MEK-də sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə 2017-ci il sentyabr-oktyabr ayları ərzində MEK-ə daxil olan sənədlərin təqdimatı keçirilib.
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-in ənənə formasını almış təqdimatlarından, kitabxananın strateji hədəfi olan Milli Rəqəmsal Yaddaş layihəsi və Vahid İdarəetmə Sistemi proqramından, fondda mühafizə olunan sənədlərin mümkün qədər operativ və sistemli şəkildə akademik icmanın diqqətinə çatdırılmasından, MEK-də həyata keçirilən digər təşəbbüslərdən məlumat verib.
MEK-ə sentyabr-oktyabr aylarında daxil olan sənədlərin təqdimatını Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva təqdim edib. Qeyd olunub ki, bu müddət ərzində MEK-ə 1072 hədiyyə, 444 məcburu nüsxə, 33 dissertasiya, 180 avtoreferat, 27 ədəd elektron resursdan ibarət sənəd daxil olub.
X.Ağayeva MEK-ə daxil olan yeni sənədlərin siyahısını açıqlayaraq bu barədə ümumi məlumat verib. Siyahıda Arifə Adıgözəlovanın "Fevral inqilabından sonra Şimali Azərbaycanda idarəçilik sistemi”, Xalidə Hicranın "Hicrannamə”, Afaq Rüstəmovanın "Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil”, Almaz Bayramovanın "İrəvan xanlığı toponimləri”, Kəmalə Sofiyevanın "Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu”, Sevda İsmayılovanın "Azərbaycan tarixinin öyrənilməsində bədii ədəbiyyat mənbə kimi”, Şəlalə Həsənovanın "İqtisadi fəaliyyət sahəsində olan cinayətlər”, Şəlalə Məmmədovanın "Totalitarizmin interpretasiyası”, Georgiy Zapletinin "David Paşayev. Qrifsiz "Sirr”, Aidə Bağırovanın "İraq böhranı: daxili və xarici aspektlər” və s. kitabların adı xüsusi qeyd olunub.
"Fevral inqilabından sonra Şimali Azərbaycanda idarəçilik sistemi” monoqrafiyasının müəllifi, BDU-nun Azərbaycan tarixi kafedrası müəllimi Arifə Adıgözəlova, AMEA Fəlsəfə İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova "Müasir dünya və Azərbaycan reallıqları, fəlsəfi təhlil” monoqrafiyası, Azərbaycan Yazıçılar Birliyinin üzvü Georgiy Zapletin isə müəllifi olduğu "David Paşayev. Qrifsiz "Sirr” kitabı barədə danışıblar.
AMEA Fəlsəfə İnstitutunun direktor müavini Eynulla Mədətli, institutun əməkdaşları Məmmədağa Sərdarov, Eynulla Mədətli, Elxan Quliyev, Əli İbrahimov, Məhəmməd Cəbrayılov çıxışlarında təqdim olunan yeni əsərlərin əhəmiyyətinə toxunublar. Onlar Azərbaycanda elmi ədəbiyyatın, kitab nəşrinin, nəşriyyat mədəniyyətinin sürətlə yayıldığını, Mərkəzi Elmi Kitabxanada nəşrlərin elmi ictimaiyyətə və oxucu kütləsinə yaxından tanıdılması məqsədi ilə keçirilən tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib
Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib
MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
AMEA-da yeni TƏYİNATLAR
MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir
“Azərbaycan bayrağı” kitabının təqdimatı olub
LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib
"Son 15 il ərzində Azərbaycanda yeni, müasir dövlət qulluğu sistemi yaradılıb"
MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub
İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq
Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.
Akademiyanın bu institutlarına yeni direktorlar seçiləcək
Dendrologiya İnstitutunda şagirdlərin iştirakı ilə seminar-məşğələ keçirilib
AMEA İnstitutunun fəaliyyətinin nəticələri illik hesabatlarda düzgün əks etdirilməyib
Göygöl rayonunda “Ümumi təhsil müəssisəsinin kitabxanasının Əsasnaməsi” nin təqdimatı ilə əlaqədar seminar keçirilib.
Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib
UNEC-də tətbiq olunan əməkhaqqı sistemi professor-müəllim heyəti arasında elmi rəqabəti gücləndirib
Təhsil Nazirliyinin şöbə müdiri: "Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib "
Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir
Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb
Təhsil eksperti Almaz Həsrətin müəllimlər üçün yeni METODİK VƏSAİTİ çap olunub
Sumqayıt Mərkəzi Kitabxanasından fiziki imkanları məhdud uşaqlara tövhə
Azərbaycanda elmi müəssisələr birləşdirilir?