Xəbərlər
27 oktyabr 2017
2 595


Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır

"Azərbaycanda yaxın zamanlarda dil pozuntularına görə cərimələr tətbiq ediləcək”.


Aztəhsil.com bu haqda "Ekspress” qəzetinə Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli məlumat verib.

 

O, deyib ki, hazırda bu layihənin üzərində iş aparılır:


Baltikyanı ölkələrdə belə bir təcrübə var, dil polisi adlanan qurum dil pozuntularına nəzarət edir və dil qaydalarının pozulmasına görə cərimələr tətbiq edirlər. Bizim millətdə də mentalitetlə bağlı məsələ var. Necə ki, yol qaydalarının pozulmasına görə cərimələr tətbiq edilir, gərək dil qaydalarının pozulmasına görə də cərimələr tətbiq olunsun ki, öz dilimizdə təmiz danışaq. 


Əvvəllər piyada keçidlərindən istifadə etmirdilər, amma cərimələr tətbiq olunduğu üçün artıq hamı piyada keçidindən keçir. Dil ilə bağlı da belə olmalıdır. Nəzarət olsa, vətəndaş qanunu pozmayacaq. 


"Dil haqqında”, "Reklam haqqında” qanunlarda da bu var. Obyekt adları Azərbaycan dilində yazılmalıdır, amma yenə də əksər adlar ingilis dilində yazılır. Amma "Reklam haqqında” qanunun 4-cü maddəsində deyilir ki, adlar dövlət dilində yazılmalı, sonra əsas yazıdan kiçik həcmdə başqa bir xarici dildə reklam verilə bilər”.


Yeni sözlərin geniş istifadəsi üçün təbliğatı vacib sayan Baba Məhərrəmli deyir ki, əksəriyyət hələ də yeni sözlərin qarşılığının verildiyini bilmir.

 

Dediyinə görə, məsələn, "rozetka” sözünün yerinə "elektrik yuvası” təklif olunub. "Amma bunu çox az adam bilir. Təklif olunan sözlər dərhal qəbul olunmur. Bu sözlərin qəbul olunması üçün müəyyən zaman keçməlidir. Yeni təklif olunmuş sözlər dildə işlədilməlidir. Təbii ki, cəmiyyət qısa müddət ərzində bu sözləri qəbul etməyəcək. Tutaq ki, mətbuatda, virtual aləmdə bu sözlər yazılsa, televiziya və radioda işlədilsə, tədricən gündəlik danışıq dilimizdə yer alacaq”.


Onun sözlərinə görə, orta məktəblərdə müəllimlərin özü də dil normalarına riayət etmirlər:

 

"Fikir vermişəm ki, dəfələrlə müəllimlər özləri də dərsdə qələmə "ruçka” deyirlər. Və yaxud vətəndaş deyir ki, "ostanovka”da saxla. Bunu kiminsə boynuna qoymaq olmur, vətəndaşın özünün vətənpərvərlik hissi olmalıdır ki, öz dilində olan sözü işlətsin”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ədəbi dil pozuntularına qarşı cərimələrin miqdarı müəyyənləşdirilir

Ədəbi dil pozuntularına qarşı cərimələrin miqdarı müəyyənləşdirilir

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

Telekanal rəhbərləri cərimələnsinlər! - Dilçilik İnstitutundan yeni TƏKLİF

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Ləhcə və dialektlə danışan müəllimlərin auditoriyaya girməsi arzuedilən deyil”

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

Dilçi alimdən ETİRAZ: "APARICILAR ELƏ CÜMLƏ QURURLAR Kİ, ..." - MÜSAHİBƏ

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir”

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Nazir müavini: “Azərbaycanda 115 914 şagird rus dilində təhsil alır”

Tədris vasitələrinə reklam qadağası

Tədris vasitələrinə reklam qadağası

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

"Bu prossesi həyata keçirmək mexanizmini tapmaq Təhsil Nazirliyinin intelektual mərkəzinin vacib məsələlərindəndir"

Məktəbdə Əmək İntizamının pozulmasına görə məsuliyyət

Məktəbdə Əmək İntizamının pozulmasına görə məsuliyyət

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycan dili dərslərində yeni sözlərin öyrənilməsində müasir texnika və üsullar.

Azərbaycanda Müəllim günü ilə bağlı qalmaqallı reklam

Azərbaycanda Müəllim günü ilə bağlı qalmaqallı reklam

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

Test ləğv olunarsa, insanların dünyagörüşü artacaq

"YouTube"da videonu avtomatik işə salan funksiya tətbiq ediləcək

"YouTube"da videonu avtomatik işə salan funksiya tətbiq ediləcək

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Məktəbdən uzaqlaşdırılan müəllimlər həyatdan küsürlər

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

DİQQƏT! İşə qəbulda dövlət dilindən imtahan götürülməsi təklif edilir

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Təhsil Nazirliyi səhvi etiraf etdi

Təhsil Nazirliyi səhvi etiraf etdi

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma