Dərsliklərinin qiymətləndirilməsi üçün ekspertlər axtarılır
Azərbaycanda orta məktəb dərsliklərinin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri tələb olunur.
Aztəhsil.com Trend-ə istinadən xəbər verir ki, dərsliklərin qiymətləndirilməsi "Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdir. Seçilmiş ekspertlər dərslik komplektinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, elmi etibarlılığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.
Ekspert xidmətlər ibtidai təhsil səviyyəsinin "Azərbaycan dili" (tədris dili kimi), "Həyat bilgisi", "Познание мира", "Технология", "Изобразительное искусство", "Музыка", "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Riyaziyyat", "Математика", "Информатика" dərslikləri üzrə tələb olunur.
Ümumi və tam orta təhsil səviyyəsinin "Русский язык" (tədris dili kimi), "Русский язык" (xarici dil), "Литература", "Riyaziyyat", "Математика", "Информатика", "История Азербайджана", "Ümumi tarix", "Всеобщая история", "Həyat bilgisi", "Познание мира", "Физика", "Химия", "География", "Biologiya", "Биология", " Физическое воспитание", "Технология", "Изобразительное искусство", "Музыка", "Допризывная подготовка" dərslikləri üzrə tələb edilir.
Namizədlər oktyabrın 31-dək [email protected] elektron poçtuna elektron qaydada müraciət edə bilərlər.
Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir
Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?
Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "
Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı
Dərsliklər niyə qəliz yazılır?
Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb
"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" – TƏHSİL NAZİRLİYİNİN YALANI ÜZƏ ÇIXDI
"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"
Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI
Dərsliklər düzələcəkmi?
Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA
Təhsil Nazirliyi səhvi etiraf etdi
2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA
Magistraturaya yeni qəbul qaydaları açıqlanıb
Yeni dərs ilinin dərslikləri hazırdır
Təhsil Nazirliyi şagirdlərə və valideynlərə müraciət edib
DİQQƏT! Təhsil Nazirliyindən AÇIQLAMA: "Sentyabrın 8-nə qədər bütün məktəblərdə..."
DİQQƏT! Təhsil İnstitutu bu müəllimləri əməkdaşlığa dəvət edir
Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb
Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR
Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi
Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin qiymətləndirilməsi keçiriləcək
2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər