8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldı
Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin cərrah həkimləri 8 yaşlı Şölə Kərimovanın ölümü ilə bağlı prokurorluğa çağırılıb.
Aztəhsil.com xəbər verir ki, bu barədə Modern.az-a Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev məlumat verib. Baş həkim hazırda Səhiyyə Nazirliyi tərəfindən araşdırmaların davam etdiyini bildirib:
"Həm nazirlik, həm də prokurorluq tərəfindən araşdırma aparılır. Araşdırmalar yekunlaşdıqdan sonra suallarınızı ətraflı cavablandıracağam. Uşağın meyitinin yarılıb-yarılmaması ilə prokurorluq məşğuldur. Yalnız onu deyə bilərəm ki, əməliyyata girən həkimlə prokurorluğa çağırılıb, ifadələri alınıb”.
Y.Əliyev deyib ki, heç bir həkim səhlənkarlığından söhbət getmir:
"Əvvəlcədən razılaşdırılmışdı. Valideynləri əməliyyatın riskli olması ilə bağlı razılıq ərizəsinnin altına imza da atıblar. Uşaq əməliyyat belə olunmayıb, xırda bir manipulyasiya sonrası dünyasını dəyişib. Mənim sifarişim əsasında Səhiyyə Nazirliyindən permanent katater gətirilib. Əməliyyata tibb elmləri namizədi, böyük elmi işçi və Moskvada permanent katater qoyulmasının kursunu keçib sertifikat almış həkim Eldar Əliyev girib.
Ümumiyyətlə, permanent katater qoyulması açıq ürək əməliyyatından da riskli bir əməliyyatdır. Ona görə də bizdə permanent kateter anju aparatının altında qoyulur. Bu da elə bir aparatdır ki, onun dörd monitoru var və əməliyyatın gedişi boyunca xəstənin bütün göstəriciləri gözünün qarşısında olur. Katateri yeridəndə ürəkdə fibrilyasiya olub və ürək dayanıb. Həyata keçirilən reanimasyon tədbirlər heç bir nəticə verməyib”.
Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü
Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb
ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib
LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib
Səhiyyə Nazirliyi rezidenturanın boş qalan yerlərinə qəbul olanlara müraciət edib
Ceyranbatanda müəllimə toy bazarlığını edib qayıdarkən qəflətən dünyasını dəyişib
Valideynləri öldürülən Abdulla Bakıda - Rəsmi açıqlama
Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı
Şərəfli və məsuliyyətli peşə sahibi- ELŞAD ŞİVƏXANOV
17 İyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramıdır
ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib
Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib
Tibb Universiteti yaşlı kafedra müdirləri ilə vidalaşır - EKSKLÜZİV
ATU-da I kurs tələbələrinin dərs sistemində yenilik edilib
Balakəndə zorlanaraq hamilə qalan 12 yaşlı məktəbli qız hələ də abort edilməyib
Balakəndə atalığından hamilə qalan 12 yaşlı məktəbli qız bu gün əməliyyat olunub
Astarada 24 yaşlı gənci bıçaqlayan məktəbli saxlanılıb - YENİLƏNİB-1
İdarəetmə əməliyyatının üç növü
Tələbələrə akademik məzuniyyət verilməsi qaydaları açıqlanıb
Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar
MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib
Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır
4 yaşlı uşağı döyən bağça müəlliməsi açıqlama verməkdən imtina etdi- FOTOLAR
6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi