ibarət olan bu film, Bakının mexanikiləşdirilmiş neft çıxarma yurdu olmasının vurğulanması və şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri, habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz açıqlama olub.


Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində çalışmalar zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.


Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. Film "RMC Découverte” və "National Geographic” kanallarında nümayiş etdirilib.


Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə "Musée de l’Armée” Ordu Muzeyində filmin Avropa premyerası keçirilib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

230 №-li məktəbdə Şəhidə həsr olunmuş sənədli filmin təqdimatı keçirilmişdir.

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ I film sənədli filminin təqdimatı

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ I film sənədli filminin təqdimatı

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsraildən öndəyik...

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

Xocalı faciəsinin qurbanları AzMİU-da anılıb

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ II film -Nadir Əmirov sənədli filminin təqdimatı

230 № -li məktəb ŞƏHİDLİK ZİRVƏSİ II film -Nadir Əmirov sənədli filminin təqdimatı

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı səfiri LDU-da olub.

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

Sumqayıt Dövlət Universitetində aşkarlanan hal ölkədəki universitetləri reytinqdən saldı - ANALİZ

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADPU-nun Cəlilabad Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

Azərbaycanda bu universitetin adı korrupsiya qalmaqalından yan keçmir - ANALİZ

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADNSU-da yığıncaq keçirilib -Birinci vitse-prezidentlə bağlı

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib