Xəbərlər
26 oktyabr 2017
3 144


ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Oktyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə universitetdə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. 


Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 24-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.


Sərəncamda göstərilir ki, 2017-ci ildə Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 135 illiyi tamam olur.


Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazmışdır.


Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Totalitarizmin çoxsaylı qurbanlarından biri kimi Cavidin adı doğma xalqının təfəkküründə obrazlaşmışdır. Ağır repressiya illərində mənən sarsılmadan keçdiyi ibrətamiz həyat yolu onu yaddaşlarda sənətkar şəxsiyyətinin bütövlüyünün rəmzinə çevirmişdir.


Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşinin hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir.


Professor B.Xəlilov qeyd edib ki, Azərbaycan ədəbiyyatının inkişafı naminə müstəsna xidmətlər göstərmiş böyük söz ustası Hüseyn Cavidin 135 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Bizim bu gün keçirdiyimiz tədbir də həmin tədbirlər silsiləsinə daxildir. 

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İsgəndər Orucəliyev çıxış edərək Hüseyn Cavidin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, onun həmişə düşüncələrimizə yenilik, mütərəqqi ideyalar gətirən dahi şair və dramaturq, görkəmli mütəfəkkir olduğunu vurğulayıb. 


Tədbirdə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş slayd göstərilib, musiqinin müşayiəti ilə tələbələrin ifasında şairin şeirləri səslənib, "Şeyx Sənan” əsərindən səhnə oylanılıb, şeirlərinə bəstələnmiş mahnılar dinlənilib. Tələbələrin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.


ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsi bizi mənəvi cəhətdən zənginləşdirir. Xalqımızın böyük mənəvi xəzinəsi var. Bu mənəvi xəzinənin zənginləşməsində Hüseyn Cavid, eləcə də digər qüdrətli söz ustadlarımız misilsiz rol oynayıblar. Biz bu böyük mənəvi xəzinəyə sahib çıxmalı, onu qoruyub-saxlamalı, gələcək nəsillərə ötürməliyik.


Siz gələcəkdə müəllim olacaq, Azərbaycan gəncliyini sağlam ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə edəcəksiniz. Müşahidə və düşüncələrim belə deməyə əsas verir ki, Azərbaycan gəncliyi, o cümlədən ADPU-nun tələbə-gəncləri düzgün yoldadır. Sevinir və qürur hissi duyuruq ki, bizim çox sağlam və bacarıqlı gənclərimiz var. Bizim əsas vəzifəmiz onları düzgün istiqamətləndirməkdir. Rektor çıxışının sonunda tədbirin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib və uğurlar arzulayıb. 


Sonda xatirə şəkli çəkdirilib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu gün Hüseyn Cavidin doğum günüdür

Bu gün Hüseyn Cavidin doğum günüdür

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

Azərbaycan Universitetində Vaqifin 300 illik yubileyi qeyd olunub

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-də Heydər Əliyevin 94 illiyinə həsr olunan tədbir keçirilib

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

ADU-da görkəmli bəstəkar Tofiq Quliyev anıldı

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

Dövlət Teatr Muzeyində “Üç əsr keçsə də...” adlı bədii-musiqili gecə keçiriləcək

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADU-da Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

BDU-da Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADNSU-da görkəmli alim Əziz Əliyevin 120 illik yubileyi ilə bağlı tədbir keçirildı

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib