Türkdilli ölkələrin milli kitabxanalar birliyi yaradılacaq
Türkdilli Ölkələr və Qohum Topluluqların Milli Kitabxanalar Birliyi yaradılacaq.
Məlumata görə, "Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni oktyabrın 30-dan noyabrın 2-dək Antalyada keçiriləcək iclasda milli kitabxana rəhbərlərinə təqdim olunacaq.
Qeyd edək ki, 2016-cı il noyabrın 14-dən 17-dək Türkiyədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr, Moldova (Qaqauz Yeri), Rusiya Federasiyasının Başqırdıstan, Saxa (Yakutiya), Tatarıstan respublikaları milli kitabxanalarının iştirakı ilə "IV Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxana Rəhbərləri Toplantısı” keçirilib. Bu toplantıda alınan ortaq qərara əsasən, birlik işlərinin hüquqi bazaya oturdulması, beynəlxalq rəsmi bir konfrans statusunda daha fəal və faydalı hala gətirilməsi məqsədi qarşıya qoyulub.
İclasda, həmçinin mərkəzi Ankara olmaqla birliyin Türkiyə qanunvericiliyi əsasında yaradılması, hər cür iş və prosesin Türkiyə qanunvericiliyi çərçivəsində aparılması, müvafiq işlərə Türkiyə Milli Kitabxanasının rəhbərlik etməsi məsələlərində razılığa gəlinib. Bu iclasın yekun sənədi milli kitabxana nümayəndələri tərəfindən imzalanıb.
Bu proseslərin nəticəsində müvafiq ölkələrin də dəstəyi ilə hazırlanan "Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi Statusu” layihə mətni Antalyada keçiriləcək iclasda iştirakçıların təsdiqinə təqdim olunacaq.
Toplantıda, Azərbaycan, Başqırdıstan, Qaqauz Yeri, Qazaxıstan, Şimali Kipr, Qırğızıstan, Özbəkistan və Tatarıstan qurucu üzv, Bosniya və Herseqovina, Saxa (Yakutiya), Makedoniya, Kosovo, Monqolustan milli kitabxanaları isə müşahidəçi ölkə kimi iştirak edəcəklər.
ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib
Qərb Universitetində beynəlxalq elmi konfrans keçiriləcək
Şimali Kipr televiziyası Azərbaycan haqqında 2 saatlıq veriliş yayımlayıb.
Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib
Təhsil Nazirliyi xaricdə oxuyan 930 tələbinin sənədi tanınmadı
Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub
100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb
Putin İlham Əliyevə məktub göndərdi
ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir
“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”
“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”
Nümayəndəlik institutunun ləğvi plenar iclasa tövsiyə olundu - Yenilənib
Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək
Türkiyədə Azərbaycan universiteti yaradılacaq
Təhsil naziri Mikayıl Cabbarova yeni vəzifə veriləcək
AMEA-nın iki institutuna yeni direktor seçiləcək
Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu
I-VI sinif şagirdləri bu xəstəliklərə görə müalicə olunacaq
AMEA-da yeni TƏYİNATLAR
BSU rektoru beynəlxalq mükafata layiq görülüb
Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI
ADU-dan milli dəyərlərimizə daha bir töhfə
BDU-nun son Elmi Şurası Qubanın II Nügədi kəndində keçirildi
Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq