Xəbərlər
30 oktyabr 2017
2 229


“Çıxış yolunu dərsliklərlə bağlı tender şərtlərinə yenidən baxılmasında görürəm” – Təhsil üzrə ekspert

Nadir İsrafilov: "Dərsliklərdə jarqon və vulqar ifadələrə, elmi səhvlərə, metodiki təhriflərə yol verilməsi halları hələ də davam edir” 


"Dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də Təhsil Nazirliyini məsuliyyətdən azad etmir”.


Aztəhsil.com pia.az-a istinadən xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov son günlər dərsliklərimiz ətrafında yaranan ciddi problemləri şərh edərkən qeyd edib.


Azərbaycanda son günlər dərsliklər ətrafında ciddi problemlər ortaya çıxır. Daha əvvəl 10-cu sinifin tarix kitabında dərc olunan xəritədə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunmuşdu.


Bir neçə gün öncə isə sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, 5-ci sinif Azərbaycan dili dərsliyində Şirvanşahlar Şahı oğlu ilə dialoqda vurğulayır ki, sarayı İçərişəhər metrostansiyasının yanında tiksin. Ola bilsin ki, bu texniki səhvdir. Amma söhbət dərsliklərdən getdiyinə görə bu cür hallar təşviş doğurur. 


Hər şeydən əvvəl humanitar sahəyə aid olan dərs vəsaitlərində bayağı mövzuların çoxluq təşkil etməsi də diqqəti cəlb edir. Müəlliflərin qeyri-peşəkarlıqları və Sovet dönəminin ənənələrinə dayanan üslüblardan yararlanması da açıq-aşkar hiss olunur.


Bu isə onu göstərir ki, müəlliflər daha çox Təhsil Nazirliyindəki əlaqələrindən istifadə edirlər və bu zaman hansısa məmurun günahı nəticəsində dərsliklərdə natamam, qeyri-elmi və bəzən gülünc olan məlumatların yer almasına yol açır. Təbii ki, bu da uşaqların intellektual inkişafına mənfi təsir göstərir. Çünki bayağı və qeyri-dəqiq məlumatlarla biliklərini zənginləşdirən uşaqlar böyüyəndə də bayağı, savadsız və diletant olurlar. 


Misal üçün elə yuxarıdakı yanlış və gülünc mətni göstərə bilərik. Oradakı metro məsələsini bir tərəfə qoysaq belə, Şirvanşahın oğluna müraciət forması mövzunu tamamilə bayağı hala gətirir. Etiraf etməliyik ki, bu üslubdan nağıllarımızda istifadə olunub.


Və nəzərə alsaq ki, bu gün 21-ci əsrdə yaşayırıq, bu günün 5-ci sinif şagirdlərinin intellekti çox daha inkişaf edib və texnoloji inkişaf barədə çox daha böyük bilgilərə sahibdirlər, o zaman Azərbaycan dilinin bu qədər geridə qalması faciəvi durum yaradır. Hər şeydən əvvəl bu şəkildə bayağı mövzuların dərslikdə yer alması Azərbaycan dilini 19-cu əsrə qədər, bəlkə də ondan da o yana, geriyə itələyir. Nəzərə alın ki, bizdə dəqiq elmlər çox daha başqa bir zamanda, Azərbaycan dili isə, başqa bir zamanda yaşayır. Yəni dəqiq elmlər 21-ci əsrdə, Azərbaycan dili isə 19-cu əsrdə qalıb.


Bunun məsuliyyətini isə təbii olaraq, Elmlər Akademiyasının müvafiq institutları daşıyır. Təhsil Nazirliyi də bu məsələdə məsuliyyətdən kənar qala bilməz. Çünki dərsliklərə baxanda hər şey özü-özündən ortadadır.


Dərsliklərin ətrafında bu cür rüsvayçılığın yaranmasının səbəbi nədir və baş verənlərə görə Təhsil Nazirliyinin məsuliyyəti nədən ibarətdir?


Aztəhsil.com pia.az-a istinadən təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrənib.

Nadir İsrafilov: "Dərsliklərin yazılması üçün müəlliflərin seçimi nəşriyyatların öz öhdəsinə buraxıldığından, günahkar qismində təkcə Təhsil nazirliyini ittiham etmək də bir o qədər real görünmür”.

 

Azərbaycan dərsliklərində baş verən texniki səhvlərə görə belə Təhsil Nazirliyinin məsuliyyət daşıdığını bildirən təhsil üzrə ekspert Nadir İsrafilova görə, indiki şəraitdə dərsliklərimizdə çatışmamazlıqlar hələ də  çoxdur: 


"Hər şeydən əvvəl xatırlatmaq yerinə düşərdi ki, dərsliklərin nəşri və çap işləri Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə həyata keçirilir.


2005-ci ildə Nazirlik qeyri-dövlət təşkilatlarının nümayəndələri də cəlb olunmaqla «Ümumi təhsil sistemində dərslik siyasəti» sənədini hazırlamış və Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra 23.01.2006-cı il tarixli, 33 nömrəli əmrlə təsdiq etmişdir. Bu gün də məktəblərin təhsilin məzmun göstəricisini və inkişaf səviyyəsini əks etdirən tədris ədəbiyyatları ilə: proqram, kurikulum, dərslik, dərs vəsaiti və digər tədris–metodik ədəbiyyatlarla fasiləsiz və ahəngdar təminat ən ciddi problemlərdən biri kimi dövlətin diqqət mərkəzindədir.


Başqa cür ola da bilməz. Çünki,  dərslik dövlətin təhsil siyasətinin həyata keçirilməsində, gənc nəslin keyfiyyətli təhsil almasında başlıca vasitələrdən biridir. Ədalət naminə deməliyik ki,  bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq son on illiklə müqayisədə dərslik siyasətinə fərqli baxış formalaşıb. 


Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin bir müddət əvvəl hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb. 


Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək. 


Hazırlanacaq dərsliklərin bir çox məktəbdə sınaqdan çıxarılması nəzərdə tutulur. Digər tərəfdən mütəmadi monitorinqlər keçirilir, yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklər çapa verilməzdən öncə  ictimai rəy öyrənilməklə və dərsliklərin təkmilləşdirilməsi məqsədilə onların layihələrinin müvafiq saytın əsas səhifəsinə yerləşdirilməsinə başlanılıb və s. 


Əlbəttə, bu arqumentləri gətirməklə Təhsil Nazirliyinin mövqeyini müdafiə etmək fikrindən uzağam. Təhsil sahəsi də dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Təhsil Nazirliyidir. Dərslik siyasəti də təhsil siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu mənada dərsliklərdə yol verilən istənilən səhv, təhrif və ya texniki qüsur heç də Təhsil Nazirliyini məsuliyyətdən azad etmir.


O da danılmaz faktdır ki, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır.


Nə edək ki, baxmayaraq dərslik siyasətində, onların hazırlanması və çapı prosesində müvafiq tələb və vəzifələrin nəzərə alınması, eyni zamanda bu sahədə özünü qabarıq göstərən problemlərin, qüsurların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir, bununla belə hələ də dərsliklərimiz nəzərdə tutulan prinsiplərdən və standartlardan kənar çıxma, Azərbaycan  qanunlarına, dövlətçiliyimizə, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməsi hallarından xali deyil, vali-deyn və mütəxəssisləri qane etmir, geniş ictimai təbəqənin, ziyalı zümrənin haqlı qınağına tuş gəlir. Dərsliklərdə jarqon və vulqar ifadələrə, elmi səhvlərə, metodiki təhriflərə yol verilməsi halları hələ də davam edir.

 

Nadir israfilov: "Qüsur kimi qiymətləndirilən bu əlavə mütləq mötərizəyə alınmalı idi”.

 

Düzdür, son bədnam xəritə qalmaqlı nəinki təhsilimizə, bütövlükdə cəmiyyətimizə baş ucalığı gətirmədi. Bununla bağlı bu sahəyə diqqətin nə dərəcədə vacibliyi barədə ciddi bir siqnal oldu ki, Təhsil Nazirliyinin səmimi etirafı və dərhal problemə reaksiyası da anlaşılandır. 


Halbuki, uzun illər bu kimi hallar nəzərə alınmırdı. Bir də ki, dərsliklərin yazılması üçün müəlliflərin seçimi nəşriyyatların öz öhdəsinə buraxıldığından günahkar qismində təkcə Təhsil nazirliyini ittiham etmək də bir o qədər real görünmür. Çıxış yolunu dərsliklərlə bağlı tender şərtlərinə  yenidən baxılmasında görürəm. Məlum faktları açıb-ağartmaq isə heç də yaranmış vəziyyətdən çıxış yolu deyil, əksinə...


O ki, qaldı, sosial şəbəkələrdə yayılan fotolardan 5-ci sinif Azərbaycan dili dərsliyində Şirvanşahlar Şahının oğlu ilə dialoqda vurğuladığı "sarayı İçərişəhər metrostansiyasının yanında tiksin” cümləsinə bunu texniki qüsur kimi də əsaslandırmaq olar. Görünür, dərslik müəllifləri uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, sarayın yerləşdiyi məkanın ərazi baxımından hazırkı metrostansiyanın yaxınlığında olmasını təsəvvür etmələrinə yardımçı olmaq məqsədilə mətnə daxil ediblər. Hər halda qüsur kimi qiymətləndirilən bu əlavə mütləq mötərizəyə alınmalı idi”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyinin şöbə müdiri:  "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Tarix İnstitutundan qalmaqallı dərsliklə bağlı sərt BƏYANAT: “İşdən kənarlaşdırılsınlar”

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Məktəb dərsliyində daha bir səhv- Metro XI əsrdə tikilib?

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Dərs ili başlanır - Tarix dərsliyi ətrafında qalmaqal hələ də davam edir - Tarixçi od püskürdü

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı