Xəbərlər
21 oktyabr 2017
2 089


Kaş ki, bir də tələbə olsaydım...

ADAU– Inkişaf və tərəqqinin ünvanı

 

Demək olar ki, universitetlərimizin böyük əksəriyyətində olmuşam, müsbətini, mənfisini görmüşəm, bu ali təhsil müəssisələrinin yaxın keçmişi və bu günü ilə müqayisəsinin fərqindiyəm. Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş "İctimai iştirakçılıq haqqında” Qanunun müddəa və tələblərinə, bununla bağlı Təhsil Nazirinin müvafiq əmrinə əsasən sessiya imtahanlarında obyektivliyin və şəffaflığın təmin olunmasında nəzarət qrupunun üzvü kimi təhsil eksperti qismində bir çox ali məktəblərdə müşahidəçi olaraq iştirak etmiş, universitetlərimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturlarının müasir beynəlxalq standartlara uyğunlaşdırılması, kadr potensialının gücləndirilməsi, aşkarlıq və şəffaflığın təmin olunması sahəsində aparılan yeni sosial- iqtisadi paradiqma olan davamlı inkişafın bilavasitə şahidiyəm. Xoş təəssuratlarım yetərincədir.


Belə təəssüratlarımdan biri və ən təsirlisi bir təhsil mütəxəssisi kimi dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yurdunda 1929 –cu ildən fəaliyyət göstərən, "aqronomluq”, "aqrar iqtisadiyyat”, "aqrobiznes və idarəetmə”, "aqrotexnologiya”, "baytarlıq təbabəti və zoomühəndislik”, "mühəndislik” fakultələrini, qiyabi təhsil şöbəsini və maqistr hazırlığı şöbəsini özündə birləşdirməklə, ölkəmizin müxtəlif bölgələrindən 5000 mindən çox tələbə gənclərə azərbaycan, rus və ingilis dillərində təhsil verən Azərbaycan Dövlət Aqrar Unıversitetində (ADAU) qonaq qismində iştirakım olub.


Məqsədim heç də qısa bir zaman kəsiyində AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərlik etdiy kollektivin daxili və beynəlxalq uğurlarından, "Aqrokimya”, "Torpaqşünaslıq”, "Meliorasiya və hidrotexniki qurğular”, "Qapalı və açıq balıqyetişdirmə laboratoriyaları”, "Quşçuluq”, "Arıçılıq”, "Süni mayalanma” tədris mərkəzləri, "Eksperimental heyvandarlıq kompleksi”, "Anatomiya”, "Patoloji anatomiya muzeyi-auditoriyası”, "Bitki klinikası”, "İstixanalar”, "Maşın-traktor parkı” haqqında, bunların tələbələrin nəzəri biliklərinin praktikaya tətbiqində rolu barədə müfəssəl təəssürat yaratmaq deyil. İstəsəm belə bu kiçik bir yazının mövzusu ola bilməz. Bütün bu inkişaf və tərəqqinin bilavasitə canlı şahidi olmaq üçün gərək bu universitetə gələsən və öz gözlərinlə görəsən...


Dediyim tamam başqa şeydir. Qayıdan baş yol boyu xəyalım məni bir anlığa 70-ci illərin tələbəlik həyatına qaytardı.Oxumaq, bilik əldə etmək üçün hansı problemlərlə üzləşməmişdik? Tədris vəsaitlərinin məhdudluğu ucbatından bizə oxunan mühazirələrin hər bir cümləsini qaçırmamaq üçün yazmaqdan barmaqlarımız qabar atardı. Günümüzün böyük hissəsinı müəyyən defisit nüsxələrlə tanış olmaq üçün qiraət zallarında keçirərdik, zaçot və imtahanlara hazırlaşmaq üçün digər mərkəzi kitabxanalara uzun yol qət edib konspekt çıxarardıq. Hələ yataqxana problemi, daha nələr, nələr...


Öz-özümə sual verdim. Bəs indi oxumaq, lazımi bilikləri əldə etmək, vətənə layiqli vətəndaş kimi yetişmək üçün daha nə lazımdır? Kimsə mübahisə edə bilər ki, maddiyyat, sosial təminat da zəruri şərtdir. Elə isə, biz oxuyanda maddi vəziyyətimiz və şəraitimiz indikindən qat-qat ağır idi. Lakin, biz oxuduq, çətinliklərə sinə gərdik, ərsəyə yetdik. Çünki, həvəs, istək və səy vardı. Nobel mükafatçısı Amerika-Misir alimi Əhməd Zevaylın gənclərə bir tövsiyəsi ilə fikrimi tamamlamaq istərdim: "Istək ekstremal dərəcədə vacibdir ki, mənə bu gün əldə etdiklərimi nəsib edib. Əgər istək yoxdursa, heç bir şey əldə etmək mümkün deyildir. Məsələn, hər hansı bir ideyan varsa, lakin istək yoxdursa, sən irəliləyə bilməzsən. Sənin istəyə, sevgiyə və gördüyün işə həvəslə yanaşmağa ehtiyacın var."


Bəli, haqqında söhbət açdığım bu universitetdə müəllim və tələbələrə özlərini həsr etdikləri və gördükləri işlərə sevgi, istək və həvəs, qeyri-neft sektorunun inkişafının vacibliyi, aqraqr sektorun ölkəmizin inkişafı və tərəqqisi, müstəqilliyimizin daha da möhkəmlənməsi üçün nə dərəcədə həyatı əhəmiyyət kəsb etməsinə böyük inam və ümid yaradılmasına nail olunub. Məh bu istək həvəs, ümid və inam onları yeni uğurlara sövq etməyin əsas və başlıca amilidir. Uğurlar ADAU...


Son olaraq onu da qeyd edim ki, bir vaxtlar "Narxoz” adlandırdığımız "Xalq Təsərrüfatı institutu”nun UNEC brendinə çevrilməsi, keçmiş "Kənd Təssərrüfatı institutu”nun ADAU kimi yeni forma və məzmun kəsb etməsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməsi və təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması vəzifələrinin reallaşdırılması istiqamətində atılan mühüm addımların bariz nümunəsidir.


O ki, qaldı mənim istəyimə... kaş ki, bir də tələbə olsaydım...

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nadir İsrafilov: “ADAU– Gərək gələsən, öz gözlərinlə görəsən…”

Nadir İsrafilov: “ADAU– Gərək gələsən, öz gözlərinlə görəsən…”

ADAU-da magistrlara böyük qayğı və inam var

ADAU-da magistrlara böyük qayğı və inam var

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

"Gilan Agricultural Group" və ADAU Anlaşma Memorandumu imzalayıb

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

ADAU-da quşçuluqla bağlı müştərək elmi-tədqiqat işləri müzakirə edilib

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

İkinci tələbə evinin də tikintisi başa çatmaq üzrədir-rektor danışdı

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

"Nəyə görə "tənzimləmə" funksiyası yox "rəhbərlik" və "nəzarət" funksiyası?"

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

İbrahim Cəfərov ixtisaslarda təhsil alan doktorant və dissertantlarla görüşüb

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

Nadir İsrafilov : Təhsil alan və təhsilverənə diqqət və qayğı üçün daha nə lazımdır?!

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

LDU -ən düzgün seçimdir!

LDU -ən düzgün seçimdir!

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

Aqrar Universitetin əməkdaşları buraxılış sinif şagirdləri ilə görüşüb

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

İbrahim Cəfərov ilin ən yaxşı rektoru adını alıb-MÜSAHİBƏ

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.”  Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

“Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.” Təhsil eksperti Gəncə təlimi ilə bağlı danışdı..

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun“

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ

Bəzi universitetlərdə qəbul balların diferensiallaşmasına TN-in mövqeyi...MÜSAHİBƏ